" "İrşad telecom"dan çaydan almışam. 2 ay sonra xarab oldu..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Parviz Habibli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Servisə verdim, bildirdilər ki, 14 gün ərzində təhvil veriləcək, amma daha tez də ola bilər: 2-3 gün...
İndi 20 gündən çox vaxtın keçməsinə baxmayaraq hər yığanda deyirlər, servisdədir və 45 gün çəkir müddət....
Mən başa düşmürəm bu çaydan maşın "mator"u zaddır ki, 45 günə təmir olunur?
Xaricdən maşın sifariş versəm bundan tez gələrdi..."