Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Tarix: 2-10-2024, 12:21 | Çap et
 Bakı şəhərində yerləşən 3 saylı xüsusi təhsil məktəbi - bu məktəbə “xüsusi” statusu boşuna verilməyib. Məktəbdə fiziki məhdudiyyətli uşaqlar təhsil alır. Üstəlik, məktəbə gedə bilməyən, evdə təhsil alan fiziki məhdudiyyətli uşaqlara da bu təhsil müəssisəsi tərəfindən müəllimlər təhkim olunur. Yəni məktəbin missiyası olduqca stratejidir: fiziki məhdudiyyətli uşaqların yüksək səviyyədə təhsil alması və onların gələcəkdə cəmiyyətə adaptasiya olunması. Dövlət də bunun üçün kifayət qədər vəsait ayırır. Amma bu vəsait təyinatı üzrə xərclənirmi?
Publika.az-a daxil olan məlumatda bildirilir ki, məktəbin direktoru Nüşabə Məmmədova “xüsusi məktəbi” “xüsusi bazar”a çevirib. Bu təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlar sözün əsl mənasında direktor tərəfindən satılır.
Məktəbdə müəllimlərə dərslər rüşvətlə verilir.
Ev şəraitində təhsil alan uşaqlar isə müəllimlərə satılır. Belə ki, direktor hansı müəllimə ev təhsili verirsə, 2-3 ayın pulunu alır.
Daha bir tükürpədici məqam odur ki, direktor bəzi valideynlərlə əlbir olaraq, uşaqlar üçün müəllim ayırmır. Daha doğrusu ayırır, amma o müəllim uşağa dərs demir. Direktor valideynlərə müəyyən məbləğ verir və onlar müəllimin evə gəlib dərs deməməsi ilə razılaşır. Bu dərslər isə ayrı-ayrı müəllimlərin adına yazılır və təbii ki, məvacib də onların maaş kartına köçürülür.
Bundan sonra həmin müəllimlər o vəsaiti direktora çatdırırlar.
Ötən tədris ilində direktorun bu hərəkətinə etiraz edən müəllimlər olub. Onlar maaş kartlarına əlavə vəsaitin yüklənməsini istəməyiblər. Nüşabə Məmmədova yeni tədris ilində etirazçılardan qurtulmaq üçün onlara dərs verməyib. Hərəsinə bir bəhanə gətirərək, məktəbdən uzaqlaşdırıb. Bir sözlə, fiziki məhdudiyyətli uşaqların gələcək taleyi direktorun bazarlığına qurban verilir.
İttihamların ciddiliyini nəzərə alaraq 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədovanın fikirlərini öyrəndik.
Saytınıza açıqlama verən Nüşabə Məmmədova bildirdi ki, şikayət edənlər yəqin ki, bağlanan - yəni 219 nömrəli məktəbin müəllimləridir:
“Həmin məktəbin müəllimləri keçən il bizdə əvəzçi müəllim kimi işləyirdilər. Bu il onların uşaqları getdilər, təzə uşaqlar da bizdə olmadığına görə, biz onları yenidən işlə təmin edə bilmədik. Yəqin ki, onlardır şikayət edənlər. Mən öz müəllimimi təmin etməmiş onları necə işə götürə bilərəm?
Mən bilmirəm ki, bu, yüz faiz onların işidir. Hər kimdirsə, bizə şər atmağa çalışır. Mən də yüz söz deyə bilərəm. Bəli, elə valideynlər var ki, müəllimdən pul tələb edir. Deyir mənim övladıma təhsil vermək üçün bizə gəlmə, əvəzində isə mənə filan qədər pul ver. Həmin müəllimlər gəlib deyir ki, mən bir də o qapıya getmək istəmirəm. Bizə valideynlər deyir ki, sizə 500-1000 manat pul verilir. O pulu bizə verin və bizim qapıya gəlməyin. Birincisi, biz o qədər pul almırıq, ikincisi də mənim o pula ehtiyacım var ki, gedib dərs deyirəm. Mən neçə dəfə həmin valideynləri çağırıb danlamışam. Demişəm ki, tutaq ki, hansısa bir müəllim sizinlə razılaşdı. Sizdə pulunuzu alıb qoydunuz cibinizə. Bəs sizin uşaqlarınızın gələcəyi? Onları heç fikirləşmirsiniz, heç öz övladınıza yazığınz gəlmir? Həmin uşaqlar bir yerdə azıb qalanda heç nə oxuya bilməyəcəklər ki, ən azından gəlib evlərini tapa bilsinlər”.
Direktor valideynlərlə özünün “bazarlıq” etməsi ittihamını qəbul etmədi, bildirdi ki, heç vaxt belə şey ola bilməz:
“Hər kəs ayrılan pulunu özü alır. Gəlin belə danışaq. Tutaq ki, sizə pul ayrılıb və siz də gedib dərsinizi keçmisiniz. Siz həmin pulu gətirib mənə verərsiniz? Əlbəttə yox. İnanın ki, belə bir söhbəti mən ilk dəfə sizdən eşidirəm. Necə yəni müəllim dərsini keçməsin və buna görə pulunu gətirib mənə versin? Əgər hər hansı bir valideyn göndərdiyimiz müəllimdən imtina edirsə, həmin müəllimi çağırıb onu məlumatlandırıram və bildirirəm ki, get, başqa uşaq olanda gələrsən. Əvəzində həmin evə başqa müəllim yönləndirirəm. Müəllim də gedib dərsini deyirsə, o niyə gətirib pulunu mənə verməlidir?”
Direktorun da açıqlamasından görünür ki, bu məsəldə “bazarlıq” var. Amma Nüşabə xanım bu işdə günahı valideynlərin üzərinə atdı. Məsələ ilə bağlı araşdırmamız davam edəcək. Çalışacağıq ki, valideynlərin də mövqeyini öyrənək.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04 |
|
|
|
|