Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                 

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Tarix: 10-01-2025, 12:08 | Çap et
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Neçə vaxtdır deyirlər ki, guya, gömrükdə işlər qaydasına düşür. Amma şahidi olduqlarımız bunu demir, açıq-aşkar görürsən ki, narazı yük sahiblərinin sayı getdikcə daha da artır. Gömrük məntəqələrinin hamısı vətəndaş narazılıqlarının əsas ünvanları kimi xarakterizə olunur.

Deyilənlərin təsdiqi olaraq, elə, “Meyvəli” Gömrük Terminalı kimi tanıdığımız Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yük sahiblərinin başlarına gətirilənləri izləmək kifayətdir. Bu barədə gündən-günə artan şikayətləri eşidənsə tapılmır ki, tapılmır. Bunu biz yox, xaricdən mal gətirən iş adamları kimi, adi vətəndaşlar da deyirlər…

…Onsuz da, Azərbaycana gətirilən bütün avtomobillərin və maşın ehtiyat hissələrinin gömrük rəsmiləşməsini həyata keçirən Lökbatan ərazisindəki bu gömrük terminalının adı heç vaxt yaxşı yöndən çəkilməyib. Xatırlayırsınızsa, hələ 2022-ci ilin əvvəlində burada həbslər də həyata keçirildi. Həmin vaxt Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutan Səfər Mehdiyevin yaxın qohumu — bacısı oğlu, Komitədəki Audit Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Asiman Cəfərovla şərikli biznes quran gömrük polkovnik-leytenantı Davud Cəfərov və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən külli miqdarda rüşvət alarkən tutuldular.

Onda, “Meyvəli”-yə bir müddət öncə rəis təyin olunan Səfər Mehdiyevin bacısı yoldaşının qohumunun özü də, idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində, bu gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürdüyünə görə saxlanıldı. Qadın ilkin dindirmə zamanı, bundan əvvəl də, rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirdi. Həmin məlumatda onların birbaşa post rəisinin tapşırığı ilə hərəkət etdikləri deyilirdi.

İndinin özündə də, belədir. Post rəisinin tapşırıqları baş verən bütün qanunsuz hərəkətlərə və özbaşınalıqlara rəvac verir. Necə deyərlər, “balıq başdan iylənir”. Bunlara görədir ki, post əməkdaşlarının çoxu sanki bir korrupsioner dəstənin üzvləri kimi özlərini tanıdıblar. Konkret desək, terminal işçiləri bu gün də istədikləri tərzdə işlərini davam etdirir, vətəndaşların başına oyun açmaqdan çəkinmirlər. İşlərində olan bütün əyintilər gözləri qarşısında baş verdiyi üçün, yük sahibləri bunları bizə narahatlığın doğurduğu ehtiyatla çatdırırlar. Deyirlər ki, etirazçıların adlarını bilsələr, sonadək “günlərini göy əskiyə bükəcəklər.

Bu “bacarıqlı” dəstənin ayrı-ayrı vətəndaşların ciblərini soymaları bir yana, onların xaricdən buraya gəlib çatan yükləriylə sanki bir düşmən malı kimi rəftar edirlər. Etirazçı mal sahiblərinin günlərlə burada ləngidilən, hətta xüsusi bir səliqəylə qablaşdırılan yüklərini, iyrənc məqsədlərinə çatmayan gömrük əməkdaşları xüsusi bir kobudluqla açır, ayaqlar altına tökürlər. Nəticədə, yüklərin içində olan çox qiymətli maşın ehtiyat hissələri sınıq-salxaq vəziyyətdə sahiblərinə qaytarılır.

Bu, inkarolunmaz faktdır və birinə şahidliyi özümüz etmişik — bu aqibəti yaşayan sumqayıtlı Əflatun Orucoğlunun “Meyvəli”-dəki gömrük əməkdaşları tərəfindən sınıq-salxaq vəziyyətə salınan qiymətli mallarının foto-görüntülərini sübut kimi, dərc etdiyimiz bu yazıya əlavə olaraq veririk. Görün, bu dəstə nə qədər ağını çıxardıbsa, “Araz” Media Qrupunun Baş direktoru olan bu Azərbaycan vətəndaşının başına belə bir oyun gətirməklə, ona düz 2000 dollar ziyan vurmaqdan çəkinməyib.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...

“Ölkəyə maşın gətirən insanlar bəyannamə təsdiqini vaxtında götürə bilmirlər ki, gedib maşınlarına nömrə alsınlar. Bu gecikməyə görə də, vətəndaş hər saata, hər günə görə, əlavə olaraq xeyli miqdarda dayanacaq pulu ödəməyə məcbur edilir. Maşın ehtiyat hissələrinin verilməsi isə, günlərlə yubadılır ki, günahkarlar ciblərini doldura bilsinlər. Etiraz edənlərin isə, vay halına, Əflatun müəllimdən betər müsibətlə üzləşməyə düçar edilirlər”, — deyə, digər etirazçılar bizə çatdırdıqları şikayətlərində bu sözləri xüsusi olaraq vurğulayırlar.

Bu ciddi məsələni Dövlət Gömrük Komitəsinin, eləcə də, “Meyvəli”-nin rəhbər şəxsləri ilə dəfələrlə aydınlaşdırmaq cəhdlərimiz isə, boşa çıxır. Amma yaxşı bilirik ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, avtomobillərin gətirilməsinə məhdudiyyət müəyyənləşsə də, ehtiyat hissələrinin gətirilməsinə münbit şərait yaradılmalıdır. Di gəl ki, nəinki “Meyvəli”-də, ölkə sərhədlərində yaradılan digər 99 gömrük postunun hamısında da, bunu nəzərə alan yoxdur. Çoxsaylı vətəndaş şikayətləri də, bunu deməyə əsas verir.

“Artıq, həmin postlardakı korrupsioner komandalar tam olaraq formalaşıb və hər kəsin başında rahatca “turp əkirlər”. Belə edirlər ki, onların işinə əngəl yaratsınlar. Çünki törətdikləri bu qanunsuzluqlarla, bu sahədə nüfuz sahibi olan monopolistlərə kömək etmiş olur, onların daha çox varlanmalarına şərait yaradırlar. Görün, korrupsioner dəstələr belə iyrənc mexanizmi necə qurublarsa, bütün əməllərinin dəhşətini adi vətəndaşlar yaşayırlar.

Ümid edirik ki, ölkə rəhbərinin ciddi göstərişi ilə, bu gömrük postlarında da, tezliklə təmizləmə əməliyyatları başlayacaq, vətəndaşın və dövlətin cibinə girənlər layiqli cəzalarını alacaq və nəhayətdə, yük sahibləri gömrükdən əngəl olmadan keçərək, rahat nəfəs ala biləcəklər” — şikayətçilərin etiraz məktublarının sonu ümidverici bu sözlərlə tamamlanır.

Bu vacib məsələnin ciddiliyini nəzərə alıb, mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini işıqlandırmağa da hazırıq.

(DİQQƏT! Əflatun Orucoğlunun yükləri üçün rəsmən xərclədiyi məbləğlər isə, belə olub)

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR...

araz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru