"Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                 

Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi - Qalmaqal başladı
Tarix: 9-10-2025, 12:36 | Çap et

Bugünlərdə təhsil üzrə ekspert Kamran Əsədovun sosial şəbəkədə Stanford Universitetinin açıqladığı dünyanın ən nüfuzlu alimləri siyahısında Azərbaycan universitetləri ilə bağlı fikirləri öz əksini tapıb.

Ekspert qeyd edib ki, həmin siyahıda dünyanın ən nüfuzlu alimlərinin 2%-i siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adının çəkilməsi ilk baxışdan qürur doğurur:

“Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır.

Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar. Xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görürsən ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var. Onların hər biri ya ABŞ-da, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir”.

Məsələ ilə bağlı Qərbi Kaspi Universiteti Kamran Əsədova cavab verib. Cavabda qeyd edilir ki, Stenford kimi nüfuzlu universitetin təhlilini şübhə altına almaq qeyri-peşəkar yanaşmanın göstəricisidir:

“Azərbaycandan 41 elmi tədqiqatçının olması, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir?

Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya Azərbaycanlı alimlərin hansı universitetlə özünü əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansıdır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxta adlandırmayıb? Hazırda əcnəbi alimlərin Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqəsi uzun illərdir beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir.

Özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafiyoz “ekzemplyar”-ın 30-40 deyil, 70-dən çox Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq gözünə soxacağıq. Bu adamlar üçün reketlik, onun-bunun sifarişi ilə kimisə qaralamaq bir həyat tərzidir.

Bir şeyi bilmədən, öyrənmədən, dəqiqləşdirmədən öz ala-bula “ekzpertiza”-sı ilə özünü hər yerə soxub başından böyük, istədiyi şəkildə hərəkət edir. Köçürmə möhtəkiri, təhsilin “t”-sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır.

Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Bu cəmiyyəti sən nə sayırsan? Bunun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində?

Sonda bir daha bu adamcığaza deyirik yerini bil! Akademik həyatı bulandırma, sənin yerin deyil!”Qərbi Kaspi Universitetinin yazdıqları ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini bildirib. O qeyd edib ki, bir universitet adından yayılan cavab mətni elmi mühitə deyil, küçə ritorikasına bənzəyir:

“Mənim sosial şəbəkədə yazdığım status bir tənqid idi - Stanford Universiteti və Elsevier tərəfindən dərc edilən beynəlxalq siyahının təhlili. Bu “cavab” adlandırılan yazıda mənə “saxta ekspert”, “reket”, “alverçi”, “köçürmə möhtəkiri” kimi ifadələr yönəldilib.

Bu, nə elmə, nə etikaya, nə də universitet adına yaraşan dildir. Əgər bir ali təhsil müəssisəsi arqumentlə deyil, təhqirlə cavab verirsə, bu artıq onun səviyyəsini göstərir. Mən Qərbi Kaspi Universitetindən qovulmamışam. Müqavilə müddətim bitdikdən sonra öz istəyimlə orada dərs demədim. Həmin vaxt kafedra müdiri və dekan xahiş etsə də, mən universitetin elmi mühitini uyğun görmədiyim üçün davam etmədim. Bu, “qovulma” deyil, elmi mühitin yoxluğu səbəbilə ayrılmaqdır.

Əksinə, mənə dəfələrlə abituriyent yönləndirmələri üçün maddi təkliflər edilib. Mən hər dəfə bu təkliflərə rədd cavabı vermişəm. Çünki mən təhsili bazar yox, dəyər kimi görürəm. İndi bu təmiz mövqeyimin bədəli “qısqanclıq dolu hücumlar” olur. Mənim tənqidim arqumentlidir, sübutludur və davam edəcək.

Əgər “qovulub”, “reket” kimi yalan ifadələr üçün üzr istəməsəniz, mən bu məsələni həm məhkəməyə, həm də mediaya çıxaracağam”. Qeyd edək ki, Qərbi Kaspi Universitetinin (əvvəlki adı Qərb Universiteti) təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur. Universitetin əsası 1991-ci ildə qoyulmuş, 2017-ci ildə isə adı Qərbi Kaspi Universiteti olaraq dəyişdirilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru