" "Bank of Baku"dan şikayətim var". "DİA-AZ" xəbər verir ki bu barədə"AZBank Klubu" sosial qrupundakı paylaşımında Artur Fərzəliyev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Durduq yerə bu gün mobil tətbiqə girişimə məhdudiyyət qoyub və kartımda olan 1000 manata yaxın pula da həmçinin. O pulu ora qoymuşdum ki, güya 9% depozit gəliri gətirir, amma belə görürəm çox böyük səhv etdim. Operator qeyd etdi ki, 3-5 iş günü baxılacaq sorğuya, bu sadəcə gülünc və absurddur. 1 ci gün yaxınlaşacam banka, pulumun verilməsini tələb edəcəm və kartlarını da qırıb atacam, tətbiqi də siləcəm. 10 ildən çoxdur ki bank kartlarından aktiv istifadə edirəm, birinci dəfədir belə bir hörmətsizliklə üzləşmişəm..."










