Macarıstanda seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar Ukraynaya €90 milyard kredit ayrılmasını dəstəkləmək niyyətində deyil.
Bu barədə “L'Antidiplomatico” portalı məlumat yayıb.
Qeyd olunur ki, Madyar bu addımın Macarıstanın Avropa Komissiyasından gözlədiyi €35 milyardlıq maliyyə dəstəyini risk altına sala biləcəyini düşünür.
Bu məsələ onun üçün əsas prioritetlərdən biri hesab olunur.








