Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

MİLLƏT VƏKİLİ QAN BATIRIR
Tarix: 17-12-2012, 12:40 | Çap et
MİLLƏT VƏKİLİ QAN BATIRIR
MƏRHUMUN YAXINLARI ÇARƏSİZ QALIB

Öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdır; Məhz deputatın əlaqələri nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə В«öldürmüşük, əcəb etmişikВ», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir…

2011-ci il dekabrın 14-də Billəsuvarın Ovçubərə kənd sakini Həşimov Səttar Həşim oğlu öz həmkəndlisi Mikayılov Nazim Allahşükür oğlu tərəfindən güllələnilib. Yaralı rayon xəstəxanasına gətirilib və 13 gündən sonra Bakıda Respublika Kliniki Xəstəzanasında keçinib. Mərhumun qatilinə isə bu yaxınlarda məhkəmə tərəfindən 1 il 6 ay həbs cəzası verilib.

Bu barədə PİA.AZ-a müraciət edən mərhum Həşimov Səttar Həşim oğlunun yaxınları bildiriblər ki, iki güllə yarası alan və bundan sonra vəhşicəsinə döyülən Səttarın qanını batıran şəxslər Biləsuvar Ovçubərə kəndinin ərazi nümayəndəsi Ağaddin Mikayılov, Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlıdır.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Səttar Həşimov qıçından iki güllə yarası alıb və Biləsuvar Mərkəzi Xəstəxanasında yatdığı 10-gün müddətində huşu başında və tam anlaqlı vəziyyətdə olub. Buna baxmayaraq bu müddət ərzində rayonun hüquq mühafizə orqanları zərəçəkmişdən heç bir izahat almayıblar. Baş verən hadisəni isə zərərçəkmiş və mərhum Səttar Həşimov yaxınlarına deyib ki, Nazim Mikayılov onu güllə vurduqdan sonra səhv etdiyini anlayıb və həyətinə gətirərək yaralarını sarımağa çalışıb. Bundan sonra isə Nazimin atası Allahşükür, əmisi Ağaşükür, əmisi oğlu Məhəbbət hadisə yerinə gəliblər. Allahşükür Mikayılov (bu şəxs Ovçubərə kənd ərazi nümayəndəsinin müavinidir, yəni Ovçubərə kəndində dövlət hakimiyyəti bir ailənin əlində toplanıb) əmisi oğlu, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılovu hadisə yerinə çağırıb. Hadisə yerinə gələn Ağəddin Mikayılov isə yaralıya işgəncə verməyə başlayıb. Mərhum öz yaxınlarına billdirib ki, Ağəddin Mikayılov onun daxili orqanlarına təpiklə ağır zərbələr endirib və bundan sonra aldığı zərbələrdən mərhum huşunu itirib. Mərhum bunun səbəbini isə tez-tez Ağəddin Mikayılovun özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı rayon rəhbərliyinə və Bakıda əlaqədar orqanlara şikayət etməsi ilə bağlayıb.

Məlumatda bildirilir ki, mərhum Səttar Həşimov alıdğı güllə yaralarından deyil, məhz iç orqanlarının ağır zədələnməsi nəticəsində dünyasını dəyişib və ona bu zərbələri endirən şəxs isə məhz Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov olub. Ona görə də mərhumun qohumları hesab edirlər ki, Səttar Həşimovun qatili Nazim Mikayılov deyil, onun əmisi oğlu, Ağəddin Mikayılovdur.

Şikayətçilər onu da qeyd edirlər ki, Nazim Mikayılova əvvəl Azərbaycan CM-nin 132-ci, adam döymə maddəsi ilə iş açdılar. Dünyasını dəyişəndən sonra isə yüngül xəsarət yetirən şəxs kimi onun işini 132-ci maddəni 127-yə dəyişdilər.
Qanunsuz tüfəng gəzdirmə, tüfənglə atəş açıb qəsdən adamöldürməyə cəhd və digər məqamlar istintaq dönəmində və məhkəmə iclasında nəzərə alınmayıb. Şikayətçilər həmçinin qeyd edirlər ki, rayon xəstəxanasından müvafiq sənədləri ala bilmirlər. Klinik xəstəxanadan onlara verilən rəydə isə qeyd olunub ki, mərhum 2 güllə yarası alıb.

Məlumatda bildirilir ki, nümayişkaranə şəkildə insanı güllələyən, ona işgəncə verən şəxslərin arxayınçılığı səbəbsiz deyil. Çünki qatil Nazim Mikayılov məşhur xanəndə, şoubiznesin В«dayıВ»sı Teymur Mustafayevin bacısı oğludur. Onun əsil qatili, Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov isə millət vəkili Xanhüseyn Kazımlıya arxalandığından heç kimi saymır və açıq-aşkar deyir ki, öldürmüşük, əcəb eləmişik.

Şikayətçi tərəf qeyd edir ki, Azərbaycan Prezidentinə, Daxili İşlər nazirinə, Baş Prokurora, MT nazirinə və digər əlaqədar təşkilatlara müraciət etsələr də, bir çox rəsmilərin, o cümlədən, rayon rəhbərlərinin qəbulunda olsalar da, şikayətlərinə baxan yoxdur

Məlumatda Ovçubərə kənd ərazi nümayəndəsini Ağəddin Mikayılov haqqında geniş məlumat verilir. Bildirilir ki, Ağaddin Mikayılov 2007-ci ilin oktyabrından Ovçubərə kəndində ərazi nümayəndəsi işləyir. Ağaddin Mikayılov ixtisasca alim-aqronomdur. Əvvəllər kolxozda aqronom-entemoloq və sədr müavini vəzifələrində çalışıb. İşlədiyi dövrdə dəfələrlə töhmət və şiddətli töhmətlər alıb. O, 1999-cu ildə, bələdiyyə seçkiləri zamanı kənd bələdiyyəsinə üzv seçilib.

Lakin bələdiyyə üzvləri ilə yola getmədiyinə görə 8 nəfər bələdiyyə üzvünün iştirakı ilə 29 mart 2001-ci ildə ona şiddətli töhmət verilib. Bələdiyyə üzvləri, eləcə də yerli sakinlər arasında nüfuzunu itirdiyi üçün növbəti bələdiyyə seçkilərində namizədliyini versə də, seçicilər ona səs verməyib. Lakin A. Mikayılov xalqın səsi ilə kəndə rəhbər gələ bilməsə də, icra başçısının sərəncamı ilə bu kəndin ərazi nümayəndəliyini ələ keçirib.

2004-cü ildə Ağaddin Mikayılov adam döymək üstündə həbs olunub və haqqında məhkəmə qərarı qüvvəyə minib. Məhkəmə Mikayılova Cinayət Məcəlləsinin 132-ci maddəsinə əsasən şərti cəza verib və əmək haqqının 10 misli dövlət nəfinə tutulmaqla cəzalandırılıb.

Qeyd olunur ki, Ağaddin Mikayılov hazırkı ərazi nümayəndəsi vəzifəsinə öz dədə malı kimi və gəlir mənbəyi kimi baxır. Belə ki, müavini, əmisi oğlu, Səttar Həşimovu tüfənglə iki dəfə atəş açaraq yaralamış Nazim Mikayılovun atası Allahşükür Mikayılovla birləşərək, onun adına şişirdilmiş rəqəmlərlə əkilməyən torpaqları sənədləşdirərək əkinə görə külli miqdarda pul yardımını mənimsəmişdir. Bunu bilən kənd sakini İmanverdi Ağayev rayon rəhbərliyinə rəsmi məlumat verib. Rayon İcra Hakimiyyəti öz nümayəndəsinin bu qanunazidd əməllərinə göz yumsa da, prokurorluq məsələyə daha ciddi yanaşaraq qanunsuz yolla mənimsənilmiş pulu dövlət büdcəsinə ödətdirmişdir.

Hazırda isə bu adam kənddə at oynadır. Asdığını asır, kəsdiyini kəsir, öldürdüyünü də öldürür. Bütün bunlara isə ona görə cəzasız həyata keçirə bilir ki, Ovçubərə kənd ərazi nümayəndəsi Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımov və Biləsuvardan millət vəkili seçilmiş Xanhüseyn Kazımlının yaxın adamdır. Bildirilir ki, öldürülən Səttar Həşimovun qanını batıran da məhz millət vəkili Xanhüseyn Kazımlıdr. Məhz deputatın əlaqələri və müəyyən orqanlardan xahiş etməsi nəticəsində bu gün Səttar Həşimovun əsil qatili Ağəddin Mikayılov sərbəst gəzir və hər yerdə В«öldürmüşük, əcəb etmişikВ», deyərək mərhum Səttar Həşimovun yaxınlarına acıq verir.

ikayətçilər iddia edirlər ki, Ağəddin Mikayılov hər həftə sonu Xanhüseyn Kazımlı ilə görüşmək üçün Bakıya gəlir. Bildirilir ki, 2010-cu il seçkilərində Xanhüseyn Kazımlının xeyrinə seçkinin nəticələrini saxtalaşdırmaq üçün Akif Kazımov və Ağəddin Mikayılov çox böyük В«işlərВ» görüblər. Ona görə də millət vəkili Ağəddin Mikayılovun bir sözünü iki eləmir.

Məlumatda o da qeyd olunur ki, Ağəddin Mikayılovun əsas hamisi , Biləsuvar İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovdur. Vəziyyət hətta o yerə çatıb ki, bir çox cinayətlərdə adı hallanan Ağəddin Mikayılov Biləsuvarın İcra başçısı Mahir Quliyevi belə saymır. Xatırladaq ki, Ağəddin Mikayılov bir neçə həftə əvvəl ondan şikayət edən Ovçubərə kənd sakinlərinə: "Gedin mətbuata və dövlət qurumlarına etdiyiniz şikayətlərdə yazın ki, Ağaddın Mikayılov qazandıqlarını icra başçısına verir. Bəli, mən bu pulları dədəmə vermirəm, 90 %-ni Mahir Quliyevə yedizdirirəm".

Məlumatda bildirilir ki, Ağaddın Mikayılovun bu sözləri mətbuatda dərc olunduqdan sonra icra başçısı Mahir Quliyev onu cəzalandırmaq istəsə də, Akif Kazımovun və Xanhüseyn Kazımlının öz sevimlilərini müdafiə etdiklərinə görə, icra başçısı öz nümayəndəsinə heç bir şey edə bilmir. Hazırda Ovçubərə kəndində Mahir Quliyevin sözü qətiyyən keçmir və bu kənddə Akif Kazımovun və Xanhüseyn Kazımlının dəstəyi ilə Ağaddın Mikayılovun tiraniyası hökm sürür.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru