"BİNƏ" ÜSYANI NƏTİCƏSİZ QALIB
Tarix: 21-02-2013, 11:28 | Çap et
SAHİBKARLARIN ETİRAZI BOŞUNA İMİŞ“Binə” Ticarət Mərkəzində problemlər həll olunmayıb. Belə ki, ötən ayın sonlarında baş vermiş ticarətçilərin üsyanı hələ ki, nəticəsizdir. Sahibkarlar qanunsuz olaraq qaldırılan 250 manatlıq icarə haqqıyla razılaşmırlar. Haqları uğrunda ayağa qalxan 10 sahibkar həbs edilərək barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ötən gün “Binə”yə gedib sonrakı proseslərlə maraqlandıq. Sahibkarlar deyirlər ki, etirazdan sonra problemləri həll edilməyib: “Icarə haqqı qaldırılıb. Etiraz günü bazarın sahibi Kəbirə Məmmədova da bizimlə görüşdü və qətiyyətlə bildirdi ki, heç bir güzəşt olmayacaq. Bazarda yer haqqından başqa gözətçi, kassa aparatı, işıq pulu, kondsioner və başqa kommunal haqq yığılır. Bütün bunları toplayanda aylıq xərcimiz minimum 3 min manatdır. Bu qədər pulu gərək qazanasan ki, icarə haqqını ödəyəsən. Alver yoxdur, ancaq buna baxmayaraq ildə iki-üç dəfə yer haqları qaldırılır, buna etiraz etdik, ancaq səsimizi eşitmədilər”. Sahibkarlar deyirlər ki, problemləriylə bağlı dəfələrlə aidiyyəti qurumlara - Prezident Administrasiyasına, Baş Prokurorluğa, Vergilər Nazirliyinə müraciət etsələr də nəticə yoxdur. Bizimlə söhbət edən obyekt sahibləri onu da bildirdilər ki, onlar vergini ödəməyə hazırdılar: “Əvvəlcə bizə dedilər ki, kassa aparatını alın, ancaq qoşmayın, aylıq haqqı verin və özümüz həll edəcəyik. Biz bununla öncə razılaşmadıq, ancaq sonradan problemin həll olunmayacağını görüb çarəsizlikdən kassa aparatını aldıq. Istəyirdik ki, kassa aparatı qoşulsun və satdığımız mala görə qazancımızdan vergi verək. Sonra isə gəlib dedilər ki, kassa aparatını qoşun, buna görə vergi ödəyəcəksiniz, ancaq əvvəllər qoyulmuş haqqı da ödməlisiniz. Bu isə qanunsuzluqdur. Həm vergi pulu ver, həm də kassa aparatı üçün əlavə haqq? Bu harada görünüb? Bütün bunlara görə etiraz etdik, nəticədə bir neçə sahibkarı həbs etdilər”. Üsyandan sonra bazarda çox ciddi yoxlamaların getdiyini deyən satıcılar qeyd etdilər ki, hər bir obyekt sahibinin şəxsiyyət vəsiqəsinin surəti onlardan alınıb: “Burada iki məqsəd vardı. Biri etiraza qalxan satıcıların kimliyini müəyyənləşdirmək, ikincisi isə onları həbslə hədələyib əlavə pul almaq idi. Bütün bu planlar da baş tutdu. Onlarla sahibkardan böyük məbləğdə pullar alındı”. “Binə”dən dükan alan, ancaq hüquqları pozulan Vüsalə adlı vətəndaşın haqqını müdafiə edən vəkil Qurban Məmmədov “Azadlıq”a açıqlamasında bildirdi ki, bazarın sahibi Kəbirə Məmmədova insanların haqlarını pozur: “Biz qanunsuzluqla bağlı məhkəməyə müraciət etdik. Ali Məhkəmə də iddiamızı təmin etmədi. Lehimizə yalnız 4 min manat qərar çıxartdı. Halbuki, Vüsalə xanım bazardan dükan almaq üçün 58 min manat pul ödəyib. Bir müqavilə bağlayıblar. Müqavilənin sol küncündə yazılıb ki, 2 min manat açar pulu, 2 min manat qapı pulu. Məhkəmə yalnız bu pulun qaytarılmasını təmin etdi. Məhkəmə bizdən ödənilən pulun çekini tələb etdi. Biz də dedik ki, çek verilməyib. Insanları televiziyalar vasitəsilə aldadıblar. Telekanallarda yalandan məlumat veriblər ki, ”Binə"də yer qalmadı, bütün dükanlar satılmaq üzrədir. Camaat da buna aldanıb borc-xərc içində gedib dükan alıb. Indi isə məlum olub ki, aldığın dükana görə hər ay icarə haqqı ödməlisən. Bu harada görünüb? Qarşı tərəfin nümayəndəsi məhkəmədə dedi ki, ümumiyyətlə, bizdən pul almayıblar. Yaxşı, onun dediyi kimidirsə, niyə bizimlə barışığa gəlmək istəyirdilər, niyə yer təklif edirlər?". Vəkil müdafiə etdiyi şəxslə bazar rəhbərliyi arasında problemin yarandığını belə izah etdi: “Pulu ödəyəndən sonra heç bir hüquqi əsası olmayan müqavilə bağlayıblar və orada yazılıb ki, sizə filan yerdə dükan verəcəyik. Bazar istifadəyə veriləndən sonra isə məlum olub ki, Vüsalə xanıma başqa yerdə obyekt verirlər. Həmin yerə isə alıcılar gəlmir. Biz də deyirik ki, ya bizə öncədən danışılmış yeri verin, ya da pulumuzu qaytarın. Məhkəmə isə əli avtomatlıların yanında olub, onları dəstəklədi”. \ azadliq.info \


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
|