Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

ELÇİBƏY NAZİR TƏYİN ETDİ, İLK ZƏNGİ HEYDƏR ƏLİYEVƏ EDİB
Tarix: 22-02-2013, 12:19 | Çap et
ELÇİBƏY NAZİR TƏYİN ETDİ, İLK ZƏNGİ HEYDƏR ƏLİYEVƏ EDİB
KEÇMİŞ NAZİR DANIŞIR

Deyirlər, nitq insanlar arasında yeganə ünsiyyət vasitəsidir. Mehriban ünsiyyət qüsursuz rabitə deməkdir. Odur ki, bugünkü qonağımın səmimi etiraflarını olduğu kimi sizə çatdıracaq, onun xatirələri ilə oxucuların duyğuları arasında birbaşa rabitə yaratmağa çalışacağam.

Tanış olun, qonağım rəqqas, bəstəkar, fotoqraf, nazir və ya sadəcə Siruz Abbasbəylidir.

- Əhvalınız necədir? Bayram çərşənbələrini necə qeyd edirsiniz?
- Mən çərşənbələri evdə qeyd edirəm. Çərşənbələr bizim evdə həmişə yüksək səviyyədə qeyd olunub. Süfrəmizdə hər zaman aşımız var.

- Bir qədər özünüzdən danışardınız...

- Ata tərəfim Ordubaddandır, babam Musa Abbabəyli vaxtı ikən Naxçıvanın axundu olub. Müharibədən əvvəl - Bolşeviklər gələndə övladlarını götürüb keçib İran tərəfə. Müharibə başlayandan sonra sərhədlər bağlanıb, nəticədə babamgil də qalıblar İranda. Müharibə illərindən, belə desək, Sovetlər qalib olandan sonra müraciət ediblər səfirliyə, amma müraciətləri nəzərə alınmayıb, geri qayıtmağa icazə verilmədiyindən onlar bir müddət İranda yaşamağa davam ediblər. Babam rəhmətə gedəndən sonra üç övladı qalır, yəni atam və iki qardaşı. Sonra atamgil yenidən səfirliyə müraciət edirlər. Səfirlikdə işçi lazım olduğunu deyirlər və onlara müvəqqəti işləmək təklif edilir. Beləliklə, 1953-cü ilə qədər qardaşlardan biri Tehranda, ikisi Təbrizdə işləməyə başlayır. Mənim sənədimdə də 1946-cı ildə İranda anadan olduğum göstərilir. Biz 1953-cü ildə Azərbaycana qayıdanda nənəm hələ sağ idi. Bizi səfirlik özü göndərdi, Stalinin pis vaxtlarıydı, amma ölməmişdi, elə xəstə vaxtlarında belə bir göstəriş verdi ki, xaricdə olan bütün səfirliklərin işçiləri geri qayıtsın. Bilmirəm bu nə siyasət idi, bir onu bilirəm ki, biz də qayıdıb gəldik.
- Deyilənə görə, gənclik illərində fotoqraflığa da həvəsiniz olub.
- 60-cı illərdə vəziyyət hər yerdə çətin idi. Hətta məktəb çantası belə parçadan tikilmiş idi, nazik sapı vardı, kitabları qoyurduq onun içinə və çantanı çiynimizə salıb dərsə yollanırdıq. Bu çətin vəziyyəti nəzərə alıb mən də özümə bir yol tapmışdım. Hələ onda Gəncədə yaşayırdıq, 4-5-ci sinifdə oxuyardım. Qadınlar məhəlləyə yığılar, gözəl çay süfrəsi hazırlayar, oturub söhbət edərdilər. Bu mənzərə məni uzaqdan cəlb edirdi, yaxınlaşıb şəkillərini çəkirdim, sonra isə həmin şəkillərin birini on qəpikdən özlərinə satırdım. Mənim fotoqraflığım burdan başladı.
- Ümumiyyətlə, gənc yaşlarınızda nəyə həvəsli olmusunuz, maraq dünyanız necə olub?
- Mənim radiotexnikaya böyük həvəsim olub, ən birinci cibdə gəzdirilən radionu mən yığmışam. “Marlboro”-nun plastmas qutusuna radio yığmışdım, hər kəs də təəccüblə baxırdı ki, “Marlboro” oxuyur.
- Deyirsiniz ki, marağınız radio-texnikaya olub, demək, qarşınıza məqsəd olaraq bu sektorda karyera qurmağı qoymuşdunuz. Sonrakı nailiyyətləriniz planlarınıza daxil idimi?
- Rabitəçi olmaq mənim heç vaxt ağlıma gəlməyib. 57-58-ci illərdə Gəncədə pionerlər evinə gedirdik, orda müxtəlif dərnəklər vardı, mən həm radio, həm musiqi, həm dram, həm də rəqs dərnəyinə gedirdim. Bir sözlə, boş vaxtım yox idi, amma bütün bunlara baxmayaraq, dərslərimə də həmişə hazır idim. Təqribən on dörd yaşım olanda əməkdar artist, filarmoniyanın rəqs ansamblının rəhbəri Zülfiyar Baratov məni filarmoniyaya solist apardı. Halbuki, solistlərin hamısının yaşı ən az on səkkiz, on doqquz idi. 1961-ci ildə Bakıda sənət məktəblərinin mədəniyyət sarayında Moskvaya getmək üçün respublikanın bütün rayonlarından rəqs ansambllarının baxışı keçirilirdi, sədr də Şəmsi Bədəlbəyli idi. Müsabiqənin şərti bu idi ki, hansı şəhər və rayonun ansamblı yaxşı olsa, həmin ansambl Moskvaya gedəcək. Elə oldu ki, Gəncənin ansamblı yaxşı yer tutdu və ikinci tura bizi buraxdılar. Böyük auditoriya qarşısında mən dırnaq üstə oynaya-oynaya səhnəyə daxil olmalı idim. Oynadığım yerdə gözlənilmədən barmağım girdi səhnədəki yarığa. Rəqs on dəqiqə çəkdi. Təsəvvür edin ki, onun bir dəqiqəsini çıxsaq, mən doqquz dəqiqə yerimdə dayanaraq oynadım. Səhnəcik bitəndən sonra yoldaşlarımın köməkliyi ilə ayağımı o yarıqdan çıxardım. Çəkməni soyunanda gördüm ki, bütün qan içindədir ayağım, dırnağım da yoxdur. Beləcə, rəqsdən birdəfəlik əl çəkdim. Sonra barmağımı sarıtmaq üçün klinikaya gəldim. Onunla üzbəüz Rabitə Nazirliyi, nazirliyin həyətində də Rabitə texnikumu var idi. Çıxanda təsadüfən bir elanla qarşılaşdım, isti yay ayları idi, imtahanlara az qalmışdı. Elanda yazılmışdı ki, Rabitə texnikumuna aşağıdakı sənədlər üzrə tələbə qəbulu başlanıb. Gördüm ki, bura elə mənim yerim imiş. Texnikuma daxil oldum və elə oxuya-oxuya da ATS-də işləməyə başladım. Sonra müntəzəm olaraq vəzifələrim dəyişdi - texnik, mühəndis, baş mühəndis, nazirliyin idarə rəisi, Azərbaycanın mərkəzi komitəsində məsul işçi, nazir müavini və nazir oldum. Nazirlikdən çıxandan sonra bir müddət Türkiyədə, Rusiyada, Moldovada müxtəlif rabitə sistemlərində çalışdım. Sonra yenidən Azərbaycana gəldim, bir müddət Texniki Universitetdə dərs dedim, sonra işdən çıxdım, bir neçə il istirahət etdim.
- Bəs necə oldu ki, musiqini sevdiniz, həvəskar bəstəkarlıq fəaliyyətinə başladınız?
- Gəncədə bir qonşumuz vardı, adı Əsgər idi, çörək zavodunda işləyirdi. Onun dörd oğlu vardı, bizə nisbətən onlar imkanlı ailə idilər. Əsgər dayının, mən bildiyimə görə, arzusu idi ki, uşaqları musiqiylə məşğul olsunlar. Onlara gedəndə gözləyirdim nə vaxt musiqi alətləriylə məşqi bitirəcəklər və mən fasilədə beş-on dəqiqə o alətlərdən əlimə alıb kiçik məşq edəcəm. Bakıda texnikuma daxil olandan sonra dayandırdım musiqini, çünki vaxtım yox idi, hərdənbir şəhərə çıxanda gitarada çalıb-oxuyardıq. Həvəsli olduğumdan indi evimdə bütün musiqi alətlərinə rast gələ bilərsiniz. Günün birində dedim ki, axı niyə mən özüm bir mahnı bəstələmirəm? Soruşdum, öyrəndim, məşğul oldum və beləliklə həvəskar mahnı bəstələrinə də imza atdım.
- İlk mahnınız yadınızdadırmı?
- Mənim anam içərişəhərli olub, onun sənədləri indiyədək məndədir, orada “Badu-Kubə” yazılıb, İçərişəhərdə yaşayan çox az adamın sənədində var bu yazı. Ürəyimdən keçdi ki, ona bir mahnı bəstələyim. Nəhayət, bəstələdim “İçərişəhər” adlanan həmin mahnını. Nisə xanım oxudu, həvəsləndim, Aybəniz Həşimova, Elza Seyidcahan və yekunda Flora Kərimova oxudu mahnılarımı.
- Öz həyatınızdan ürəklə, həvəslə danışırsınız, sanki o günlər təkrarən gözləriniz önündə canlanır...
- Bilirsiz necədir, insan sırf suala cavab verəndə müsahibə çox maraqsız olur, amma öz həyatından faktlarla danışanda bu artıq canlı bir söhbətə çevrilir.
- Bir ideya ağlınızdan keçir və görürsünüz ki, bunu gerçəkləşdirən yoxdur, onda istəyirsinizmi ki, onu özünüz gerçəkləşdirəsiniz?
- Mən təzəlikcə Rabitə və İnformasiya Texnologiya Mütəxəssisləri İctimai Birliyini yaratmışam, avqustun 30-da təsdiq olundu. Hal-hazırda beş proqram üzərində işləyirik, bundan əlavə, BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının Azərbaycandakı filialını yaratdım, Rabitə Naziri Əli müəllim oranın fəxri prezidenti, mən də prezidentiyəm. On dörd nəfər də akademikimiz var.
- Bəs necə oldu ki, nazir oldunuz?
- 1992-ci ildə Pənah Hüseynov məni yanına çağırtdırdı, birgə Elçibəyin yanına getdik. Elçibəy məni neçə vaxt idi axtarırdı, mənə dedi ki, rabitə məhv olmaq üzrədir, bizə də rabitəçilər dedi ki, yalnız siz bu sektoru yenidən yarada bilərsiz, işləyə bilərsizsə, göndərək sizi nazir. Zəng etdilər Vahid Ələkbərova, baş nazirin müavini idi, göstəriş verdilər ki, Siruz müəllimi təqdim edin, o da məni aparıb təqdim etdi və beləliklə mən nazir oldum. İş otağıma daxil olanda ilk zəngim Heydər Əliyevə olmuşdu.
- Niyə ilk zənginiz məhz Heydər Əliyevə olmuşdu?
- Sizə kiçik bir hadisə deyəcəm, ondan sonra məlum olacaq niyə: “Mobil rabitəni Bakıya gətirən ərəfədə məni dəvət elədilər İsrailə, getdim. İsraildə “Ağlayan Divar”( Стена плача) var, ürəyindən keçəni kağıza yazırsan, salırsan divara və sənin arzun həyata keçir. Mən də kağıza yazdım ki, müharibə dayansın. Başqalarını deyə bilmərəm, amma mənə yeddi rayonumuzun getməsi doğrudan çox pis təsir edirdi. Naxçıvan da Qarabağ kimi çox pis vəziyyətdə idi, ermənilərin Qarabağdan sonra Naxçıvanı almaqları çox sadə bir şey idi, əgər Heydər Əliyev Naxçıvana getməsəydi, ora da əldən getmişdi. Naxçıvanın Azərbaycanla rabitəsi ancaq Qarabağ üzərindən keçirdi, Qarabağ da işğal olunandan sonra bütün kabellər kəsilmişdi, ancaq Moskva üzərindən mümkün idi bu. Sizin sualınıza cavab olaraq demək istəyirəm ki, rabitə birinci növbədə Naxçıvana ona görə lazım idi ki, Naxçıvan pis vəziyyətdə idi, Heydər Əliyevə zəng edib özümü nazir olaraq təqdim etdim və nə kömək lazım olduğunu soruşdum, o isə cavabında məni Naxçıvana dəvət etdi. Heydər Əliyevlə danışandan sonra getdim Naxçıvana, sonra İrana, Respublika rəhbərliyinin razılığı ilə Təbriz və Culfa vasitəsilə Naxçıvana xətt buraxdıq, sonra isə Beynəlxalq rabitə yaratmaq üzərində çox fikirləşdik və onda da Türkiyə bizim köməyimizə gəldi. Türkiyə üzərindən ilk peyk rabitəsini - Azərbaycandan dünyaya çıxış rabitəsini yaratdıq.
- Bu gün nazir olsaydınız, nələr edərdiniz?
- İstəmirəm, nazirimiz var, gözəl işlər görür, məni qane edir. Həm də məndən başqa nazir olası cavanlarımız çoxdur, hal-hazırda tutduğum mövqe məni qane edir. Yaratdığım ictimai birliyə dövlət tərəfindən çoxlu dəstək hiss edirəm. İnşAllah görüləsi işlərimiz, layihələrimiz çoxdur, mən özüm də gənclərə dəstək oluram.
- Sonda oxuculara öz ürək sözlərinizi deyərdiniz.

- Əvvəla, hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm, hamıya gözəl günlər və can sağlığı arzu edirəm.

Hər kəs istənilən peşəyə yiyələnə və ya onu seçə bilər. Yad da ki, seçdiyi peşəni bir başqasına dəyişər. Yeganə peşə insanlıqdır ki, ona ancaq həyat məktəbində yiyələnirsən...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru