“AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                     "Azərpoçt"un rəhbəri işdən çıxıb .....                     Kənd Təsərrüfatı Nazirliyinin tenderi .....                     Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? .....                     Kədərli mahnıları da gülməli olan müğənnimiz .....                     ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? .....                     İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib .....                     Başçıya müraciət etsə də... .....                     MSK üzvlərinin səlahiyyət müddəti bitir .....                     Dünyanın ən müftəxor deputatları .....                     Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir .....                     28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur .....                     Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti .....                     Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                 

AĞDAMDA MİSLİ GÖRÜNMƏMİŞ TAXIL KORRUPSİYASI
Tarix: 24-02-2013, 14:45 | Çap et
AĞDAMDA MİSLİ GÖRÜNMƏMİŞ TAXIL KORRUPSİYASI
NİZAMİ SADIQOVUN SAXTA SƏNƏDLƏRİ BİABIRÇI FAKTLARI ORTAYA ÇIXARIB

DİA.AZ: - Sən demə Ağdamı ermənilər işğal etməyib. Çünki bunu Ağdam rayon icra hakimiyyəti başçısı Nizami Sadıqovun həyata keçirtdiyi saxta işləri sübuta yetirən sənədlərə görə demək mümkündür. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" portalı xəbər yayıb. Daxil olan məlumatlarda bildirilir ki, son vaxtlar süni şəkildə rayonda təsərüfatın qaydada olmasını, taxılçılığın “inkişafını” nümayiş etdirmək üçün icra başçısı Nizami Sadıqov ağılasığmaz sənəd saxtakarlığına başlayıb.

Beləliklə qohumlarının adına torpaq sahələrinin icarəyə verilməsi və orda taxıl əkinini olması ilə bağlı sənəd hazırlanıb. Sənəddə maraqlı olan nədir? Rəsmi sənədlərin birində göstərilir ki, müxtəlif şəxslərə 8958 hektar torpaq verir. Amma bununla məsələ tamamlanmır. Aydın olur ki, daha 4 min hektara qədər də ərazi fərdi şəxsülərə paylanıb. Beləcə məlum olur ki, Ağdamda 13 min hektara qədər yalnız taxılçılıq ərazisi var. Bunu da əlavə edək ki, Ağdamda yaşayış yerlərini, fərdi şəxslərə məxsus əraziləri də bu hektarların üzərinə əlavə etsək məlum olacaq ki, Ağdam işğal olunmayıb və ya işğal olunmuş ərazilərdə Nizami Sadıqova taxıl əkmək üçün ermənilər icazə verib. Bunu da qeyd edək ki, prezident İlham Əliyev son müşavirəsində bu cür qanunsuzluqların olması, sahibkarların adından icra başçılarının pul yediklərini bəyan etmişdi. Əldə etdiyimiz konkret faktlar isə sübut edir ki, həqiqətən də belə saxtakarlıqlar var və bu sırada Ağdam ilk yerdədir. Amma Nizami Sadıqovun saxtakarlığı bununla tamamlanmır. Gəlin başqa bir məqama baxaq. Məlum olur ki, rayonda təsərüfatların inkişafı üçün güya insanlara on minlərlə manat həcmində yardımlarda verilir, əkin üçün toxumluqlarla təmin olunurlar. Amma aydın olur ki, bunların heç biri olmur və bu pullar sadəcə olaraq büdcədən çıxarılır.

Daxil olan məlumatlara görə, bu günlərdə Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov rayondakı büdcə təşkilatlarının rəhbərlərini kabinetinə toplayaraq ağılasığmaz açıqlama verib. İcra başçısı tələb edib ki, bütün büdcə təşkilatları komunal xərclər üçün ayrılmış vəsaiti gətirib ona versinlər. Çünki yuxarıları "görməlidir" və bunun üçün ciddi pul lazımdır. Amma idarə rəhbərləri bunun mümkünsüz olduğunu deyiblər. Bundan sonra isə o təşkilatların mühasibatlarına zəng edərək həmin pulları tələb edib.

Amma daha dəhşətli bir fakt isə xalq artisti,professor Arif Babayevlə bağlı olub. Əldə etdiyimiz məlumata görə Ağdamda Arif Babayevin yubileyinə hazırlıq görülür. Amma Arif Babayevə dünyalar qədər hörmətlə yanaşan ağdamlılar bu dəfə yubileyin keçirilməsinə sevinmirlər. Səbəb isə icra başçısı Nizami Sadıqovun rəsalətli hərəkəti ilə bağlıdır. Belə ki, Nizami Sadıqov idarə rəhbərlərinə bildirib ki, tədbirin keçirilməsi üçün hər təşkilat 1500 manat pul verməlidir. Yəni idarə rəhbərlərindən Arif Babayevin adı ilə pul yığılır.

Bu arada rayonun kraliçası kimi tanınan təhsil şöbəsinin müdiri də sakit durmayıb. O isə icra başçısı ilə birlikdə milyonları yumaqla məşğuldular. Belə ki, məktəb tikintisi və təmiri demək olar ki, büdcədən pul oğurlamaqla sonunclanır. Gəlin faktlara baxaq. Nizami Sadıqovun nəzarətində olan "Vüsel" şirkəti 2012-ci ildə doğum evini tikərək təhvil verir. Amma qısa zamandan sonra büdcədən 150 min manat pul çıxarılır və doğum evini yenidən "təmir" etmək üçün "Vüsel" şirkətinə verirlər. Bundan başqa Elmira Şükürova ilə yanaşı icra başçısının birinci müavini Zülfü Qasımovda iştirak edir. Belə ki, müavinin qardaşı Qasım Qasımov şirkətlərə sahibdir və bu şirkətlər hesabına büdcədən pullar silinir. Faktlara baxaq. Gəncədə Ağdama məxsus məktəbin təmiri üçün 1,5 milyon manat pul ayrılır. Amma məktəbə 100 min manatdan da az xərc qoyulur. Daha sonra "Şəms-95","Amil-İnşaat" firmalarına məktəb təmiri adı ilə 2,5 milyon manat pul ödənilir. Bunlarla yanaşı Qasım Qasımov "Eleqans" şirkətinin adı ilə də 1,5 milyon manat pul əldə edir. Çox maraqlıdır ki, bu özbaşınalıqları həyata keçirən məmurlar Bakıda kimlərəsə bel bağlayırlar. Məsələn, Elmira Şükürova açıq şəkildə bəyan edir ki, hətta nazir Misir Mərdanovda ona heç nə edə bilməz. Çünki arxamda "Azəryolservis" təşkilatının rəhbəri Cavid Qurbanov durur. Buda bildirilir ki, Cavid Qurbanovun adından tək Elmira Şükürova yox, Bakıda 39 saylı məktəbdə direktor olan E. Şükürovanın bacısıda istifadə edir. Bunu da qeyd edək ki, son bir neçə il ərzində Nizami Sadıqovla, Elmira Şükürovanın büdcədən mənimsədikləri vəsait milyonları keçib. Faktlara baxaq.

Deməli rayonda maraqlı bir üçlük yaranıb və milyonlarla manat bu üçlüyün arasında yoxa çıxarılır. Söhbət bermud üçbucağından yox, "Vüsel"şirkəti-Nizami Sadıqov-Elmira Şükürova üçbucağından gedir. Əldə etdiyimiz məlumatda da göstərilir ki, bu rayonda bütün tenderlərin bir "qalibi" olur ki, buda "Vüsel" şirkətidir. Gəlin sadəcə faktlara baxaq.

1. 17.12.2009-cu il 6017 ödəniş tapşırıqı nömrəsi ilə "Vüsel" şirkətinə Ağdam məktəblərinin (?) təmiri üçün 126110.60 manat pul verilir

2. 17.12.2009-cu il 6022 ödəniş tapşırığı nömrəsi ilə "Vüsel" şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 22881.40 manat pul verilir

3. 03.03.2010-cu il tarixdə 619 nömrəli ödəniş tapşırığı ilə "Vüsel" şirkətinə Ağdam rayon məktəblərinin (?) təmiri üçün 9457.63 manat pul ayrılır

4. 03.03. 2010-cu il tarixdə 620 saylı ödəniş tapşırığı ilə "Vüsel" şirkətinə Ağdam məktəblərinin(?) əsaslı təmiri üçün52542.37 manat pul ayrılır

Nəzərinizə çatdırdığımız faktlar əldə etdiyimiz sənədlərin yüzdə biridir. Və çox maraqlıdır ki, tək məktəb təmirləri yox, eyni zamanda büdcədən çıxarılan pulların böyük əksəriyyətində "Vüset" şirkəti iştirak edir.

Amma məsələ heç də bununla sona çatmır. Əldə etdiyimiz məlumata görə Elmira Şükürovanın başqa rayonlarda da ciddi biznes şəbəkələri var. Bakıda isə nə qədər mənzilinin olduğunu heç kəs müəyyənləşdirə bilmir. Mənbə bunu da deyir ki, son zamanlar Elmira şükürova daha böyük vəzifəyə keçmək üçün hərəkətə keçib. Hətta onun icra başçısı olmaq üçün bir neçə dəfə Bakıya gəldiyi,3 milyon manata qədər "hörmət" belə etməyə hazır olduğunu deyib. Bu işdə çox maraqlıdır ki, Ağdam rayon Maliyyə şöbəsinin müdiri də aktivlik göstərir. Hətta o Elmira Şükürovaya maliyyə dəstəyi də göstərəcəyini deyib. Elmira Şükürova ilə bağlı başqa maraqlı bir fakt isə budur ki, onun saxta diplomaların təşkili ilə bağlı az qala nəhəng bir sistemi var. Və bu sistemin başında Gənc Təbiətşünaslar Məktəbi durur. Yaxın saylarımızda saxta diplomlarla Ağdam məktəblərinə müəllim və müəllimə kimi işə götürülən şəxslərin adlarını açıqlayacağıq. Bunu da qeyd edək ki, Gənc Təbiətşünaslar Məktəbinin direktoru işdən azad olunsada, onun yerinə elə öz qızı təyin olunub. Çünki bu məktəbdə kifayət qədər qanunsuz işlər görülür və bunun ortaya çıxmaması üçün kənar şəxslərin ora daxil olmasının qarşısı alınır.

Hazırda isə prezident İlham Əliyevin son açıqlaması rayon rəhbərliyini qorxuya salıb. Əldə etdiyimiz məlumata görə Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun bəzi pis vərdişləri var ki, bunu da artıq yuxarı dairələrə çatdırıblar. Bildirilir ki, icra başçısının kart oyunlarına bir aslılığı var və əksər günlər meşə zolağında olan kafesində məclislər təşkil edilir. Bunu da qeyd edək ki, kart oyunlarına "Vüsel" şirkətinin rəhbərinin də xüsusi marağı var və icra başçısı ilə dostluğunda da bunun böyük təsiri var. Beləliklə Nizami Sadıqovun qeyd etdiyimiz kimi bu vərdişi yuxarı dairələrə çatdırılıb. Hətta bu cür kart oyunlarında bəzən 100 min manata qədər pulun dövr elədiyi də söylənilir. Mənbənin sözlərinə görə bununla bağlı bir neçə dəfə icra başçısına xəbərdarlıq da edilib. Amma heç bir nəticə əldə edilməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25
Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru