Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi .....                     Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır .....                     “Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” .....                     “Heç bir şey göründüyü kimi deyil“ .....                     “Atlant” istirahət mərkəzi satılacaq? .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu .....                     İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? .....                     YENİ PROSES: Bakıdan İrəvana təyinat... .....                     4 ayda oğurlanan 6 milyon manat .....                     Flora Kərimova uzun fasilədən sonra... .....                     “Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” .....                     Ermənistanda hərbi maşın qəzaya düşdü: .....                     172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu .....                     Banklarda qızıl əmanəti varmı? .....                     Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət .....                     Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil .....                     Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ .....                     Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL .....                     8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" .....                     "Bu şoular ailə dəyərlərini məhv edir" .....                     "Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib .....                     “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” .....                     Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib .....                     Ermənistandan Araz çayı ilə bağlı şok qərar .....                     “PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub .....                     Erməni lobbisi dinc dayanmır: .....                     “Çakır” Milli Məclis deputatı ola bilər? .....                     Sülh istəyirsənsə, müharibəyə hazırlaş .....                     Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək .....                     "İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." .....                     “Mənə 6000 maaş veriləcəyini dedi” .....                     Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri .....                     Tahir Qədəşovun vəziyyəti qəlizləşdi .....                     TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu .....                     Köçəryanla bağlı ŞOK İDDİA .....                     Qadın müəllim başçı müavini oldu .....                     Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub .....                     “Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                 

“VURULMA” SIRASI İBRAHİMOVLARA DA ÇATDI
Tarix: 27-02-2013, 11:51 | Çap et
“VURULMA” SIRASI İBRAHİMOVLARA DA ÇATDI
HACI İBRAHİM NEHRƏMLİNİN RƏSUL QULİYEVLƏ ƏLAQƏLƏRİ ARAŞDIRILIR

DİA.AZ: - Bu saatlarda hacı İbrahimin şəriki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi tərəfindən dindirilir. DİA. AZ bildirir ki, bu barədə “Təzadlar” qəzeti məlumat yayıb. Həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“ В«TəzadlarВ»ın ötən saylarında tanınmış vəkil Ramiz Zeynalovun müdafiəsi altında olan iş adamı, В«AzərrossВ» Şirkətinin həmtəsisçisi, iş adamı Əflatun Piriyevin öldürülməsinin sifarişində suçlu bilinərək həbs olunmuş Hümbət Məmmədovun Prezident İlham Əliyevə, Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova müraciətini dərc etmişdik…. Ardınca isə onun vəkili Ramiz Zeynalov geniş müsahibə vermişdi.

Söhbət Hümbət Məmmədovun “AvestaВ» şirkətinin rəhbəri hacı İbrahim barədə Prezidentə yazdığı şok ittihamlar barədədir. Belə ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Prezidentə yazırdı:

В«Çox hörmətli cənab Prezident!

Hörmətli cənab nazirlər, cənab sədr, hakimlər və prokuror!

Bu müraciət-ifadəmlə səmimi olaraq həbsimə səbəb olan hadisənin necə baş verdiyini və əsil səbəbini aydınlaşdıracağam.

Mən uzun illər Rusiya Federasiyasında çalışaraq (Mənə məxsus "Alyans" şirkəti neft-qaz avadanlığının satışı ilə məşğul olurdu. Rusiyanın Qazprom şirkətinin 12 operatorlarından biri idi) küllü miqdarda pul (8 mln. ABŞ dolları) qazanmışdım. 2004-cü ildə uşaqlarım böyüdüyü üçün Bakıya qayıtmağı qərara aldım. Bakıda ilk gördüyüm adam Əflatun Piriyev olmuşdur. Mən ondan soruşdum, dedi ki, Bakıda ən yaxşı biznes tikinti biznesidir və o, məni hacı İbrahimlə (İbrahim İbrahimovla) tanış elədi və dedi ki, yuxarıların ən yaxın adamlarından biridir… Hacı İbrahim mənə dedi ki, sərmayəni sən qoyursan, amma 50-nin 50-yə işləyirik, ona görə ki, başqa nə problemin olsa bizneslə əlaqədar hamısını mən həll edəcəyəm. Mənə dedi ki, Rabitə Nazirliyinə məxsus 68 sot torpaq sahəsi var 850 min dollara deyirlər, özəlləşməsi ilə birlikdə. Dedi ki, bir-iki aya sənədləşdirib tikintiyə başlaya bilərik. Əflatun dedi ki, yaxşı yerdir. Mən razı oldum. Əflatunun vasitəsi ilə 850 min dolları verdim hacı İbrahimə (nə biləydim ki, hacı İbrahim bir ildən çox imiş ki, işçilərinin maşını verə bilmirmiş. Sonradan torpağın qiymətini də 1,2 milyon dollara qaldırıb 350 min dolları isə ev şəklində özü verdi). Əflatuna etibarnamə verib, tapşırdım ki, mənə məxsus "Alyans" şirkəti ilə hacı İbrahimə məxsus "Avesta" şirkəti ilə müştərək (50 %-Avestanın, 50 %-Alyansın) şirkət yaratsın və alınacaq torpaq sahəsini bu şirkətin adına rəsmiləşdirsin. Özüm isə Rusiyaya işimin arxasınca getdim… Sonra mənə hacı İbrahim dedi ki, görüşmək lazımdır. Biz görüşdük. Mənə təklif elədi ki, "Avesta" binasının arxasında boş torpaq sahəsi var, yarısını mən almışam, geridə qalan yarısını isə 500000 dollara deyirlər, gəl onu al həmin tikintiyə başlayaq. Ona kimi "Papanin"dəki torpağın sənədləri hazır olar. Həmin torpaq "Bənna" MTK-ya məxsus idi. Əflatun mənə dedi ki, yaxşı yerdir, bütün sənədləri hazırdır, razı ol. Mən çarəsiz qalıb razı oldum, ona görə ki, fikirləşdim, əgər o biri torpaq düzəlməsə, ora verilən pulu buradan götürərəm. 500 min dolları verib həmin işə başladıq… Tikintinin aparılmasını və evlərin satışını Əflatuna tapşırdıq. Ayda da 2000 dollar maaş verirdik... Həmin tikintiyə hacı İbrahimlə mən şərik idik. Əflatunun ora heç bir şərikliyi yox idi. Bunun üçün "Azərross" MTK kooperativi yaradıldı. Orada Əftatun Piriyevin 20 % təsisçilik payının olmasını mən bu hadisə olandan sonra bildim. Ona olan etibarımdan istifadə edib özünü təsisçi edibmiş. Həmin tikintidən Əflatun Piriyevə 400 m2 mənzil, 4 ədəd qaraj verdim, hədiyyə olaraq. M.Muxtarov 145 ünvanda inşa olunan binanın tikintisini də Ə.Piriyevə tapşırdım, satışını da həmçinin, ayda 2000 dollar maaş verirdim. Tikinti qurtarandan sonra isə 206 m2 mənzil, 2 qaraj hədiyyə etdim ona. Onu da 300.000 manata satıb, başqa bir ev aldı. Bütün bunlardan əlavə, 2004-2006-cı illər ərzində Əflatun Piriyevə 1 min dollara qədər pul hədiyyə etmişəm və 2 ədəd "Leksus" CİP avtomaşını, nömrələri "007", "009". Hansı ki, yoldaşımın adından onun adına keçirilib. Həmin ərəfədə hacı İbrahimi “kitay" vətəndaşlarına qarşı dələduzluq etdiyinə görə, əlini qandallayıb Bakı şəhəri Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparmışdılar. Əflatun mənə dedi ki, yazıqdır, kömək elə, tutacaqlar. Şəxsən özüm gedib özümü onun vəkili kimi təqdim edib onun “kitay"lılara olan 230.000 dollar borcunu ödəyib, həbsdən qurtardım. Mənə dedi ki, yaz borc dəftərinə, tikintidən götürərsən. Hacı İbrahim məndən xahiş elədi ki, deputat seçkilərində ona sponsorluq eləyim. 350.000 dollar da onda verdim. Yenə dedi ki, tikintidən götürərsən. Bu pulların hamısını Əflatun Piriyevin qarantiyası ilə vermişdim. 2006-cı ilin axırlarında Əflatun Piriyevlə mənim söhbətim oldu. Dedim mən pulumu haradan gtürəcəyəm? Hacı İbrahim Teymur Əliyev-67\71 də tikilən binadan öz payını artıqlaması ilə götürmüşdü. Cavabında mənə dedi ki, narahat olma, onun haqqında elə şeylər bilirəm ki, əgər lazımı adamlar bunları bilsə, onu məhv edərlər. (Həqiqətən də hacı İbrahim Əflatun Piriyevdən çox çəkinirdi). Dedi ki, sən narahat olma, pulun batmaz. Elə həmin vaxtlar "Papanin"dəki torpağın sənədləri hazır oldu. Mən Əflatuna dedim ki, torpağı satın, pulumu götürüm, daha işləmək istəmirəm. Əflatun mənə dedi ki, bu saat sən pulunu hacı İbrahimdən götürə bilməyəcəksən, yaxşısı budur ki, tikintiyə başlayaq. Yenə də çarəm qalmadı, razı oldum. Elə oldu ki, bizim aldığımız 68 sot ərazi kvadrat şəklində deyildi. Ona bitişik 30 sot torpaq sahəsini də almaq lazım gəldi. 1,2 mln. dollara aldıq. Onun pulunu hacı İbrahimlə Teymur Əliyev küçəsində tikilən binadan verdik. Bundan əlavə, 200 min dollar da özəlləşməsinə verildi. 2006-cı ilin axırlarında 30 sot torpaq sahəsi 1,4 mln dollara başa gəldi. 68 sot torpağın özəlləşməsinə isə 400 min dollar verdik. Yəni, 98 sot torpaq sahəsi, cəmi 3 mln. dollara başa gəldi. Hacı İbrahim dedi ki, sərəncam almaq üçün 1,2 mln. dollar lazımdır. Sonra dedi ki, mən cavabdehəm, sərəncam olmadan tikintiyə başlayın. Evlərin satışından verək həmin məbləği. Tikintiyə 2007-ci ilin əvvəlində başladıq. 1,2 milyon dolları verdik. 2-3 ay keçməmiş İbrahim İbrahimov dedi ki, 1,2 mln. dollar yenə istəyirlər, yoxsa tikintini dayandıracaqlar. Həmin məbləği də verdik. Bu yollarla hacı İbrahim məndən 1,2 mln-dollar əvəzini 6 mln. dollar pul götürdü. Tikintinin rəhbərliyini Əflatun Piriyevə tapşırdıq, ayda 2000 dollar maaş almaq şərti ilə. 2007-ci ilin axırlarında hacı İbrahim mənə dedi ki, guya siyahı tutulub, bizim şirkət də oradadır. Biz 2 mln. dollara məktəb tikintisi üçün pul köçürməliyik. Mən ona dedim ki, axı pul yoxdur, haradan götürəcəyik? Dedi, özün bilərsən, verməsən, bütün biznesimizi dayandıracaqlar. Məcbur olub Beynəlxalq Bankdan 2,3 mln. dollar kredit götürüb, 1 mln. dolları hacı İbrahimə verib, qalanını tikintiyə xərclədik. Qalan 1 mln. dolları özümdən verdim. Məni əmin etdi ki, bizə iş verəcəklər, oradan qoyduğumuz pulu artıqlaması ilə götürərik. Mən inandım.

2008-ci ilin ortalarında Əflatun Piriyev mənə dedi ki, o da şərik olmaq istəyir. Söylədi ki, məni də şərik elə, hacı İbrahim mənlikdir, yoxsa onunla bacarmayacaqsan. Mən hacı İbrahimə deyəndə ki, Əflatun Piriyevi şərik eləyək, o özündən çıxıb çox hirsləndi. Mənə dedi ki, ayda (10-15) min dollar maaş ver, amma onu şərik eləmə. Hələ onu tanımırsan. O çox paxıl və mərdimazar adamdır, sonra başımıza oyun açacaq... Mən dediyimin üstündə durdum. Dedim 10 % mən verirəm, 10 faiz də sən ver. Birtəhər razı saldım hacı İbrahimi.

2008-ci ilin avqust ayında Əflatun Piriyevi yeni yaradılacaq "Azərross" MTK kooperativinə 20 % payı olmaqla təsisçi qəbul elədik.

“Alyans" şirkətinin 50 % təsisçilik payından Əflatun Piriyevə- 10 %, “Avesta" konsernin 50 % təsisçilik payından -10% Əflatun Piriyevə verildi. Bu şərtlə verildi ki, guya yerin qiymətini, yəni 4 mln. manat (2007-ci ilin dekabrında 4 mln. manat qiymət edilmişdi) 10 %-”Alyans"a, 10%-”Avesta"ya ödəmişdir. Amma indiyə kimi ödəməyib.

Əflatun Piriyev təsisçi qəbul olunana kimi, yəni 2008-ci ilin avqust ayına kimi kompleksin 5 mərtəbəsi (1mərtəbə qeyri-yaşayş, 4 mərtəbə yaşayış, 100 qaraj) inşa olunmuşdur. Əflatun Piriyev şərikliyi ancaq 16-19 mərtəbəyə şamildir.

Bütün problemlər də elə o təsisçi olan gündən başladı. Hacı İbrahim mənimlə Əflatunun xoş münasibətini görüb, başladı aranı vurmağa. Hər şeyin üstü 2010-cu ilin avqustunda açıldı. Hacı İbrahim məni yanına çağırıb dedi ki, Vaqif Bağırov ona 3 mln. manat pul atıb və mənə sənədlər göstərdi. Dedi ki, onu tutduracağam. Həmin dövrdə Vaqif Bağırov həm "Azərross İK" MTK-nın, həm də "Avesta" konserninin baş mühasibi işləyirdi. Mən hacı İbrahimin dediklərini Əflatuna danışdım. Əflatun mənə dedi ki, o heç vaxt Vaqifi tutdura bilməz. Mən ona dedim ki, axı sənədləri özüm görmüşəm. Əflatun dedi ki, hacı İbrahim əgər Vaqif Bağırovu tutdursa onda özünü də tutacaqlar. Dedi ki, sənin bilmədiyin çox şeylər var və başladı danışmağa. Dedi ki, “Hacı İbrahim sənin o vaxt "Papanin"də torpağa verdiyin pulun 500 min dollarını Rəsul Quliyev Bakıya gəlmək istəyəndə dövlət çevrilişi etmək istəyirdilər, ona xərcləyib. Ondan əlavə də 300 min dollar yenə xərcləyib. Mən şəxsən, mənim adıma olan telefondan zəng etmişəm Rəsul Quliyevin yaxın adamlarına və pulu 500 min dolları vermişəm. 300 min dolları isə Vaqif Bağırov verib. Bundan əlavə, Hacı İbrahim mənim və Vaqifin adına “Sputnik" telefon almışdı- birini özünə, birini isə qardaşı, Diaspora Komitəsinin sədri Nazim İbrahimova, Rəsul Quliyevlə danışmaq üçün və Bakıdakı dövlət çevrilişini təşkil etmək üçün. Bunları prezident bilsə, hacı İbrahimi məhv edərlər..."

Sonra dedi ki, “Hacı İbrahim kassadan götürdüyü... 5 mln. dolları Baksovetə verməyib. Vaqifə deyib ki, bu sirri Hümbətə açma, sənə 2 mln. dollar verəcəyəm. Vaqif də görüb pulu vermir, o yolla öz halal pulunu götürüb... Səndən və kassadan götürdüyü 2 mln. dolları bir ad çəkib, ora verməyib. Bunu bilsələr onu yer üzündən silərlər".

Mən Əflatuna dedim ki, onun belə adam olduğunu bilirdinsə, niyə məni onunla tanış edirdin? Mənə o qədər pul borcludu, nə cür alacam? Mən dedim ki, heç torpağa verilən pulu götürməmişəm, plyus hacı İbrahimin mənə olan borcu 580000 dollardı. Əflatun mənə dedi ki, o pulları mən sizə şərik olandan əvvəl vermişəm, mənə aidiyyəti yoxdur, o qədər artıq pul götürüb, get nə cür istəyirsən sən al, mən qarışmıram. Mən ona dedim ki, axı sən şahid dururdun ona pulu verəndə, niyə belə oldu? Dedi özünüz bilərsiniz... Əlavə olaraq bildirirəm ki, mən Əflatun Piriyevin Rəsul Quliyev barəsində dediyi sözləri hacı İbrahimə çatdırdım. Məsləhət gördüm ki, konfliktə girməsin. Hacı İbrahim isə mənə dedi ki, “Əgər Vaqif Bağırovla Əflatun Piriyev birləşsə, bizim axırımıza çıxacaqlar...”.

Beləliklə, hacı İbrahim onun və qardaşı Nazim İbrahimovun Vaqif Bağırov və Əflatun Piriyevin adına С‘SputnikВ» telefonlar alaraq Rəsul Quliyevlə danışdığını, onun gəlişi ilə bağlı Bakıda dövlət çevrilişinə hazırlıq görülməsi, Rəsul quliyevin Bakıdakı adamlarına bu məqsədlə külli miqdarda pul verməsini və s. şok sirlərini bilən bu iki adamın aradan götürülməsi üçün Hümbət Məmmədova sirrini açır, əvvəlcə Əflatun Piriyevin cəzalandırılmasını sifariş verir… Sonradan Ə.Piriyev təsadüf nəticəsində, amma bu sifariş əsasında öldürülür, Vaqif Bağırov isə hacı İbrahimdən xəlvəti kassadan (baş mühasib idi) 2 milyon manat pulu götürüb Azərbaycanı tərk etmək qərarına gəlir. Çünki başa düşür ki, onu aradan götürmək üçün hacı İbrahim plan qurur. V.Bağırov hazırda Afrikada yaşayır…

В«TəzadlarВ»ın yazıları Baş Prokurorluğu ayağa qaldırdı…

Qeyd edək ki, Hümbət Məmmədovun Prezidentə bu müraciəti С‘TəzadlarВ»da dərc olunan kimi hacı İbrahim özünü təbliğ etmək üçün С‘Yeni MüsavatВ» qəzetində silsilə yazılar dərc etdirdi, ardınca da qardaşı, Diaspor Komitəsinin sədri Nazim İbrahimov adı çəkilən qəzetə geniş müsahibələr verdi… Amma bu məqamda Hümbət Məmmədovun vəkili Ramiz Zeynalov hacı İbrahim və qardaşı N.İbrahimov barədə şok açıqlamalar verdi. Hətta hacı İbrahimin dəhşətli sirlərini bilən və əlində sübutlar olan, hazırda Afrikada olan Vaqif Bağırovla əlaqə yaradılmasından, onun istintaqa hacı İbrahimin Rəsul Quliyevlə birləşərək Bakıda dövlət çevrilişinə cəhd cinayətində birbaşa iştirak etməsinə dair ifadə verməyə hazır olduğunu bildirmişdir…

Və nəhayət, Baş Prokurorluq və ölkənin adını çəkmək istəmədiyimiz aidiyyəti yüksək dövlət qurumları bu ittihamların araşdırılmasına start verdilər. Beləliklə, bu saatlarda hacı İbrahimin şəriki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hümbət Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin xüsusilə mühüm işlər müstəntiqi tərəfindən dindirilir… O, hacı İbrahimin və qardaşı Nazim İbrahimovun Rəsul Quliyevin Azərbaycanda dövlət çevrilişində iştirakına verdikləri dəstək və onunla С‘SputnikВ» telefonlar vasitəsilə necə əlaqə saxlanılması, Rəsul Quliyevin tapşırığı ilə kimlərə nə qədər pul verilməsi və s. barədə müstəntiqə ifadə verir. Həmin dindirilmədə tanınmış vəkil Ramiz Zeynalov da iştirak edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Danışıqlarla manipulyasiya: Rusiya yay hücumuna hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 00:09
“Bu, Paşinyandan daha çox “tuşonka” oğrularının məğlubiyyətidir” - KİV
Bu gün, 00:06
“Heç bir şey göründüyü kimi deyil“
Bu gün, 00:02
“Atlant” istirahət mərkəzi satılacaq? – Qalmaqallı dələduzluq işi
Bu gün, 00:00
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 19:20
Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu
Dünən, 19:15
İnternetin sürətinə görə Azərbaycan dünyada neçənci yerdədir? - SİYAHI
Dünən, 18:14
YENİ PROSES: Bakıdan İrəvana təyinat... - GƏLİŞMƏ
Dünən, 18:07
4 ayda oğurlanan 6 milyon manat - Necə qorunmaq olar?
Dünən, 18:03
Flora Kərimova uzun fasilədən sonra...
Dünən, 17:56
“Çöldən qapıları da bağlayıb ki, heç kim gələ bilməsin” – Deputat İmişlidəki hadisədən DANIŞDI
Dünən, 17:50
Ermənistanda hərbi maşın qəzaya düşdü: - 1 ölü, 3 yaralı
Dünən, 17:48
172 vətəndaşdan 14 milyon manat ələ keçirənlərin işi: milyonluq əmlakın üzərinə həbs qoyuldu - TƏFƏRRÜAT
Dünən, 17:45
Banklarda qızıl əmanəti varmı? - AKTUAL
Dünən, 17:42
Milli Onkologiya Mərkəzini 2 milyonluq avadanlıqla təchiz edən şirkət - BƏLLİ OLDU
Dünən, 17:39
Türkiyə və İsrailin qarşı-qarşıya gəlməsi Azərbaycan üçün əlverişli deyil - ŞƏRH
Dünən, 17:36
Qulidən "oğru" adını almaq istəyən avtoritetin həbsxanadan GÖRÜNTÜLƏRİ - FOTO
Dünən, 17:31
Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - AÇIQLAMA
Dünən, 17:25
8,5 bal gücündə zəlzələ olacaq: "Daha böyüyü gözlənir" - ŞOK XƏBƏRDARLIQ
Dünən, 17:22
"Bu şoular ailə dəyərlərini məhv edir"
Dünən, 17:19
"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:16
“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var” - Nizami və Nəsiminin nəsli üzə çıxır?
Dünən, 16:20
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib - TƏFƏRRÜAT
Dünən, 16:16
Ermənistandan Araz çayı ilə bağlı şok qərar - Bakı nə tələb edirdi?
Dünən, 16:13
“PAŞA Bank”ın Müşahidə Şurasının strukturunda dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 16:12
Erməni lobbisi dinc dayanmır: - Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur
Dünən, 16:10
“Çakır” Milli Məclis deputatı ola bilər? – Yalnız bir halda...
Dünən, 16:07
Sülh istəyirsənsə, müharibəyə hazırlaş - Azərbaycan nümunəsi
Dünən, 16:04
Borcu olan şirkət DSMF-nin 2 mərtəbəli binasını 394 min manata təmir edəcək - TƏFƏRRÜAT
Dünən, 15:58
"İcra başçısı kəndə gəlmişdi, qırağa çəkib dedim ki..." - GİLEY
Dünən, 15:54
“Mənə 6000 maaş veriləcəyini dedi” - STP əməkdaşı iş yoldaşını aldadıb
Dünən, 15:50
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri - MƏQALƏ
Dünən, 15:46
Tahir Qədəşovun vəziyyəti qəlizləşdi – iş adamları “Atlant”a mal-material verdiklərini dedilər
Dünən, 15:40
TƏBİB-lə narazı stomatoloqlar arasında razılıq əldə olundu - TƏFƏRRÜAT
Dünən, 15:37
Köçəryanla bağlı ŞOK İDDİA – “Hraparak”
Dünən, 15:12
Qadın müəllim başçı müavini oldu - ƏMR
Dünən, 14:20
Müdafiə Sənayesi Nazirliyində daha bir kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Dünən, 14:16
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Dünən, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Dünən, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Dünən, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Dünən, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Dünən, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Dünən, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Dünən, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Dünən, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Dünən, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru