PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ MƏMUR HƏBSLƏRİ
Tarix: 28-02-2013, 09:39 | Çap et
 2005-Cİ İLİN 17 OKTYABR HADİSƏLƏRİNDƏN DƏ SƏS-KÜYLÜ OLAYLAR OLACAQ
DİA.AZ: - В«Qarşıdan gələn prezident seçkiləri fərqli olacaq və bu seçkilər özünün mahiyyətiylə 1993-cü illərin hadisələrini də xatırladacaqВ». Bu şok açıqlamanı DİA.AZ-a hökumət içindəki etibarlı mənbə verib. Qaynağın bildirdiyinə görə, 20 il əvvəl olduğu kimi, yenə də Rusiya və İran regionda xüsusi fəallıq nümayiş etdirir:
В«Yenə də Rusiya və İranın Azərbaycandakı maraqları təhlükə altındadır. 20 il əvvəli xatırlayın. Bu iki ölkə Azərbaycanın daxilində müxtəlif separatçı qüvvələri fəallaşdırmaq hesabına süni gərginlik yaratmağa müvəffəq olmuşdular. İndi də eyni ssenarini təkrarlamağa çalışırlar. Alınacaqmı? Təbii ki, nə indi 1993-cü il deyil, nə hakimiyyət o hakimiyyət deyil, nə də Azərbaycan o Azərbaycan deyilВ».
Mənbəmiz bildirir ki, Rusiya və İran dışında özünə kifayət qədər ciddi və etibarlı dayaq müəyyənləşdirməyə müvəffəq olmuş rəsmi Bakının şimal və cənubdan gələn və ehtimal olunan hər türlü basqılara hazırlıqlı görünməsi təəssüratı da mövcuddur: В«Rusiyanı indiki hakimiyyət heç də qane etmir. Amma buna rəğmən rəsmi Moskva heç də əvvəlki qədərində təsir rıçaqlarına malik olmadığının fərqindədir. Yeganə vasitələri Qarabağ problemidir ki, bunun da nəticəsində Kreml əslində özünü çətin duruma salmış oldu. Rəsmi şəkildə Azərbaycanın öz Qarabağ torpaqlarını geri almasını (hansı yolla olursa olsun -red.) sakit şəkildə qarşılamayaqlarını bəyan edən ruslar əslində həm ATƏT-in Minsk Qrupundakı missiyalarının və həm də ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli prosesindəki iştiraklarının tərəfsiz olmamaları səbəbindən etibar əldə etməməsinə zəmin yaratdılar. Yəni artıq hər kəs etiraf edir ki, Rusiya da Fransa kimi net olaraq istənilən formada Ermənistanın yanındadır. Və əslində bu şəraitdə Azərbaycan bir dövlət olaraq ATƏT-in Minsk Qrupundan imtina hüququna da malikdir. Amma bu addım ona görə atılmır ki, hələ həlledici döyüş üçün qərar verilməyibВ».
Mənbəmiz bildirir ki, Azərbaycanın müharibə tədarükündə olmasını ruslar yaxşı bilirlər: В«O səbəbə görə də Rusiya davamlı şəkildə Ermənistanın hərbiləşdirilməsi səviyyəsinin Azərbaycana yetişə bilməsi üçün bütün addımları atır. Azərbaycanın pulla satın aldığı hərbi texnikaları ruslar ermənilərə peşkəş edir. Və bu yolla Kreml aradakı balansı qorumaqla yanaşı, həm də Azərbaycan üzərindəki yeganə təzyiq vasitəsini - Qarabağ problemi üzərindəki manipulyasiya imkanlarını itirmək istəmədiyini də ortaya qoyurВ».
Amma artıq çox şeylərin dəyişdiyini bildirən mənbəmizə görə, bu gün hakimiyyət daxilindəki Rusiyameyilli qanadın hədəfə alınması da məhz rəsmi Bakının Qarabağla bağlı planlarının tərkib hissəsidir: В«Yaxşı başa düşülür ki, Rusiyaya canişinlik edənlərə söykənib Qarabağ uğrunda bir addım belə atıla bilməz. Amma prezident İlham Əliyev daha böyük dövlətin rəhbəri olmaq, Azərbaycanın ərazi bütünlüyünü bərpa etmək niyyətini hər zaman açıq şəkildə ifadə etdiyi kimi, bu çətin dönəmdə də prinsiplərindən imtina etmədiyini net olaraq ortaya qoymaqdadırВ».
Nədir bu təzahürlər? Mənbəmizə görə, son zamanlar əsas müşahidə olunanı Azərbaycanın Rusiyadan qırılması prosesidir əslində…: В«Ramiz Mehdiyevin В«vurulmasınaВ» tədarük bir simvol xarakteri daşıyır. Yəni buna başlanğıc da demək olar. Azərbaycandan rus qoşunları 20 il əvvəl çıxarılsa da, Rusiya Azərbaycandan hələ çıxmayıb. Və bu çıxışın təmini, Rusiyanın Azərbaycana girişinin birdəfəlik olaraq qapadılması üçün köklü addımlar atılmalıdır ki, bu gün rəsmi Bakının yürütdüyü siyasət də məhz bu anlamı daşıyır. Bəlkə də hansısa adldımları sezmək olmur. Amma maraqlı dairələr artıq Azərbaycanın bir dövlət olaraq hansı mövqedə qərarlaşmasının tam fərqindədirlərВ».
Mənbəmiz bu arada şok bir məlumatı da redaksiyamızla paylaşdı: В«Təbii ki, bu seçki ili gərgin olacaq. Amma istənilən bir gərginliyə rəsmi Bakının adektvat reaksiyası olacaq. Əgər kimlərsə süni şəkildə şiddətə meyl edəcəksə, artıq qərarı verilib, reaksiya da eyni şiddətdə olacaq. Odur ki, may ayına nəzərdə tutulan total kadr islahatları zamanı hətta həbslərin də mümkünlüyü istisna deyilВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56 |
|
|
|
| • Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55 |
|
|
|
| • Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53 |
|
|
|
| • ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47 |
|
|
|
| • İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44 |
|
|
|
| • Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42 |
|
|
|
| • MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35 |
|
|
|
| • Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32 |
|
|
|
| • Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27 |
|
|
|
| • 28 illik fəaliyyət göstərən şirkətə yeni sədr təyin olunur - DETALLAR
Bu gün, 09:25 |
|
|
|
| • Naxçıvan Muxtar Dərəbəyliyində “Açıq qapı” siyasəti - "Motivasiya olmayan yerdə isə..."
Bu gün, 09:11 |
|
|
|
| • Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10 |
|
|
|
| • Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08 |
|
|
|
| • Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54 |
|
|
|
| • "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27 |
|
|
|
| • "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10 |
|
|
|
| • Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01 |
|
|
|
| • İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00 |
|
|
|
| • İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58 |
|
|
|
| • ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56 |
|
|
|
| • Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28 |
|
|
|
| • Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08 |
|
|
|
| • Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57 |
|
|
|
| • "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42 |
|
|
|
| • "Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38 |
|
|
|
| • "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34 |
|
|
|
| • "Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26 |
|
|
|
| • İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21 |
|
|
|
| • Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09 |
|
|
|
| • AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04 |
|
|
|
| • Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58 |
|
|
|
| • Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42 |
|
|
|
| • ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34 |
|
|
|
| • İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28 |
|
|
|
| • İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05 |
|
|
|
| • Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02 |
|
|
|
| • İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57 |
|
|
|
| • İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58 |
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47 |
|
|
|
|