Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                 

"HƏLƏ HEÇ NƏ ETMƏMİŞƏM"
Tarix: 7-03-2013, 09:19 | Çap et
"HƏLƏ HEÇ NƏ ETMƏMİŞƏM"
"PSİXOLOJİ OBRAZ OYNAMAQ İSTƏYİRƏM"

Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyevin Milli.Az-a müsahibəsi.

- Sərvər müəllim, istərdim incəsənətə, Gənclər Teatrına gəlişinizdən söhbətə başlayaq...

- Əslinə qalsa, elə Hüseynağa müəllimdən danışmaqla söhbətə başlamaq istəyirəm. Mənim ustadım o zamankı, Gənclər Teatrının yaradıcısı, əməkdar incəsənət xadimi, istedadlı rejissor, gözəl insan Hüseynağa Atakişiyev olub. Bu insan hər zaman mənim yaddaşımdadır. İncəsənət universitetində oxuyarkən müəllimim, tanınmış rejissor Nəsir Sadıqzadə idi. O, bizə Azərbaycan teatrı uğrunda çalışan, canfəşanlıq göstərən insanlardan danışardı. Ən çox da Hüseynağa müəllimdən... Hüseynağa Atakişiyev o zaman Şəki Teatrında işləyirdi, artıq onun uğurları SSRİ məkanından da kənara çıxmışdı. Nəsir müəllim mənə çox deyirdi ki, universiteti bitirəndən sonra onun yanında gedib işləyərsən. Mən universiteti bitirəndə artıq Hüseynağa müəllim Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində işləyirdi. Onun üçün mən özəl teatr olan meydanlarda işləməli oldum.

Bildiyiniz kimi o vaxt erməni təcavüzkarlarının vətənimizə istilası başladı və mən də bu hadisələrə laqeyd qala bilməzdim. Müharibə başladı və döyüşlərə getməli oldum. Düz 1992-ci ilə kimi heç bir peşəkar teatrda çalışmadım. Aktyor dostum Eldar İmanov məni Hüseynağa müəllimlə tanış etdi. Hüseynağa müəllimlə görüşəndə o, mənə bir neçə suallar verdi. Məni sorğu-suala tutdu, neçə əsər tamaşaya qoyduğumu, aktyor kimi hansı tamaşalarda çıxış etdiyimi, hamısını ona danışdım. Bizim söhbətimiz təxminən oktyabr ayına təsadüf etmişdi. O, mənə noyabr ayından gəlib teatrda işləyə biləcəyimi söylədi. Mənim üçün bu, çox təəcüblü oldu, çünki Hüseynağa müəllim Gənclər Teatrına heç kimi imtahansız işə qəbul etmirdi. Çox qısa bir müddətdə biz onunla münasibət yaratdıq. Artıq 4 ay sonra Əkrəm Əylislinin “Şeytan tələsi” əsərində rejissor obrazını mənə həvalə etdi. Sonra “Hamlet”, “Tədbirə qarşı tədbir”, “Yay gecəsində yuxu”, “Ölülər”, “Onun iki qabırğası”, “Kişi və qadın”, ümümiyyətlə, 50-yə yaxın tamaşasında rol aldım.

Mən həyatımda onun kimi zamanı qabaqlayan ikinci rejissor görməmişəm. O, teatrın ölçülərindən, kulisindən tutmuş, səhnəsinə qədər hər şeyi bilən adam idi. Bütün hər şey onda cəmlənmişdi, bununla yanaşı, Allah ona gözəl insanlıq da vermişdi. Bu iki xüsusiyyət hər insana qismət olmur. Allah ona qəni-qəni rəhmət etsin. Mən universitetdə Nəsir Sadıqzadəyə, peşəkar teatrda isə Hüseynağa müəllimə ömrümün axırına kimi borcluyam. Bu borcu nə qədər çalışsam da, hələ də yerinə yetirə bilmirəm.

- Bildiyimə görə, Mingəçevir Dram Teatrında rejissor kimi fəaliyyət göstərirsiniz.. Bu teatrdakı fəaliyyətiniz haqqında nə danışa bilərsiniz?

- Bəli, mən Mingəçevir Dram Teatrında rejissor kimi də çalışıram. 2 ay öncə bu teatrda yeni bir tamaşa hazırladım. Bu, Mingəçevir Dram Teatrının səhnəsində hazırladığım sayca 2-ci tamaşamdır. Ümumilikdə isə peşəkar teatrda 15-dən çox əsəri tamaşaya hazırlamışam.

- Mütaliəyə vaxt tapan aktyorladansınız?

- Çantamda hazırda 2 şeirlər kitabı var. İnglis romançısı Genrix Hakkardın romanlarını oxuyuram, xüsusilə də “Kleopatra” romanını. Daha çox sənətimə aid olan kitabları oxumağa üstünlük verirəm. Əlimə keçən gözəl bir novella, yaxud hekayə olarsa, məmnuniyyətlə oxuyaram. Görürəm ki, yeni romançılarımız var, gəlirlər. Amma təəssüflər olsun ki, yeni dramaturqlarımız yoxdur. Ssenari cəhətdən də çox zəiflik var. Dramaturq o vaxt yetişir ki, o, teatrda olsun, teatrın bütün sirlərini bilsin. Necə rejissor sənəti bilirsə, o da sirləri bilməlidir ki, oturub pyes yazsın. Bizim teatra hərdən elə pyes gətirirlər ki, adam dəhşətə gəlir. Deyirəm qardaş, buna ancaq film çəkmək olar. Bu sahədə bizdə istedadlı gənclər yoxdur.

- Özünüz daha çox necə tamaşalarda oynamağı sevirsiniz?

- Mən özümü daha çox lirik psixoloji dramlarda və komediyalarda sərbəst hiss edirəm. Hərçənd sifətdən baxanda mən ciddi adama oxşayıram. “Mən səni sevirəm” tamaşasında Nəcəf adlı kiçik bir rolum var, Nəcəf səhnəyə çıxanda tamaşaçı gülüşdən dayana bilmir. Həmçinin də Gənclər Teatrında oynadığım “Onun iki qabırğası” tamaşası...

- Nədənsə sizi daha çox müsbət, rəhmli ata obrazlarında görürük. İstər teatrda, istərsə də filmlərdə...

- Əslinə qalsa, mən Gənclər Teatrında bir çox mənfi rollar oynamışam. Onu da deyim ki, dramda ən çox sevdiyim mənfi rollardır. Bir qısametrajlı filmə çəkilmişdim, efirə gedəndən sonra hamı mənə nifrət edirdi. Hətta anam da deyirdi ki, a bala, bizim nəsilimizdə belə adam yoxdur axı, sən niyə pislik edirsən (gülür)? Aktyora mənfi rolu yaratmaq çətindir, nəinki müsbəti. Müsbət rolu tez sevdirmək olur. Amma mənfi rolu tamaşaçıya sevdirmək üçün mütləq istedad tələb olunur.

- Gənclər Teatrı ilə bağlı nəyi etiraf etmək istərdiniz?

- O günlər üçün çox darıxıram. Heç bir rejissor məndən incməsin, Hüseynağa müəllimdən sonra məni tamaşa cəhətdən “doyuzduran” rejissor olmadı. Bəhram Osmanov indi bizə baş rejissor təyin edilib, mən onunla tələbəlik illərində bir yerdə işləmişəm. İndi də inanıram ki, o illərdə olduğu kimi yenə gözəl və yadda qalan tamaşalarında rollar oynayacağam. Öz rejissuramız olmasa, nə qədər istəyirsən xaricdən rejissor gətir, o effekti verməyəcək. Özümüzdən yetişməlidir, gənclər artıq teatra gəlməlidir.

Siz təsəvvür edin mənim 47 yaşım var, bu, sıfırdan başlamaq deməkdir. Mən demirəm itirmişəm, əksinə mən çox şey qazanmışam. Mən atamı çox erkən, 14 yaşında itirmişəm. Deyəndə ki, mən çox şeyi atamdan yox, Hüseynağa müəllimdən öyrənmişəm, təəccüblə baxırlar. Onu da bildirim ki, hal-hazırda onun haqqında sənədli film və bir kitab üzərində işləyirəm. Çalışacağam ki, filmi aprelin 9-da, Hüseynağa müəllimin dünyasını dəyişdiyi gün təqdim edim. Bir aktyordan istifadə edəcəyəm ki, o da oğuludur. Oğlu ona çox bənzəyir.

- “Buzovna kəndinin əhvalatları” tamaşasındakı rolunuz ilə həyatdakı Sərvər müəllim arasında, mən bilən, bir o qədər də fərq yox idi...

- Bu obrazın çox cəhətləri mənə həyatda yaxın idi. Ağababa obrazı səbrliliyi, ailə və qonşulara olan münasibəti ilə mənə çox yaxındır. Açığı deyim ki, o rolu hazırlayanda çox çətinlik çəkmədim.

- Ağababanın ailəsinə münasibətiniz necədir?

- Mən də elə bir mühitdə böyümüşəm. Atam heç vaxt dostlarını evə gətirməyib. Bilmirəm bu, nədən irəli gəlir, bunun altında bir çox səbəblər ola bilər. Ona görə də mən bu ailəyə səmimi baxıram. Ağababanın sonda deməsi ki, gəlin gedək kabab yeyək, uşaqlar 4 aydır kabab yemir, bax mən tamaşanın o yerində kövrəlirəm. Hətta mənə elə gəlir ki, deyiləcək sözü unutmuşam.

- Aktyor səhnədə ikinci həyatını yaşayır. Razısınız bu söz ilə?

- Bizim teatrda Əlifahim müəllim var, o, uzun müddət "Azdrama"da işləyib, səhnəni və teatrı çox gözəl, dərindən bilir. Onun gözəl bir sözü var: ”Deyir ki, aktyora "sən" deməzlər. O tək deyil. Neçə-neçə rollar oynayıb, həyatlar yaşayıb. Ona ancaq cəm halında "siz" demək lazımdır”. Səhnə də bizim ikinci həyatımızdır. Bura da bizim iş yerimizdir, səhnədə kiminsə hesabına kimisə sevməliyik, yaxud kiməsə pislik, yaxşılıq etməliyik. Necə olur-olsun, sən o kədəri yaşayırsansa, sənin ömründən gedir. Səhnə arxası biz o qədər həyəcan keçiririk ki. O səhnə arxası qısa həyəcan aktyorun ömrünü “yeyir”. Ona görə aktyorların əksəriyyəti çox yaşamır. Bu da bizim həyatımızdır.

- Aktyor olmağınız həyatda nəyisə qazanmağınıza mane olmadı ki?

- Gileylənmək istəməzdim... Deyim ki, sevgimi əlimdən aldı, yox, əksinə sevdiyim xanımla evləndim. Sevdiyim xanım uşaqlarımızın böyüməsində arxamda dayaq oldu ki, mən sənətdən ayrılmayım. Nəyi əlimdən aldı deyə bilmərəm. Mən bu sənətə ömrümü qurban verəcəyəm. Hələ görüləcək işlərim qarşıdadır. Amma bir də həyata qayıtsaydım, aktyor olmazdım.

- Heç sənətdən ayrılmaq istəmisinizmi?

- Bir ay ayrıldım, sonra həyat yoldaşımın təkidi ilə yenidən sənətimə qayıtdım. O, mənə deyirdi ki, sən sənətsiz yaşaya bilməzsən. Həqiqətən də, gördüm ki, mən bu sənətsiz yaşaya bilmərəm.

- Sənət nöqteyi nəzərindən etmək istədiyiniz işlər çoxdur?

- Bəli, əlbəttə, çoxdur. Mən hələ bu sənətdə heç nə etməmişəm. Filmdə psixoloji bir obraz oyanmaq istəyirəm. Hələ ki, arzularım çoxdur.

- Sərvər müəllim, sonda ailə həyatınızdan danışmağınızı istərdim...

- Çox xoşbəxt bir ailədə yaşayıram. İki qızım, bir oğlum var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru