Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

RÜSTƏM İBRAHİMBƏYOV NƏ İSTƏYİR?
Tarix: 19-03-2013, 12:59 | Çap et
RÜSTƏM İBRAHİMBƏYOV NƏ İSTƏYİR?
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırıb.

- Fransa səfəriniz necə keçdi? Marseldə təşkil etdiyiniz kino və teatr festivalı yekunlaşdımı?

- Festival çox yüksək səviyyədə baş tutdu. Artıq 18-ci dəfədir ki, Marseldə kino və teatr festivalı keçirirəm. İşləri uğurla yekunlaşdırıb Fransadan Rusiyaya qayıtmışam.

- Festival iştirakçılarının Azərbaycanda üzləşdiyiniz problemlər, rəhbərlik etdiyiniz ittifaqa alternativ qurumun yaradılması, ofisdən çıxarılmağınız, ittifaqa cinayət işi açılması barədə məlumatı vardımı?

- İnformasiyalar çox sürətlə, geniş formada yayılır. Baş verənlər haqda eşidənlər çox təəssüflənirlər, təəccüblənirlər. Hazırkı hakimiyyətə münasibət çox mənfidir. Ölkədə diktatura olduğunu, korrupsiyanın, rüşvətin tüğyan etdiyini dünya mətbuatı geniş yazır, hamı bunu bilir.

- Səhhətinizdə problem olması haqda məlumat yayılmışdı. İndi necəsiniz?

- Böyrəyimdə daş var. Mehmanxanada olanda ağrılar tutdu, təcili tibbi yardım çağırıldı. Məni xəstəxanaya apardılar və bir gecə orada qaldım. Həkimlər üç-dörd gün daşı parçalamağa çalışdılar. İndi səhhətim normalıdır, özümü yaxşı hiss edirəm. Başqa bir problem yoxdur.

- Azərbaycandakı ictimai-siyasi prosesləri izləyə bilirsinizmi? EL hərəkatının elan olunmasını necə qiymətləndirirsiniz?

- EL-in təqdim olunmasını çox yüksək qiymətləndirirəm. Proses haqda daimi məlumat alıram. Yəni mənə prosesin gedişi, orada kimlərin təmsil olunması və sair haqda informasiya verirlər. Bu, ümumi ideya idi, hamımız belə bir hərəkatın yaradılmasına tərəfdar olmuşduq. Artıq ideya həyata keçirilib, hərəkat yaradılıb.

Ölkəmizdə əhalinin bir hissəsi ictimai-siyasi proseslərdə iştirak etmir, səsverməyə getmir. EL hərəkatının əsas məqsədi insanların ictimai-siyasi fəallığını artırmaq, onları seçkiyə cəlb etməkdir. Bu, çox vacib bir məqsəddir və inanıram ki, müsbət nəticələr əldə olunacaq. Hərəkat yaxın zamanlarda özünü göstərəcək. EL hərəkatı Ziyalılar Forumu ilə birbaşa bağlı deyil, ayrı bir birlikdir. Ziyalılar Forumunda təmsil olunan şəxslərin hər kəsin öz peşəsi var və biz öz peşəmizlə məşğul oluruq. Forum EL hərəkatını dəstəkləsə də, onun işində birbaşa iştirak etmir. Bizim heç bir vəzifədə gözümüz yoxdur.

- Sizin əsas ideyanız Milli Şuranın yaradılmasıdır. Buna start verilibmi?

- Bu istiqamətdə iş aparılır. İndi şuranın tərkibinin təsdiqlənməsi üçün danışıqlar gedir. On beş gün, bir ay müddətində iş başa çatacaq və Milli Şura bütün demokratik qüvvələri birləşdirərək fəaliyyətə başlayacaq. Şuranın əsas məqsədi prezident seçkisinə hazırlaşmaqdır. Bütün imkanları səfərbər etmək, xaricdən kömək istəmək lazımdır ki, prezident seçkisi heç olmasa qismən azad, şəffaf və ədalətli olsun. İnanıram ki, ikinci mərhələdə Milli Şura vahid namizəd irəli sürəcək. Partiyalar, hərəkatlar, gənclər təşkilatları, bütövlükdə demokratik qüvvələrin hamısı birləşib vahid namizəd irəli sürməlidir.

Müzakirələr onu göstərir ki, bütün demokratik qüvvələr Milli Şuranın yaradılmasını dəstəkləyir. Aparıcı siyasi partiyalarla bir necə görüş keçirilib. İndi şuraya daxil olacaq qüvvələri və şəxsləri müəyyənləşdirmək üçün məsləhətləşmələr aparılır.

- Milli Şuranın əsas təşkilatçısı kimdir?

- Üç-dörd aparıcı partiya və hərəkat bununla məşğul olur.

- AXCP və Müsavat Partiyası da təşkilatçılar sırasındadır?

- Həm AXCP, həm Müsavat Partiyası, həm də EL hərəkatı prosesdə iştirak edir, təşkilatçı kimi müzakirələr aparırlar. Görüşlər, müzakirələr tez-tez olur. Amma nəticələri elan etmirlər. Çünki proses yeni başlayıb.

- Milli Şuranın yaradılmasının sürətləndirilməsinə zərurət varmı?

- Azərbaycanda baş verənlər Milli Şuranın formalaşdırılmasının sürətləndirilməsini zəruri edir. İndi ölkədə çox qəribə vəziyyət yaranıb. Qəzetlər yazır ki, Rusiya Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşır. Hətta hakimiyyətdən 20 milyard dollar tələb olunması, ölkənin qeyri-neft sektorunun ələ keçirilməsinə cəhdlər göstərilməsi kimi iddialar var. Eyni zamanda mətbuatda “Milyarderlər klubu” adlandırılan Rusiya Azərbaycan Təşkilatları İttifaqından tez-tez yazırlar, bu qurumun prezident Vladimir Putinin göstərişi əsasında yarandığınıı, məqsədinin Azərbaycanda hakimiyyəti devirmək olduğunu iddia edirlər. Bunların hamısı əsassız, mənasız uydurmalardır. Bu məlumatları hakimiyyət yayır, buna heç bir şübhə yoxdur.

Digər tərəfdən isə hakimiyyəti təmsil edən bir necə deputat ABŞ-a gediblər. Orada deyiblər ki, Rusiya və İran Azərbaycana təzyiq edir, ölkəni əzməyə çalışırlar və iqtidar bunlardan narahatdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə geniş müsahibə verib bildirir ki, ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyi ölkədə sabitliyi pozmağa çalışır, bunun üçün müxalif gənclərə 2 milyon dollar pul verilib. Guya gənclər həmin pulların hesabına hakimiyyəti devirməyə, çevriliş etməyə çalışırlar və Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyini yoxlamaq, onun fəaliyyətinə son qoymaq lazımdır. Bundan əvvəl isə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanı sərt formada tənqid etmişdilər. Onda da hakimiyyət nümayəndələri cavab vermişdilər ki, bunu edənlər bizim Avropada olan düşmənlərimizdir.

İndi belə çıxır ki, Rusiya, ABŞ, Avropa, İran hamısı bizim düşmənimizdir və sabitliyi pozmağa, partlayış törətməyə, insanları küçələrə çıxarmağa və çevriliş etməyə çalışırlar. Hakimiyyət nümayəndələrinin hərəkətlərinə baxanda, mətbuatda yazılanları oxuyanda belə qənaətə gəlirsən ki, bütün xarici qüvvələr Azərbaycanda sabitliyi pozmağa çalışırlar və iqtidar da bundan bərk narahatdırlar. Lakin mən belə hesab etmirəm. Bu narahatlığın başqa səbəbləri var.

Son proseslər, xüsusən də gənclərin həbsi hakimiyyətin narahatlığından irəli gəlir. Fəalların, xüsusən də REAL hərəkatının sədri İlqar Məmmədovun həbs olunması məni ciddi narahat edir. Azərbaycanın gələcəyi belə insanlarla bağlıdır. Günahsız insanların, o cümlədən İlqar Məmmədovun həbsi hakimiyyətin yeni planının tərkib hissəsidir. Hesab edirəm ki, yaxın zamanlarda repressiyalar güclənəcək, hakimiyyət demokratik qüvvələrə hücuma keçəcək, İlqar Məmmədov kimi fəalları, gəncləri təcrid etməyə, güc yolu ilə müxalifəti taqətdən salmağa çalışacaqlar. Əsassız ittihamlar, təzyiqlər artacaq. Birdən-birə Rusiyanın, ABŞ-ın, Avropanın düşmən elan olunması səbəbsiz ola bilməz. Belə informasiyaların yayılmasının məqsədi repressiya dalğasına zəmin hazırlamaqdır. “Nida” Vətəndaş Hərəkatı üzvlərinin həbsi, onları etirafedici ifadələr verməyə məcbur etmək də bunu təsdiqləyir.

Hakimiyyətin son hərəkətləri məni çox narahat edir. Belə vəziyyətdə hamı ayağa qalxmalı, günahsız insanın həbsinə etirazını bildirməlidir. Nə səfirliklər, nə beynəlxalq demokratik institutlar, nə də Azərbaycan ictimaiyyəti ciddi etiraz bildirir. Bütün bunlar narahatlıq yaradır və belə davam etsə, səsini çıxaran hər kəsi dövlət çevrilişi ittihamı ilə həbsə atacaqlar.

-Rusiyanın payızda Azərbaycanda keçiriləcək prezident seçkisində mövqeyi necə ola bilər?

- Hesab edirəm ki, ən yüksək səviyyədə Azərbaycan-Rusiya münasibətləri yaxşıdır. Azərbaycanın yüksək vəzifəli dövlət rəsmiləri Moskvaya səfərlər edirlər, görüşlər keçirilər. Bu da münasibətlərin yaxşı olduğunu göstərir. Rusiya tərəfdən hakimiyyətə hansısa təhlükənin, qorxunun olmasına inanmıram.

Bütün dünyada olduğu kimi, Rusiya hakimiyyəti və ictimaiyyəti də yaxşı bilir ki, Azərbaycanda qəddar diktatura rejimi mövcuddur. Bəzən pərdə arxasında bunu tənqid edirlər. Amma mətbuatda yazmırlar. Rusiyada informasiya ciddi nəzarətdədir və hakimiyyət tərəfindən idarə olunur. Qəzetlərdə Gürcüstandan, Özbəkistandan geniş yazırlar, Azərbaycan haqda heç nə yazmırlar. Bu da münasibətlərin yaxşı olmasının göstəricisidir.

Gürcüstan prezidenti Mixail Saakaşvili bir müddət əvvəl Bakıya səfər etmişdi və qayıdanda Rusiyanın Azərbaycanda dövlət çevrilişi etməyə hazırlaşdığına dair bəyanat vermişdi. Hesab edirəm ki, bunlar əsassız sözlərdir. Amma belə informasiyalar səbəbsiz olmur, bunu hakimiyyət qəsdən yayır. Adətən belə məlumatlar yayan iqtidarların özləri nəsə hazırlayırlar ki, sonra desinlər vəziyyət belə gərgin olub, onlar da sərt addım atmaq məcburiyyətində qalıblar.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, vətənə gəlmək üçün ilk imkan martın sonunda yaranacaq. Azərbaycana gəlmək planınız varmı?

- Moskvada iki filimin çəkilişinə başlamışam, teatrda tamaşa hazırlayıram. Bu baxımdan işlərim çoxdur. Eyni zamanda Azərbaycandakı işlərlə bağlı mütəmadi məlumat alıram, gündə bir necə zəng edirlər, mən özüm də zəng edirəm. Oradakı işləri lazımı səviyyədə idarə və nəzarət edirəm. Ona görə də gəlib Azərbaycanda oturmağımın mənası yoxdur.

Mən peşəkar siyasətçi deyiləm. Buna baxmayaraq əlimdən gələni edirəm. Amma bir daha bildirmək istəyirəm ki, əgər dostlarım desələr ki, Azərbaycana gəl, mütləq gələcəm. Konkret deyim ki, bu əsasən Milli Şura ilə bağlı olacaq.

- Azərbaycanda Novruz bayramı qeyd olunur. Siz necə, bayramı keçirə bilirsinizmi? Xalqa bir mesajınız varmı?

- Novruz bizim müqəddəs bayramımızdır. Bizim ailədə də bu bayrama həmişə böyük önəm verilib. İndi də ailəmizdə bu bayramı qeyd edirik.

Yaz gəlir, təbiət oyanır. Ümid edirəm ki, bu yaz xalqımızın oyanışı, öz haqları uğurunda mübarizəyə qalxması ilə əlamətdar olacaq. İnanıram ki, bu il Azərbaycanda böyük, gözəl dəyişikliklər olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru