15 İL TƏHSİLİMİZİN “KEŞİYİNDƏ”
Tarix: 26-03-2013, 10:12 | Çap et
 Bəli, gün keçdi, ay dolandı, Misir Mərdanovun təhsil naziri kreslosuna əyləşməsinin, nə az, nə cox, düz 15 ili tamama yetdi! Az vaxt deyil, sözün əsl mənasında, bığ yeri yenicə tərləyən bir qoç igidin ömrüdür! Bəli, zarafat-zarafat, bu 15 il ərzində təhsildə bir “qocaman” mərhələ də başa çatdı. Yəni, Mərdanovun nazir olduğu 1998-ci ildə birinci sinfə qədəm basan uşaqların bir hissəsi universitet təhsilini başa vurub ali məktəb diplomuna yiyələndilər... Amma nə fayda?! İndi ölkədə bu 15 ildə təlim-tərbiyə prosesində hansı aşınmaların baş verdiyini, bağça, məktəb və texniki-peşə məktəblərinin ərazilərinin işbazlara necə “peşkəş” edildiyini, təhsilin məzmununun necə dağıdıldığını, bir sözlə, təhsil sisteminin necə tar-mar edildiyini 7-dən 77-yə hər kəs çox yaxşı bilir. Xalq yazıçısı Çingiz Abdullayevin təbirincə desək, “bu gün təhsil Azərbaycanın üz qarasına çevrilib!”. Təbiidir ki, nazirlik məmurları bütün bunları yerli təhsil ekspertlərinin “qərəzli yanaşması”, “uydurması” kimi qələmə verirlər. Amma fakt faktlığında qalır. Hər şey ortalıqdadır. Təhsillin səviyyəsi ilə bağlı dünyada dəqiq yerimizi bilmək üçün, sadəcə olaraq, monitorinq aparan beynəlxalq qurumların hesabatlarına (PİSA və PİRLS-in nəticələrinə) baxmaq kifayətdir. Bunun üçün bəlkə uzaqlara getmək də lazım deyil. Bildiyimiz kimi, Mərdanovun nazirliyi dönəmində 4500-dən çox ümumtəhsil məktəbinin Beynəlxalq Fənn Olimpiadalarında birlikdə əldə etdiyi medalların sayı ölkədəki 5-10 Özəl Türk Liseyinin əldə elədiyi medalların sayının bircə faizi qədər də deyil! Bu, təhsilimizin nə gündə olmasının göstəricisi deyilmi?! Zavod, fabrik zay əmtəə istehsal edəndə, buraxdığı məhsullar işə yaramayanda onu bankrot elan edir, ağzına bir qıfıl vurub bağlayırlar. Misir Mərdanovun rəhbərlik elədiyi sistemin “çağdaş şəxsiyyət” adı altında buraxdığı “məhsulların” bir qismi adını düzgün yaza bilmir, bir qismi düşmənlə üzbəbüz səngərdə döyüş üçün vacib olan adi hesab əməllərini apara bilmir, böyük bir qismi isə biliksiz, bacarıqsız halda özünün ən elementar insani hüquqlarından xəbəri olmadan cəmiyyət sıralarına daxil olur. Ancaq onu bağlamırlar. Bağlamayacaqlar da! Çünki bu mümkün də deyil. Təhsil almaq vətəndaşın konstitusion hüququ, Təhsil Nazirliyi isə bu hüququ reallaşdıran məsul icra strukturudur! Mərdanovun arxayınçılığının, sistemə strateji əhəmiyyətli bir sahə kimi yox, sıradan bir “obyekt” kimi baxmasının əsas səbəbi də elə budur, yəni nə “obyekti” bağlayacaq, nə də ki onu buraxdığı “zay məhsula” görə işdən çıxaracaqlar. Axı “obyekt” işləməli, toplumun başı qarışmalıdır... İndi çoxları Mərdanovun bu cür yarıtmaz işlə 15 il nazir kreslosunda necə qalması haqqında baş sındırırlar. Doğrusu, bunun səbəbini mən də bilmirəm. Amma hamı kimi mənim də eşitdiklərim var. Belə deyirlər ki, guya 5-6 il öncə kreslosu titrəməyə başlayanda Mərdanov sevincək gəlib ətrafına “narahat olmayın, tapşırılmışam, qalıram” – deyib. Üstündən üç il keçmiş, çepe yarananda “iki yerdən tapşırılmışam”, inişil üç müavininin bir gündə azad olunması qalmaqalında isə “üç yerdən tapşırılmışam” – deyib. Mərdanovu kim tapşırıb, kimə tapşırıb, necə tapşırıb, bilmirəm. Amma onu dəqiq bilirəm ki, atalar üçdən deyib, bu dəfə tapşıran olmayacaq... Ötən ilin aprelində ölkə başçısı xüsusi fərmanla dərsliklərin monitorinqini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edəndə, nazirlik sistemində çalışan köhnə tanışlarımdan biri “boş şeydir, bizim dərsliklərimiz yüksək səviyyədədir, əgər TQDK onlarda ciddi bir şey tapsa, eşşək kimi anqıracam” – demişdi. Bu söhbətin üstündən çox vaxt keçməyib. TQDK dərsliklərdə nəinki “ciddi şeylər” tapıb, hətta onların xeyli hissəsini “tədrisə yarasızdır” rəyi ilə çıxdaş edib. İndi 50-55 il öncəki uşaqlıq həvəsimlə gözləyirəm, görüm o anqırtını nə vaxt eşidəcəm... Beş-on gün bundan əvvəl maşınla həmin tanışımın iş yerinin yanından keçirdim ki, deyilən söz yadıma düşdü. Dönüb baxanda həyətdə gözümə o sataşdı. Tanışım da məni gördü. Uzaqdan bir-birimizə əl elədik. Dedim, nə bilmək olar, bəlkə adam “vədinə” əməl edəcək. Amma, nədənsə, ondan heç bir səs çıxmadı...
Nadir İSRAFİLOV, təhsil eksperti


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|