Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” .....                     İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı .....                     “Piyadaların cərimələnməsi bərpa olunsun” .....                     İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar .....                     "Avrasiya üçbucağı"nın bir çox bucağı var .....                     Sərkisyan Azərbaycanla sərhəddə .....                     “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? .....                     AMB-nin daha bir tenderi ləğv edildi .....                     Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir .....                     Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi .....                     Paşinyanın deputatı yerli müxalifət barədə: .....                     Ukrayna ordusu İRƏLİLƏYİR .....                     “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi .....                     “Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                 

"ONU ÖLDÜRMƏK FİKRİM OLMAYIB"...
Tarix: 2-04-2013, 11:13 | Çap et
"ONU ÖLDÜRMƏK FİKRİM OLMAYIB"...
NARKOTİK ALVERÇİSİ QATİLƏ NECƏ ÇEVRİLİB?

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda qəsdən adam öldürməkdə ittiham olunan Bağırov Zaur İnayət oğlunun məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Zaur Bağırov 28 may 2011-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə tipli cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Mehman Xeyirovla sonuncunun idarə etdiyi avtomaşınla cəzaçəkmə müəssisəsindən Şəki rayonunun Qayabaşı kəndinə qayıdarkən kəndin girəcəyində həmkəndlisi və qohumu Eldəniz Mustafayevlə rastlaşıb. Onlar birlikdə kənddəki Mədəniyyət evinin yaxınlığında yerləşən bağ sahəsinə gedərək orada yemək yeyiblər. Eldəniz Mustafayevin son zamanlar onunla rastlaşarkən kürəyinə sillə vurub, ələ salaraq nalayiq ifadələr işlətməsini bəhanə edən Zaur Bağırov qəsdən mübahisə yaradıb. Mübahisə zamanı o, yaşadığı evdən ov tüfəngini gətirərək Eldəniz Mustafayevə bir dəfə atəş açıb. Yaralı hadisə yerində olan Mehman Xeyirov tərəfindən Oğuz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Eldəniz Mustafayev xəstəxanadaca dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Bağırov Zaur İnayət oğlu - 1974-cü ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Əvvəllər məhkum edilib. Ailəlidir. Natamam orta təhsillidir. Şəki rayonunun Qayabaşı kəndində yaşayır. AR CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Narkotik alverçisi

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2004-cü ilin aprel ayında narkotik vasitələrin satışı ilə bağlı 8 il müddətinə azadlıqdan məhrum edildiyini göstərib: "Əvvəlcə cəzamı Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində çəkmişəm. 2009-cu ildə Qobustanda yerləşən 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüm. Cəzaçəkmə müəssisəsinə köçürüldüyüm vaxtdan evə buraxıldım və həftədə bir dəfə müəssisəyə gedərək imza edib, yenidən yaşadığım kəndə qayıdırdım. Ötən ilin may ayının 28-də səhər saatlarında mənimlə bir yerdə cəza çəkən Mehman Xeyirovla birlikdə növbəti dəfə imza etmək üçün Qobustana getmişdik. Geri qayıdarkən mağazadan çörək, kolbasa və araq aldıq. Yolda Eldənizə zəng vurub Mehmanla kəndə gəldiyimi və bizi qarşılamasını bildirdim.

"Sözlərin başına problem açacaq"

Kəndə çatanda Eldənizi də götürüb şam etmək üçün həmkəndlimiz Sərxanın çayxanasının yanında olan klubun həyətinə getdik. Sərxandan şirə və araq içmək üçün stəkan aldıq. Klubun həyətindəki stolun ətrafında oturub çörək yeməyə başladıq. Elə təzəcə çörək yeməyə başlamışdıq ki, Eldəniz yenə də mənimlə nalayiq sözlərlə zarafat etdi. Bu cür zarafatların onun başına problem açacağını dedikdə, Eldəniz söyüş söydü. İradımı bildirib zarafatı qurtarmasını söylədim. Lakin Eldəniz kobud, nalayiq sözlər deməkdə davam etdi.

"Səni kimsə qızışdırıb üstümə salıb"

Eldəniz sözlərimə əhəmiyyət verməyərək, "yaxşı eləyirəm!", - deyə cavab verdi. Bu vaxt Mehmana zəng gəldi. Mehman telefonla danışan zaman Eldənizə, "səni kimsə qızışdırıb üstümə salıb", - dedim. Bu sözdən sonra o, başını bir az yana çevirərək yavaş səslə var-yoxumu söydü. Eldənizə, "mənə söyürsən eləmi? Burda dur, indi gəlirəm", - dedim və yaşadığım evə getdim. Atamdan yadigar qalmış ov tüfəngini götürüb yenidən klubun həyətinə, Eldənizlə çörək yediyimiz yerə gəldik. Onun yanına çatanda dedim ki, söyüşünü geri götür, heç olmasa de ki, bu sözlər ağzımdan çıxdı. Mehman söhbətə müdaxilə edərək, "lazım deyil, qurtarın!" dedi. Mehmana dedim ki, sənlik burada bir iş yoxdur, sən çıx get.

"Onu öldürmək fikrim olmayıb"

Mehman aralaşıb gedən zaman yenidən Eldənizə, "sən bircə kəlmə de ki, bu sözlər mənim ağzımdan bilmədən çıxdı, mən də səni bağışlayım" dedim. Lakin Eldəniz yenə də söyüş işlətməkdə davam etdi. Tüfəngin lüləsini aşağı tutmuşdum. Eldənizi qorxutmaq məqsədi ilə tüfəngi havaya qaldırdım. Onunla danışanda əlim tətiyə dəydi və güllə bir dəfə açılaraq Eldənizin çiyninə dəydi. Eldəniz yerə yıxıldı. Bundan sonra Mehman onu xəstəxanaya apardı.

Eldənizi öldürmək məqsədim olmayıb. Tüfəngi havaya qaldıran zaman əlim tətiyə dəyib. Güllə təsadüfən Eldənizə dəyib. Törətdiyim əməldən peşmanam".

"Zaurun qardaşı Rusiyadan ona pul göndəribmiş"

Zərərçəkmiş şəxs qismində dindirilən Səməd Mustafayev (mərhumun atası) ifadəsində sözügedən cinayət hadisəsinin kökündə pul məsələsi dayandığını göstərib: "Oğlum öldürüldükdən sonra kiçik oğlum Əzim mənə bir neçə ay bundan əvvəl Eldənizlə Zaur arasında olan bir söhbəti danışdı. Əzimin deməsinə görə, Zaurun Rusiyada yaşayan böyük qardaşı Azad bir neçə ay bundan əvvəl qardaşı Zaura xərcləmək üçün pul göndərib. Zaurun kiçik qardaşı Rauf isə həmin pulu xərcləyib. Məsələdən xəbər tutan Zaur qardaşından ona çatacaq pulu qaytarmağı tələb edib.

"Oğlum iki qardaş arasına girməyəcəyini deyib"

Rauf isə qorxduğu üçün Zaura pul göndərilmədiyini deyib. Rauf Eldənizdən Zaura pul göndərilmədiyini deməsini xahiş edib. Eldəniz də Raufa iki qardaş arasına girə bilməyəcəyini söyləyib. Rauf oğluma qardaşının onu öldürəcəyi ilə hədələməsini dedikdə, Eldəniz onun xahişini yerinə yetirib. Yəni Zaurla danışmağı qərara alıb. Bundan sonra Eldəniz Zaurla söhbət edərək ona qardaşı Azad tərəfindən pul göndərilmədiyini deyib. Məsələ bununla da bağlanıb. Həmin söhbətdən bir müddət keçdikdən sonra Zaura bəlli olub ki, qardaşı Azad həqiqətən də ona pul göndərib.

"Niyə mənə yalan danışmısan?"

Zaur yenidən Eldənizlə söhbət edərək ondan nə üçün yalan danışdığını soruşub. Eldəniz isə cavabında Zaura bildirib ki, o özü istəyərək yalan danışmayıb. Yalan danışmasının səbəbi qardaşı Raufu ölümlə hədələməsi olub. Bundan sonra Eldəniz Zaurla Raufu üzləşdirib. Söhbət zamanı Rauf özü də etiraf edib ki, Eldənizin Zaura yalan danışmasının səbəbkarı o özüdür və Eldənizin bu məsələdə heç bir günahı yoxdur. Hadisə baş verən gün Zaur oğlumdan həmin pul məsələsi ilə bağlı yalan danışdığı üçün üzr istəməsini tələb edib. Eldəniz isə pul məsələsi ilə bağlı yalan danışmasının səbəbinin artıq aydınlaşdırıldığını bildirib və üzr istəməyib. Belə olduğu üçün də Zaur oğlumu öldürmək qərarına gəlib. Bu məqsədlə də evdən gətirdiyi tüfənglə Eldənizə atəş açıb.

Eldənizlə Zaur arasında əvvəllər heç bir münaqişə, dava-dalaş, düşmənçilik və ədavət olmayıb. Onların bir-birinə heç bir məbləğdə pul, əmlak və ya digər formada borcları olmayıb".

"Sən məni üç dəfə aldatmısan"

Şahid qismində dindirilən Mehman Xeyirov ifadəsində Zaurla cəzaçəkmə müəssisəsində tanış olduqlarını göstərib: "Zaurla 8 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşam. Zaurun Şəki rayonu, Qayabaşı kəndində yaşadığını bilirdim. Eldəniz Mustafayevi də Oğuz rayonunda meyvə-tərəvəz, bostan bitkiləri satan, dəmir alveri ilə məşğul olan şəxs kimi tanımışam. Növbəti dəfə cəzaçəkmə müəssisəsinə gedərkən Zaur onu da maşınla aparmağımı xahiş etdi. Hadisə baş verən gün Zauru da özümlə aparmışdım. Cəzaçəkmə müəssisəsindən qayıdan zaman yolda Zaur mağazadan araq, kolbasa, çörək aldı və onunla kəndə getməyi təklif etdi. Kəndə çatmamış Zaur kiməsə zəng edib danışdı. Zaurdan kiminlə danışdığını soruşduqda, Eldənizlə danışdığını dedi. Telefonu alıb Eldənizlə danışdım, hal-əhval tutaraq kəndlərinə qonaq gəldiyimi dedim. Eldəniz kənddə olduğunu və qardaşının çayxanasına gəlməyi bizə təklif etdi. Kəndə çatıb Eldənizlə yolun kənarında görüşən zaman o, qardaşının çayxanasının işləmədiyini söylədi və başqa çayxanaya getməyi təklif etdi. Hava isti olduğu üçün mən həyətdə oturmağı təklif etdim. Ağacın altındakı stolda oturub yemək yeməyə başlamaq istəyən vaxt Zaurla Eldəniz məzmunu mənə məlum olmayan söhbət etməyə başladılar. Zaur Eldənizə "sən məni üç dəfə aldatmısan, mənə üç dəfə yalan danışmısan" dedi. Eldəniz də cavabında Zaura "mən səni bir dəfə aldatmışam, bir dəfə yalan danışmışam, onu da sən özü bilirsən" deyə cavab verdi.

"İstəyirdim ki, tüfəngi əlindən alım"

Zaurla Eldənizin mübahisə etdiklərini görüb, "qonağa beləmi hörmət edirsiniz?",- deyərək onları sakitləşdirməyə çalışdım. Hər ikisi "Mehman gedəndən sonra söhbətimizi edərik" dedilər. Bu vaxt mənə zəng gəldi, danışmaq üçün bir qədər onlardan aralandım. Qayıdan zaman Eldənizlə Zaurun mehribanlıqla danışdıqlarını gördüm. Zaur sakitcə oturduğu yerdən ayağa qalxıb heç bir söz demədən harasa getdi. Fikirləşdim ki, yəqin əlini yumağa gedib. Lakin Zaur təxminən 5-10 dəqiqə sonra qayıtdı. Əlində tüfənglə təxminən 2-3 metr məsafə aralıda dayanıb tüfəngin lüləsini aşağıya tutaraq Eldənizə "denən ki, qələt eləmişəm" deyə qışqırdı. Zaurun əlində tüfəng gördüyüm üçün həyəcanlandım. Ona, "belə hərəkət lazım deyil, ayıbdır", - dedikdə Zaur, "Mehman, bu söhbət sənlik deyil, sən dur çıx get", - dedi. Əsəbi halda nalayiq söyüşlə oradan getməyimi tələb etdi. Tüfəngi almaq məqsədi ilə yan tərəfdən ona yaxınlaşmaq istəyərkən Zaur bir az da aralaşaraq Eldənizə yaxınlaşdı və atəş açacağını dedi. Eldəniz də ona atəş açmasını, atəş atmayacağı halda isə Zaurun var-yoxuna söyüş işlətdi. Zaur aralarında olan 2-3 metr məsafədən Eldənizə tüfəngdən atəş açıb sağ çiynindən vurdu. Sonra harasa getdi. Səsə gəlmiş tanımadığım adamların köməyi ilə Eldənizin yarasını əski ilə sarıyaraq öz maşınımla xəstəxanaya apardım. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də, qısa vaxt ərzində Eldəniz öldü".

QEYD:

Məhkəmənin hökmü ilə Zaur Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Söz-söhbət məntiqi sözlə və şirin söhbətlə həll oluna bilər. Sözün bitdiyi yerdə isə şeytan öz sözünü deyir. Lənət şeytana!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52
AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48
Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40
Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35
Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru