Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir .....                     Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm .....                     Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? .....                     Nazir aparat rəhbəri və müşavir təyin etdi .....                     “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” .....                     Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib .....                     Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                 

"ELDAR NAMAZOV KİMİLƏRİNƏ "SEZONŞİK" DEYİRLƏR"
Tarix: 30-04-2013, 09:58 | Çap et
"ELDAR NAMAZOV KİMİLƏRİNƏ "SEZONŞİK" DEYİRLƏR"
ƏLİ ƏLİYEVDƏN "EL"Ə AĞIR SÖZLƏR

Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Trend-ə müsahibəsi
- Əli müəllim, bu gün müxalifət bir araya gəlmək istəyir, ancaq nədənsə alınmır. Müxalifətin bir araya gələ bilməməsinin kökündə nə dayanır?
- Müxalifətin vahid namizədlə çıxış etməsi üçün həm ölkədaxili, həm də ölkəxarici amillər münasib olmalıdır. Yəni real dəyişikliyə şansın olduğu bir dövrdə müxalifətin bir araya gəlməsi daha mümkün görünür. Ancaq builki dönəm Azərbaycan müxalifəti üçün bu şərtləri münasib etmir. Çünki Azərbaycanın yerləşdiyi coğrafi məkan siyasi baxımdan müqəddəratı həll olunmamış kimi xarakterizə edilə bilər. Yəni böyük dövlətlər arasında təsir çevrəsinin bölgüsü davam edir və Azərbaycan balanslaşdırılmış siyasətini qoruyub saxlaya bilib. Rusiya Azərbaycanı bu siyasətindən çəkinməyə təsir edir. Mənə elə gəlir ki, Azərbaycan müxalifətinin bir araya gələ bilməməsinin səbəblərindən biri kimi Azərbaycan ətrafında beynəlxalq şərtləri də vuruğulamaq lazımdır. Lakin son 20 ildəki siyasi mübarizə dönəmində münasib beynəlxalq şərtlərin olduğu dövrlər olub ki, Azərbaycan müxalifəti subyektiv səbəblər ucbatından bir araya gələ bilməyib. Ancaq bu il buna iddia etmək çətindir, çünki nə ölkədaxili, nə də ölkəxarici şərtlər Azərbaycan müxalifətini ümidləndirmir. Bu baxımdan Azərbaycan müxalifətində olan siyasilər bu prosesdən dividend götürməyi düşünürlər. Ona görə də namizədlərin elan olunması paradı, yaxud da siyasi gəlişmələrin hamısı bununla bağlıdır. Hamı növbəti mərhələnin uğuru haqqında düşünür və müxalifətin strateji qərarlarında da səhv etməsi bu amillərlə bağlıdır. Normal ölkələrdə seçkilərdə məğlub olan siyasətçilər bir qayda olaraq siyasətdən kənarlaşır, arxa plana keçməyə, yeni sima çıxarmağa çalışırlar. Amma Azərbaycanın demokratik qüvvələrini məğlubiyyətə gətirmiş 1992-1993-cü il hakimiyyət komandası bu gün də həlledici müxalifət olduğunu vurğulamaqdadır.
Azərbaycan hakimiyyətində olduğu kimi, müxalifət düşərgəsində də bir monopoliya əhval-ruhiyyəsi mövcuddur. Bir qisim insanlar düşünürlər ki, Azərbaycan müxalifət düşərgəsinin ideya müəllifliyi yalnız konkret dar çevrə insana məxsusdur. O da ya bir nəfərdir, ya iki nəfər. Özlərini aparıcı müxalifət adlandıran partiyaların avtoritarizmdən ciddi bir fərqi yoxdur.
"İctimai Palatadakı partiyaların qarşıdurması müxalifətin birliyinə təsir edir"
- Bir sıra siyasilər müxalifətin bir araya gələ bilməməsində İctimai Palatanın səbəbkar olduğunu da vurğulayırlar. Buna münasibətiniz?
- Mən 3 il bundan əvvəl İctimai Palatanın aqibəti barədə bəyanat vermişdim. Mən demişdim ki, o qurumun heç bir perspektivi yoxdur. Oradakı partiyalar heç vaxt konkret vahid mövqeyə gəlməyəcəklər, heç bir-birilərinə güzəştə getməyəcəklər və bu da təbiidir, çünki onlar təbii rəqibdirlər. Ona görə də bu gün orada baş verənlər mənim üçün təəccüblü deyil, gözlənilən və seçki ilində də bu proseslərin qabardılması ehtimal olunan idi. Bunların qarşıdurması təbii ki, müxalifətin birliyinə, bütövlükdə müxalifətə də təsir edir.
- Xarici qüvvələrin bəzi müxalifət liderlərindən vasitə kimi istifadə etməsi kimi iddialar ortalığa qoyulur. Bu iddiaları real hesab etmək olarmı?
- Mənim tövsiyəm ondan ibarətdir ki, qərar qəbul etməmişdən qabaq bir qədər düşünüb daşınsınlar. Mən birinci onu qeyd etməliyəm ki, təəssüf olsun ki, hələlik bu gün adekvat olaraq Vətəndaş və İnkişaf Partiyasından başqa heç kəs şimal qonşumuzun təhdid dolu hərəkətlərinə reaksiya vermir. Bunu mən vətəndaşlıq mövqeyindən xeyli uzaq sayıram və bunu şəxsi maraqların qorunması kimi qiymətləndirirəm və bununla da ehtiyatlanma kimi təəssürat formalaşdırırlar. Bu barədə açıq danışan yeganə partiya bizim partiyadır və son dövrlər biz bu məsələni qabartmışıq, gündəmdə saxlayırıq və davamlı olaraq bunu izləyəcəyik. Artıq Yeni Azərbaycan Partiyası da bu barədə danışmağa başlayıb. Amma təəssüflər olsun ki, müxalifətdəki qüvvələr hələlik buna reaksiya vermirlər. İknicisi isə biz şəxsi ədavət zəminində Azərbaycanın taleyi ilə bağlı qərarların qəbul olunmasının əleyhinəyik. Hesab edirəm ki, bir sıra gəlişmələr var ki, Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhdiddir. Hətta məndə məlumat var ki, bir sıra siyasətçilər pul müqavilində, şəxsi əvəz çıxma nöqteyi-nəzərindən bu prosesə qoşulmağa razılaşırlar. Dövlətçiliklə hakimiyyəti bir-birindən ayırmaq lazımdır. Hakimiyyət müvəqqətidir, dövlətçilik isə daimidir. Biz hakimiyyətdən əvəz çıxmaq xatirinə dövlətçiliyi təhdid altına salmaq haqqında düşünməməliyik. Bizim yanaşmamız ondan ibarətdir ki, Azərbaycan müxalifəti bu barədə qərar qəbul edərkən ilk növbədə dövlətçiliyi nəzərə almalıdır. Bəzi müxalifətdə olan siyasətçilərin də fikri mənə tanışdır ki, "biz Moskvanı aldadıb, onların gücü ilə hakimiyyətə gələrik, onlara "atarıq" söyləyirlər. Çox təəssüf ki, müxalifətçi həmkarlarım arasında bu cür düşüncə sahibləri də var. Bu, yanlış yanaşmadır. Hesab edirəm ki, bu, Azərbaycan dövlətçiliyi üzərində eksperimentdir. Ondansa dövlətimizi, dövlətçiliyimizi qorumaq şərtilə hakimiyyətə gəlmək haqqında düşünməliyik.
- Son dönəmdə müxalifət düşərgəsində bir sıra birliklər yaransa da, tərkib demək olar ki, dəyişmir. Sizcə bunlara ehtiyac varmı?
- Hamının sərbəst qərar qəbul etmək hüququ var və bu hüququ tanımaq lazımdır. Kim hansı qurumda olmaq istəyir, hansı formada təşkilatlanmaq istəyir, onların hüququdur və mən də bu hüququ tanıyıram. Hər halda bunu ictimai rəyin çaşdırılması kimi də xarakterizə etmək olar, güclənmə təşəbbüsü kimi də qiymətləndirmək olar. Misal üçün, Rüstəm İbrahimbəyov heç vaxt belə qurumlarda olmamışdı, indi bu qurumlarda olmağa hazırlaşır, Eldar Namazov seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır. Yəni son üçillik proseslərdə bu şəxslər olmamışdı, indi prezident seçkiləri dönəmində proseslərə qatılıblar.
- Bəs bunların məqsədi nədir?
- Siyasətçilər müxtəlifdir. Azərbaycanda mövsümi siyasətçilər də var. Sovet dövründə onlara "sezonşiklər" deyirdilər. Bazar məsələsi ortaya gələn kimi onlar ortaya çıxır, nəsə ortadan götürürlər, sonra aradan çıxır, iki-üç il istirahət edir, yenidən qayıdırlar, özlərinə də siyasətçi deyirlər.
Bu adamlar hamısı təcrübəli adamlardır, əgər qollarını çırmalayıb ortaya girişiblərsə, deməli, onlar nəyəsə ümid edirlər və xüsusən, mənim onların arasında tanıdığım adamlar var ki, onlar pulsuz işləmirlər. Lazım gələndə adlarını da çəkəcəyəm.
- Bəlkə elə ona görədir ki, müxalifət partiyaları ayrı-ayrı mənbələrdən maliyyələşdiyi üçün birləşə bilmirlər?
- Təbii ki, pulu kim verirsə, mahnını da o sifariş edir. Mən maliyyələşmə ilə bağlı bir sıra məlumatlara malikəm. Mən öz partiyamız haqqında danışa bilərəm, başqaları haqqında danışmaq istəmirəm, bunu hər kəsin öz vicdanına buraxıram. VİP-in maliyyə mənbəyi ancaq partiyanın üzvləri, tərəfdarları hesabınadır, bir qəpikdə olsun kənardan, hakimiyyətdən, müxalifətdən, beynəlxalq təşkilatlardan maliyyə, qrant, rüşvət, nə bilim başqa vəsait almamışıq və almaq niyyətimiz də yoxdur. Bizim maliyyə müstəqilliyimiz bizim siyasi mövqeyimizin müstəqilliyinin təminatçısıdır. Əks halda biz siyasi meydandan silinərik. Ona görə də biz sərbəst qaydada həm hakimiyyəti, həm də müxalifəti tənqid etmək gücündəyik.
Müxalifət saflaşmadıqca, təmizlənmədikcə, təşkilatlanmadıqca uğura nail ola bilməyəcək. Mən bu gün Azərbaycan hakimiyyətinin dəyişməsi yolunda əsas maneə kimi bu müxalifətin xoşagəlməz keyfiyyətlərini görürəm. Əgər biz bu keyfiyyətləri islah edə bilsək, ya dəyişdirə bilsək, ya yenisini gətirə bilsək, onda bir nəticəyə nail ola bilərik. Yoxsa bu cür kirəcləşmiş düşüncələr, kirəcləşmiş mövqe ilə, avtoritarizmlə qabağa gedə bilmərik.
"Siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi hayıf alan insan təəssüratı bağışlayır"
- Mətbuatda da bəyan edildi ki, Rüstəm İbrahimbəyovun siyasi ambisiyaları yoxdur, ancaq ondan əvvəl Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olacağı kimi fikirlər də səsləndirilirdi. Belə fərqli bəyanatlar nəyə xidmət edir?
- Rüstəm İbrahimbəyov bu gün dünyada ən çox tanınmış azərbaycanlılardan biridir. Mən Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını kinorejisssor qiyafəsində tanıtmasından fəxr duyuram. Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli azərbaycanlıların sayı o qədər çox deyil. Bu, mənim ona bir kinodramaturq kimi birmənalı münasibətimdir. Amma siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi hayıf alan insan təəssüratı bağışlayır. Əvvəllər Rüstəm İbrahimbəyov susurdu, amma indi qolların çırmalayıb, siyasi proseslərə qoşulub. Lakin ölkə hakimiyyətinin dəyişməsində rol almaq kimi bir ssenari formalaşdırmaq, Milli Şura kimi bir siyasi layihənin müəllifi olmaq siyasi ambisiyasızlıqdan xəbər vermir, əksinə, kifayət qədər siyasi ambisiyalıdır. Ancaq əgər Rüstəm İbrahimbəyov "Milyaderlər İttifaqı"nın Azərbaycan üzrə koordinatoru olmaqla siyasətə qoşulub ambissiya ortaya qoyacaqsa, ilk növbədə bizim partiyanı öz qarşısında görəcək. "Milyaderlər İttifaqı"nı Rusiya rəhbərliyi yaradıb, Rusiya rəhbərliyi də Azərbaycanın dövlət müstəqilliyinə təhdidlə məşğuldur. Mənim Rusiya xalqına da, Rusiya Federasiyasına da böyük hörmətim var, Rusiyanı Azərbaycanın ən yaxın qonşularından biri sayıram, Rusiya ilə əlaqələrin dərinləşməsinin tərəfdarıyam. Ancaq bu, Azərbaycanın dövət müstəqilliyinə, siyasətinə təsir etməyən sərhəddə olmalıdır. Burada şəxsi hayıflarını almaq xatirinə Azərbaycan dövlətçiliyini siyasi qumara çıxarmağa heç kəsə ixtiyar verilməyib və o arzuda olanlar da milli qüvvələrin cavabını alacaqlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru