“Forbes” rusiyalı biznesmen Aleksey Mordaşovun sərvətinin 37 milyard dollar həcmində qiymətləndirib və bu, siyahı liderinin ilk dəfə 30 milyard dolları keçdiyini göstərir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Forbes Russia” ölkənin ən varlı iş adamlarının illik siyahısını dərc edib. Nəşrin məlumatına görə, Mordaşov qlobal qızıl qiymətlərinin artması ilə siyahıda əhəmiyyətli bir fərqlə birinci yerdədir.
İkinci yeri 29,7 milyard dollarlıq sərvətlə “Interros” və “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin tutub.
“Lukoil”un əsas səhmdarı Vaqit Ələkbərov isə 29,5 milyard dollarlıq sərvətlə üçüncü yerdədir.
“Forbes”in hesablamalarına görə, Rusiyada 155 milyarder var. Onların ümumi sərvəti il ərzində 625,5 milyard dollardan 696,5 milyard dollara qədər artıb.










