Xəbər verildiyi kimi, TƏBİB-in yeni rəhbəri Anar Bayramov artıq bir xeyli şəxsi işdən çıxarıb.
Tribuna.az xəbər verir ki, həmin sırada 5 müşavir və bir Departament rəhbəri də var.
Qeyd edək ki, Bayramov, təkcə Mərkəzi Aparatda işçiləri ixtisara salmayıb. O, həmçinin bir neçə rayonun baş həkimini də vəzifəsindən azad edib. Onlardan biri də son zamanlar özünü mediada reklam etdirən Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovadır. Məlumata görə, dünən TƏBİB rəhbəri onun işdən çıxarılması barədə sərəncam verib.
Tribuna.az-a verilən məlumata görə, Səkinə Sadıxova bu qərardan narazıdır. O, yenidən vəzifə almaq üçün çevrəsində olan nüfuzlu şəxslərin imkanlarından istifadə etməyə çalışır. Hətta bəzilərinin yanına minnətçi də göndərib ki, yenidən vəzifəyə qayıtması üçün köməklik etsinlər.
"DİA-AZ" xatırladır ki, Səkinə Sadıxova zamanında keçmiş TƏBİB şefi Vüqar Qurbanovun ən yaxın adamlarından biri kimi tanınıb.










