Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                 

Onun pulunu saymaq fikrində deyilik... - Amma bu pullar onundurmu?
Tarix: 5-05-2016, 09:09 | Çap et
Onun pulunu saymaq fikrində deyilik...
Özgənin malıdı-söküb yediyin,
Şəmşirə bəs nədi yalan dediyin.
Var hələ qabaqda sual gədiyin,
Bağlanar yolların, iz yıxar səni.

Aşıq Şəmşir. В«Dağ havasıВ»,
Gənclik nəşriyyatı. Bakı-1978.


Azman sənətkarımız aşıq Şəmşir В«SəniВ» rədəfli bu qoşmanı neçənci ildə yazdığı haqqında məlumatımız yoxdu. Amma bu kitab işıq üzü görəndən cəmi iki il sonra dədə Şəmşir dünyasını dəyişib. Onun sevimli nəvəsi, indi az qala dədə Şəmşir qədər məşhur bir simaya çevrilmiş Cavid Qurbanov isə onda, 1978-ci ildə Şəmkirdə, Seyfəli kəndində Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Onda Cavid Qurbanovun alnına yazılmış Azərbaycan yollarının cizgilərini onun əsgər pilotkasının altından heç kim görmürdü.

YOLLAR…

Bu dünyada çox yollar mövcuddur. İnsan həyatı da sonu bitib, tükənməyən bu yollarda keçir. Bir də ömür yolu deyilən bir mövhum var. Bunu hər kəs özü təyin edir, düşüncələri, atdığı hər bir addımı ilə. Necə ki, bunu hazırda В«Azərbaycan Dəmir YollarıВ» Qapalı Səhmdar Cəmiyyətinə sədrlik edən Cavid Qurbanov edir. Cavid Qurbanovun artıq Azərbaycana sığmayan ömür yolu haqqında dövrü mətbuatda kifayət qədər yazılıb. Hamı da onu hansısa bir qüvvəyə bağlamağa çalışır. Amma heç kim fərqinə varmır ki, onun atası Qənbər Şəmşiroğlu uzun müddət, müxtəlif vəzifələrdə çalışıb və bölgədə kifayət qədər nüfuzlu, imkanlı bir şəxs kimi tanınıb. Təbii ki, Cavid Qurbanovun bu günə, bu səviyyəyə çatmasında atasının keçmiş əlaqələri az rol oynamayıb. Amma bu insanın özündə də az yoxdu. Cavid Qurbanovun ömür yolunda ən önəmli tarix 1992-1993-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrə təsadüf edir. Həmin dövrdə, yəni xalq hərəkastının vüsət aldığı bir vaxtda, Cavid Qurbanov da hər bir vətənpərvər azərbaycanlı kimi bu hərəkatın ən fəalları ilə В«çiyin-çiyinəВ» mübarizəyə qoşulmuşdu. Bu gün В«Boz qurdВ» təşkilatının fəallarından biri olduğunu inkar etsə də, Cavid Qurbanova bunu sübut edəcək dəlillər də var, şəxslər də sağ-salamatdır. 1993-1994-cü illərdə В«AzəravtoyolВ» Dövlət Şirkətinin prezidenti olan Cavid Qurbanovun parlayan ulduzu solmağa başlayır… Həmin dövrdə artıq Cavid Qurbanovun В«silahdaşlarВ»ının dövrü bitmiş, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlmiş, bir sıra kadr dəyişiklikləri etmişdi. Elə həmin dövrdə işdə buraxdığı ciddi nöqsanlara görə Heydər Əliyevin qəzəbinə tuş gələnlərdən biri də məhz Cavid Qurbanov olmuşdu. Heç kim bilməsə də, Heydər Əliyevlə işləmiş şəxslər çox yaxşı bilir. Onun qəzəbinə tuş gələnin aqibəti heç də yaxşı olmurdu. Bəs necə oldu ki, Cavid Qurbanov onu haqlamış bu bəladan qurtula bildi? Atası Qəmbər Şəmşiroğlunun həmin dövrdə Respublika Baş Prokurorunun səlahiyyətlərini icra edən Eldar Həsənova etdiyi xahişlər belə onun köməyinə gəlməyib. Hətta deyilənlərə görə Cavid Qurbanova kömək etmədiyinə görə onlar bir müddət küsülü qalıblar. İşin ciddiliyinin fərqində olan Eldar Həsənov nüfuz sahibi olan Qəmbər Şəmşiroğlu xahişini zaman-zaman yerinə yetirmək məcburiyyətində qalır və onun oğlu barəsində açılmış cinayət işinin bağlanmasına nail olur. Bir müddət sonra ölkədən kənarda yaşayan Cavid Qurbanov geri dönür.
1996-cı ildə Ziya Məmmədov Azərbaycan Dövlət Dəmir Yollarına rəis təyin edilir. Artıq Yevlax rayonunda məskunlaşmış Qəmbər Şəmşiroğlu dərhal yeni nazirə qohumları vasitəsi ilə çıxış tapır. Cavid Qurbanovu ilk olaraq idarənin təchizat şöbəsinə, daha sonra isə В«AzərdəmiryolservisВ» İstehsalat Birliyinə rəis təyin etdirir. Bu vəzifədə 2003-cü ilə qədər çalışan Cavid Qurbanov yaxın ətrafına keçmişdə olanları nəinki unutdurur, hətta kifayət qədər kapital toplayaraq yenidən işgüzar bir fiqur olduğunu göstərməyi də bacarır.
Və elə həmin 2003-cü ildə mərhum prezident Heydər Əliyev keçmişdəki qüsurlarına baxmayaraq Cavid Qurbanovun В«YolnəqliyyatservisВ» Departamentinə rəis təyin edilməsi haqqında sərəncam imzalayır… Çox maraqlıdır, bəs görəsən Cavid Qurbanov bu qısa müddət ərzində Heydər Əliyevin etimadını necə qazana bilmişdi? Təbii ki, Ziya Məmmədovun vasitəçiliyi ilə. Cavid Qurbanovun həyatında belə bir dönüşün yaranmasında Ziya Məmmədovun xüsusi xidmətləri olduğunu bu gün heç kim inkar edə bilməz. Ziya Məmmədov Nəqliyyat Naziri təyin edildikdən sonra sözügedən qurumdakı çəkişmələri yəqin ki, hamı yaxşı xatırlayır. В«AzalВ» Dövlət Konserini də, В«Xəzər Dəniz GəmiçiliyiВ» də Nəqliyyat Nazirliyinin bir qurumu olsa da sözügedən təşkilatların rəhbərləri Cahangir Əsgərov da, Aydın Bəşirov da nazir Ziya Məmmədovla demək olar ki, hesablaşmırdı. Ziya Məmmədov isə öz kadrı Arif Əsgərov və В«AzəryolservisВ» ASC-yə təyin etdirdiyi Cavid Qurbanovla işləmək məcburiyyətində qalmışdı. Elə bu fürsətdən istifadə edərək Cavid Qurbanov 2004-2015-ci illərdə respublikada yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına ayrılan dövlət vəsaitindən əldə etdiyi gəlirlərlə qarşısıalınmaz bir şəxsə çevrildi. Necə deyərlər, Ziya Məmmədov epoxası bitdi, Cavid Qurbanov epoxası başladı. Ziya Məmmədov mərhum prezident Heydər Əliyevin şəxsi mühafizəçisi Hüseyn Abdullayevi aldatdığı kimi, Cavid Qurbanov da böyük məqsədlərinə çatmaq üçün onu aldatmalı oldu.

və pullar…

2007-2015-ci illərdə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenidənqurulması layihəsi çərçivəsində görülən işlər hər birimizin gözü qarşısında baş verib. İstər Bakı şəhərində tikilən körpülərin, istər yol qovşaqlarının genişləndirilməsi üçün ayrılan vasitələrin miqdarı bu gün də hamıya bir sirr olaraq qalmaqdadır. Magistral və rayonlararası yolların yenidən, müasir standartlar səviyyəsində qurulması məqsədi ilə büdcədən ayrılan pullar da həmçinin.
Artıq bir ildən çoxdur ki, Cavid Qurbanov В«Azərbaycan Dəmir YollarıВ» Qapalı Səhmdar Cəmiyyətinə sədrlik edir. Təyinatının ilk günlərində Azərbaycan Dəmir Yollarının belə bərbad vəziyyətdə olduğunu təsəvvür etmədiyini dilə gətirən yeni sədr indi böyük layihələrdən danışır. Böyük layihələr isə böyük pullar deməkdir. Cavid Qurbanov indi qiyməti heç kimə bəlli olmayan vaqonlar, qatarlar alır. Bu alqılar Cavid Qurbanovun şəxsi büdcəsinə nələr gətirir? Onu da bilmək bizim gücümüzdə deyil. Və biz Cavid Qurbanovun pullarını saymaq fikrində də deyilik.
Yuxarıda, azman sənətkarımız dədə Şəmşirdən misal gətirdiyimiz bir bənd şeirə qayıtmaq istərdik. Ustad şairimiz dövlət malını, xalq malını talayanları ifşa edən bu şer, zənnimizcə bu gün də aktuallığını itirməyib. Və onun nəvəsi, bu gün dövlət malını, xalq malını heç kimin bacara bilmədiyi bir məharətlə dağıdır. Cavid Qurbanovun yolları hələ ki, açıqdır. Onun sual gədiyi hələ qabaqdadı…
T.Məmmədov
AzToday.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru