Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                 

Heydər Əsədovun bayram yarmarkası fiaskosu... - "İmkansızam, necə alım?"
Tarix: 19-03-2018, 10:48 | Çap et
Heydər Əsədovun bayram yarmarkası fiaskosu...
İlaxır çərşənbə ilə Novruz bayramının eyni vaxta təsadüf etməsi, bayram tədarükünü bir az da tezləşdirib. Paytaxt sakinləri alış-veriş üçün ciblərinə uyğun məkanlara üz tutub. Bəs görəsən, qiymətlər necə, cibə uyğundurmu?

Yenicag.az bayramqabağı qiymətlərlə maraqlanmaq üçün paytaxt yarmarkalarına baş çəkib.

Yolumuzu ilk olaraq, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən yarmarkadan saldıq. Müştəri gözləyən satıcılar alıcı quş kimi yanımızı kəsdirib, məhsullarını tərifləməyə başladılar:

“Almanın mövsümü çoxdan gedib, amma biz üç kilosunu 1 manata veririk. Elə bil ağacdan indi dərilib. İçi sapsarı kənd yumurtasıdır, 20 qəpiyə nə verirlər? Qəşəng, yağlı qoz-fındıqdır, alın aparın, paxlavadan-şəkərburadan bişirin, tökün uşaqların qabağına…”.

Öyrəndik ki, məhsulların bir hissəsi Quba, Xaçmaz, Göygöl, İmişli, Beyləqan və digər bölgələrdən gətirilsə də, bir hissəsi Yaşıl bazardan alınıb-satılır.

Keçən il alıcılıq qabiliyyətinin yüksək olduğunu deyən satıcı Əli bu il müştəri baxımından kasaddır:

“Ötən il bayramqabağı əməlli-başlı qazanc götürürdük. İndi bazarda tək-tük adam var. Çoxu da elə qoz-fındıq alıb qayıdır. Novruzda çərəz satanların bazarı xod gedir, meyvə-tərəvəzin üzünə baxan da yoxdur. Bu məhsullar Yeni il ərəfəsində yaxşı satıldı. Belə də ki, Bakıda addım atırsan, marketdir. Marketlər bazarımızı öldürüb”.

Alıcı Təranə Şükürova bahalıqdan gileylənir:

“Uşağın gözünü yığmaq üçün məcburam yarım kilo qoz-fındıq alıb, bayram şirniyyatları bişirim. Neyləyim, çox almağa gücüm çatmır. Keçən il bundan ucuzluq idi. Yarmarkada dana ətinin kilosu 9 manat 50 qəpikdir, imkansızam, necə alım? Məcbur olub 5 manata toyuq aldım”.

Ət dükanında müştəri haraylayan satıcı Xəqani qiymətlərin normal olduğunu deyir:

“Hər qiymətə ət var. İnək ətinin qiyməti 8 manat 50 qəpik, dana əti isə 9 manat 50 qəpiyədir. Vallah, inək əti hamısından dadlıdır, sadəcə, bir az gec bişir. Ucuz da veririk, camaat almır; deyirlər, “bahadır”. Heyvanı İmişlidən, Beyləqandan alıb kəsirik. Bir dananın qiyməti 2 min manatdır, gərək biz də mayamızı çıxaraq. Bu gedişlə mayanı da batırırıq”.

Çərəz satıcısı Ramin alıcılıq qabiliyyətinin aşağı olmasının səbəbini belə izah etdi:

“İndi camaat şəkərbura-paxlavanı pul verib alır. Qadınlar özlərinə əziyyət vermir. Əvvəllər hamı evində bişirirdi, qoz-fındığımız da satılırdı. İndi oturub yol gözləyirik ki, məhsulumuzu kimə sataq? Alırlar e, amma çox az. Yaxşı ki, yarmarkalarda yerhaqqı azdır – 3-5 manatımızı veririk, ürəyimiz rahat olur ki, cibimizə ziyan dəymir”.

Digər yarmarkalara da baş çəkdik. İnşaatçılar metrosu yaxınlığında yerləşən yarmarkada da eyni qiymətlərin şahidi olduq. Amma burda nisbətən alıcı sıxlığı vardı. Satıcılar günün ikinci yarısında alıcıların daha çox olacağını dedilər.

Satıcı Rəhim alıcılıq qabiliyyətindən narazılıq etmədi:

“Gözləyirik, səhər-səhər bazara gələn az olur. Günün ikinci yarısında camaat gələcək. Bizim camaat elədir ki, kasıb da olsa, bayramını ürəyi istəyən kimi qeyd edir. Hansı kasıbın evinə getsən, süfrəsində şəkərburasından tutmuş qoz-fındığına qədər hər şey görərsən. Əziz bayramdır, Azərbaycan ailəsi həmişə qonaqlı-qaralı olur”.

Novruzun atributlarından olan səməninin qiymətləri ilə də maraqlandıq.

Satıcı Fərahim deyir ki, qiymətlər forma və həcminə görə dəyişir:

“Balaca səmənilər 1 manatdır. Kasıblar ucuz, varlılar isə bahalı səməni alırlar. Alanlar çoxdur, min bərəkət, narazılığım yoxdur”.

Bu da yarmarkalardakı bayramqabağı qiymətlər

SİYAHI:

Qoz-13-22 manat (ləpə), 5-7 manat (qabıqlı)
Fındıq- 9-12-22 manat (ləpə) 6 manat (qabıqlı)
Badam – 20-24 manat
Şabalıd – 9 manat
Kişmiş – 7-12 manat
Ərik – 5-11-15 manat
Gavalı qurusu – 7 manat
Quru xurma – 1 manat 50 qəpik
İnnab – 3 manat manat
İydə – 7 manat 50 qəpik

Pomidor – 3 manat 50 qəpik – 4 manat 50 qəpik
Alma – 1 manat -1 manat 60 qəpik (3 kilosi 1 manat)
Narıngi – 3 manat
Portoğal – 2 manat -2 manat 50 qəpik
Armud – 5 manat
Yumurta – 20-25 qəpik

Səməni 1-10 manat (həcm və formasından asılı olaraq)

Dana əti – 9 manat 50 qəpik
İnək əti – 8 manat 50 qəpik
Kənd toyuğu – 5 manat










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru