Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                 

Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” - Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri
Tarix: 4-04-2020, 10:38 | Çap et
Nazirliklərin və provayderlərin səsi niyə “batıb?”
Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyət təhsil sahəsindən də yan keçməyib.

Dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiq olunması səbəbindən orta və ali məktəblərdə tədris dayandırılıb və məcburi qərarla əlaqədar evdə qalan şagirdlərlə tələbələr üçün teledərslər keçirilir.

Teledərslərin əsasən, internet üzərindən aparıldığını nəzərə alsaq, bu məsələ tərkibində şagird və ya tələbənin olduğu ailələrin büdcəsinə təsirsiz ötüşmür. Başqa sözlə desək, davamlı və keyfiyyətli internetə çıxış üçün adekvat ödənişlər etmək lazım gəlir. Bu isə indiki vəziyyətdə ailələrin maddi yükünün xeyli artması anlamına gəlir.

Lakin dünyanın bir sıra ölkələrində ailələrin daha çox maddi zərərə uğramamaları və şagirdlərlə tələbələrin tədrisdən qopmamaları üçün mobil operatorlar öz müştərilərinə müxtəlif güzəştli internet paketləri təklif edirlər. Məsələn, qardaş Türkiyədə şagirdlərin onlayn dərsləri buraxmamaları üçün onlara 8 gb internet hədiyyə olunur. Konkret Türkiyədən gətirdiyimiz bu nümunə başqa ölkələrdə müşahidə edilir.

Mobil internet və rabitənin xeyli baha olduğu Azərbaycanda da onlayn dərslər keçirilir və vayfayı olmayan evlərdə o xidmətlərdən istifadə ailələri ciddi xərcə salır. O baxımdan, Azərbaycanın Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin digər ölkələrdə müşahidə olunan məlum güzəştlərin ölkədə də tətbiq olunmasına təşəbbüs göstərməmələri ciddi təəccüb doğurur. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər olsa da, nə mobil operatorlardan, nə də adları çəkilən nazirliklərdən hələ ki səs çıxmır.

Yenicag.az-a açıqlamasında yaranmış vəziyyətdən çıxış yolları haqda danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Təhsil Nazirliyi virtual dərslərə başlasa da, şagirdlər bir sıra səbəblərdən o dərslərdən eyni dərəcədə faydalana bilmir:

“Təhsil Nazirliyi yaxın günlərdə teledərslərin keçirilməsi ilə bağlı yaranan problemlərə aydınlıq gətirməli və ən qısa müddətdə çatışmazlıqları aradan qaldırmalıdır.

Bunun üçün ilk növbədə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq qurulmalı, bütün ölkə ərazisində keyfiyyətli internetin əlçatanlığı təminatlı olunmalıdır.

Eyni zamanda, Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində bütün mobil operatorların müəllim və şagirdlər üçün ödənişsiz “Təhsil” adlı xüsusi tarif paketi tətbiq etmələrinə nail olmalıdır.

Digər mütərəqqi addım isə dərslərə qoşulmaq üçün ağıllı telefon, planşet və kompyuteri olmayan şagirdləri və müəllimləri hazırda orta məktəblərdə olan kompyüterlərlə müvəqqəti təmin etmək olardı. Təhsil Nazirliyi bu addımı atmaqla, dərslərə heç bir halda qoşula bilməyən şagird və müəllimlərə münasibətdə humanist davranış nümunəsi göstərərdi. Həmçinin üzrlü səbəbdən dərslərə qoşula bilməyən şagirdlərə qaib yazılmamalıdır. Bundan başqa, teledərslərə səhlənkar yanaşan müəllimlər də töhmət, cərimə və sair üsullarla cəzalandırılmalıdır”.

Bu aktual məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu vurğulayıb ki, universitetdə çalışan bir müəllim olaraq, tələbələri ilə əlaqələrində mövcud problemlə qarşılaşır və buna görə də dərsləri arzuolunan səviyyədə keçə bilmir:

“Ölkədə distant təhsil sistemi qurulsa da, şagird və tələbələrin iştirakı üçün əlverişli şərait yaradılmayıb. Əksər şagirdlər və tələbələrin ailəsindəki sosial vəziyyət “wi-fi” və ya müvafiq mobil internet paketlərindən istifadəyə imkan vermir. Bu ailələrin vəziyyəti nəzərə alınmalıdır.

Ümumilikdə ölkə üzrə bütün şagirdlərin internetlə təmin edilməsi mümkün olmasa da, ehtiyacı olanların sayını dəqiqləşdirmək lazımdır. Bu məsələdə orta məktəblərin rəhbərliyi müəyyən addımlar ata bilər. Əks halda, şagird və tələbələrin dərslərdən yayınması mənfi təsirlərə yol açacaq.

Aidiyyatı qurumlar tərəfindən elə bir mexanizm yaradılmalıdır ki, məlum karantin rejimində heç bir şagird tədrisdən kənarda qalmasın”.

Cəmiyyəti ciddi surətdə narahat edən bu məsələ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin reaksiyasını öyrənməyə cəhd göstərsək də, qurumda mövzuya aid suallarımızı cavablandıracaq kimsə tapılmadı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru