Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                     Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                     İrandan Ermənistana daha bir jest .....                     Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq .....                     “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” .....                     Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi .....                     Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır .....                     “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub .....                     "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." .....                     Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ .....                     Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub .....                     "Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" .....                     Azərbaycanda dərs saatları dəyişdirilir? .....                     “İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... .....                     Xalq artistindən televiziyalara müraciət: .....                     Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var .....                     “İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” .....                     Anti-Azərbaycan qüvvələrin kabusu .....                     Qafqazda “son döyüş” başlayır .....                     Məktəb direktoru işdən çıxarıldı .....                     “Umid Babek Operating Company”də YENİ TƏYİNAT .....                     Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... .....                     "Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" .....                     Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... .....                     Universitetlərə qeydiyyat bu gün başa çatır .....                 

В«Elə bilirlər milyon qazanırıq, müflis olub getmişikВ» - Şəmkirdə istixana sahibləri
Tarix: 4-01-2021, 10:25 | Çap et
 В«Elə bilirlər milyon qazanırıq, müflis olub getmişikВ»
Həmişə Yeni il ərəfəsində ənənəvi bahalığa adət edən Bakı sakinləri bu dəfə xoş sürprizlə rastlaşıblar. FED.az xəbər veerir ki, məşhur Şəmkir pomidorları, hansı ki, bayramlarda 2-3 manatdan ucuz olmurdu, bu il 70-80 qəpiyə, bəzi yerlərdə isə ümumiyyətlə 20-30 qəpiyə satılırdı.

Amma bu, ilk baxışdan əhali üçün qışın ortasında Şəmkir pomidorundan dadmaq şansı, əslində sahibkarlar, pomidor becərənlər və istihxana sahibləri üçün əsl faciə idi.
Məsələ bundadır ki, Şəmkirin bütün MDB məkanında ad çıxarmış pomidorunun belə ucuzlaşması Rusiyanın Azərbaycana tətbiq etdiyi pomidor qadağası ilə bağlıdır. Həmin qadağaya görə, guya tərkibində zərərverici tapıldığına görə, Azərbaycan pomidorunun Rusiyaya ixracı qadağan edilib. Sonradan bəzi şirkətlər icazə alsalar da əksəriyyət, xüsusilə də Şəmkirdəki istixana sahibləri pomidoru Rusiyaya ixrac edə bilmirlər və məcbur olub ucuz satırlar.

Bu – vaxtilə mlyonlarla dövriyyəsi olan pomidor biznesi üçün fəlakətli dərəcədə böyük zərərdir.

Şəmkirli sahibkar və istixana sahibi Nəriman Verdiyev baş verənlərdən ən çox zərər çəkənlər arasındadır. 5,5 hektar istixanası olan sahibkarın FED.az-a bildirdiyinə görə, pomidor bəzi yerlərdə 80 qəpik, bəzi yerlərdə isə hətta 30 qəpiyə düşüb.

Amma bu qiymətə də pomidoru satmaq mümkün olmur və pomidoru tullantı kimi tullayanlar da var:

В«Biz pomidoru əkdik, Rusiyaya getmədi deyə, indi 20-30 qəpiyə satmalı olmuşuq. Bu heç parnikdə yandırılan qazın pulunun 10-20%-i də eləmir. Amma nə etməli, Rusiya buraxmır, məcburuq aparıb bazarda sataq. Adam tuturuq, günlərlə pomidorun yanında dayanır, yenə də satılmır. Sadə desəm, hesab edin ki, hər gün sahibkarın başına bir daş düşürВ».

В«Keçən ilki vəziyyətlə götürsək, Rusiyaya hər hektardan 6 fura (yük maşını) pomidor göndərirdik. Təkcə bizim təsərrüfat 30-35 fura göndərə bilərdi. Amma göndərə bilmirik. Nəticədə indiyədək, yalan olmasın, 70-80 ton məhsul satılmadığına görə atılıb. Mənim öz təsərrüfatımda 3-4 ton məhsulu atmışıqВ»-deyə sahibkar məsələnrin ciddi olduğunu bildirir.

Şəmkirli digər sahibkar, 8 hektar parnik sahəsi olan Etibar Əliyev də Rusiya qadağasından sonra iş adamlarının çətin vəziyyətdə qaldığını bildirir: В«20 gündür Rusiya bazarı bağlıdır. Qışda pomidorun maya dəyəri 1,5-17 manat arasındadır, indi isə satış qiyməti 30 qəpiyə düşüb, heç 30 qəpiyə də satmaq mümkün deyil. Bu il mən məhsulumun 20 tonunu kənara tullamaqla satışı dayandırdımВ» - deyə FED.az-a vəziyyəti izah edir.

E.Əliyev deyir ki, problem tezliklə həl edilməsə, iş adamlarının itkiləri artacaq: В«Mart ayınadək belə davam etsə biyabırçı vəziyyət olacaq. Mənim kimi Şəmkirdə minlərlə sahibkar var və onlar məhsullarını sata bilmirlər, bu faciədir. Pomidoru 30 qəpiyə satmaq heç işçinin maaşı eləmir. Amma bunun qaz pulu, dərmanı var. Bu 30 qəpik heç əmək haqqını da ödəmirВ».

Amma sahibkarlarla danışanda məlum olur ki, istixana sahiblərinin problemləri hələ bir neçə il əvəl başlayıb. Rusiyanın qadağası isə bu biznesə vurulan sonuncu zərbə olub.

İstixana sahibləri üçün əsas problem – qaz pulu, yəni qazın həddən artıq baha olmasıdır: В«Qaz problemi, qaz pulunun yüksək olması bizə işləməyə imkan vermirВ».

Etibar Əliyev bildirir ki, 2017-ci ilədək Şəmkirdə istixanaların işləri pis getməyib. Həmin vaxt qazın qiyməti 10 qəpik idi, üstəlik Rusiya ilə təyyarə böhranından sonra Türkiyə pomidorlarının Rusiyaya yolu bağlandı və Azərbaycan pomidoruna tələbat artdı: В«Nəticədə böyük qazanc əldə edildi. Şəmkirdə istixanalar 2-3 dəfə artdı və Şəmkir ən böyük pomidor istehsalçısına çevrildi. Amma artıq 3 illdr ki, sahibkarlar qaz pulunun artmasına görə ciddi problemlə üzləşiblərВ».

Qaz pulunun Şəmkir sahibkarları üçün maraqlı tarixçəsi var, 2017-ci ilədək istixanalara qazın kubmetri 10 qəpiyə satılırdı, sonradan Tarif şurasının qərarı ilə bu məbləğ 20 qəpiyə qaldırıldı. İndi demək çətindir ki, o vaxt bu qərar qəbul ediləndə yeni qiymətin istixanalara təsiri araşdırılıbmı?

Amma fakt odur ki istixanalar bu qərardan ən çox zərər çəkənlər olublar. O vaxtdan bəri bütün sahibkarlar zərərlə işləməyə başlayıblar: В«Hesab edin ki, mənim istixanamda kubu 20 qəpikdən olmaqla 300 min manatlıq qaz yandırıram. 10 qəpikdən olsaydı mənim qaz xərcim 150 min manat olardı. Digər 150 min manatı da işçilərin maaşı, təsərrüfat xərclərinə sərf edə bilərdim. Və işləməyə həvəs qalardı. İndi isə tamamilə həvəssizlik, ümidsizlik, gələcəyə heç bir ümid yoxdurВ».

В«Ötən il 230 min manat zərər elədim, qaz pulu ödəyə bilmədik. Son günlər ailəmizin ümumi büdcəsindən maşın, ev satmaqla qaz pulu borcunu birtəhər ödədimВ»-deyə sahibkar Etibar Əliyev FEd.az-a bildirir.

Qaz pulunun artması nəticəsində şəmkirli sahibkarların xərcləri artmaqla yanaşı, onlar digər rəqiblərinə qiymətdə də uduzmağa başlayıblar. Qazın bahalı olması pomidorun da bahalı olması ilə nəticələnib: В«Bununla da bazara ucuz miəhsul çıxara bilmədikВ».

Şəmkirli sahibkar Nazim İbrahimovun problemi isə başqadır. FED.az-ın məlumatına görə, o qaz pulunu ödəsə də, qazını indiyədək açmayıblar. İş adamı bu halı da sahibkarlar üçün ciddi prbrlem sayır: В«Mənim qaz pulu borcum yoxdur, ödəmişəm. Amma ödəniş etməyimə baxmayaraq indiyədək qazımı açmayıblar. Gəlib sayğaclara cərimə yazırdılar, guya müdaxilə olunub. Cəriməni də qat-qat artıq yazırdılar, yəni bizim aylıq istifadə həcmimizdən dəfələrlə artıq idi və ona görə məhkəmə də bu qərarları qəbul etmirdi. Biz də məhkəmədə В«AzəriqazВ»ı udmuşuq. Amma bunlar məhkəmə qərarına da əməl eləmirlər. Mən ödəniş edəndən sonra xəstələndiyimə görə, parnikə gedə bilməmişdim, ona görə də pulu ödədiymə baxmayaraq sui-istifadə edib qazımı kəsiblər. Qazı açmaq üçün qəsdən süni bəhanələr gətirirlər, guya sənədlər Bakıda təsdiqlənməlidir və sairВ».

İş adamı Nəriman Verdiyev isə deyir ki, əksəriyyət bu dəqiqə sadəcə adət etdiyindən pomidor əkir, əvvəlki gəlir və qazanc yoxdur: В«Vaxtilə bir neçə milyon xərcləyib parnik düzəltmişik, onu əkməyəndə tamamilə məhv olub gedirВ».

Bir tərəfdən də Rusiya qadağası...

Bu il isə qaz pulu problemlərinin üstünə Rusiya qadağası da gəlib. Əvvəla qeyd edək ki, sahibkarlar Rusiya tərəfinin qadağa üçün gətirdiyi səbəbləri, pomidorun tərkibində zərərvericilərin olduğunu uydurma sayırlar. В«Hər il olan pomidoru göndəririk və ən yaxşı pomidoru Rusiyaya satırıqВ».

Doğrudan da Şəmkir istixanalarının əsas bazarı Rusiyadır. Nəriman Verdiyev deyir ki, yığılan pomidorun ən keyfiyyətli olan 80%-i Rusiyaya gedir: В«Cəmi 20% nisbətən aşağı keyfiyyətli pomidor yerli bazarda satılır. Əgər Rusiya qadağası götürürməsə, bu o deməkdir ki, biz tamamilə məhv olduqВ».

Sahibkarların əsas gəliri də Rusiyaya ixracın hesabına idi. Rusiyaya gedən pomidorun hər kiloqramından sahibkarlar 1,5-2,5 manat, orta hesabla götürəndə 2 manat gəlir əldə edirdilər: В«İndi bunu 30 qəpikdən satırıqsa, görün vəziyyət nə hala düşüb. İnanın ki, heç orada işləyən fəhlələrin əmək haqqını verə bilmirik, fəhləyə də borcumuz varВ».

İş adamları bildirir ki, Rusiya bazarına bağlılıq onlar üçün böyük risk olsa da (hansı ki, indi də bunun nəticələrini grürlər) pomidoru başqa ölkəyə ixrac etmək imkanı yox səviyyəsindədir: В«Biz Avropaya çıxa bilmədik, Avropaya mal ixracını bacarmadıq. Eşitmişəm, Bakı ətrafındakı bəzi istixanaların Avropaya çıxışı var, mallarını oraya sata bilərlər. Amma biz çıxa bilmirik, bura (Rusiyaya) da o qədər öyrəşmişik ki, axırda da belə prblemə səbəb olurВ» - deyə N.Verdiyev təəssüflənir.

İş adamı bildirir ki, pomidoru Orta Asiya respublikalarına da satmaq mümkün deyil: В«Onların özündə çox keyfiyyətli və böyük miqdarda pomidor var və Azərbaycan pomidorunun o bazara daxil olması mümkün deyilВ». Rusiyanın özündə də istixana çoxdur. Hətta onların bir hissəsi azərbaycanlı sahibkarlarındır: В«Vaxtilə burada gömrükdə ƏDV ilə bağlı problemlər yarananda bəzi iş adamları sadəcə təsərrüfatlarını burada bağlayıb Rusiyada istixanalar yaratdılar. Amma orada hava soyuq olduğuna görə pomidor gec yetişir, bizim pomidor daha tez yetişdiyindən vaxt məsələsində üstünlüyyə malikikВ».

"İşi dayandırmalı olacağıq..."

İş adamı bildirir ki, vəziyyət belə davam etsə, istixanalar işini dayandırmalı olacaqlar. Özü də məsələ təkcə Rusiyada deyil: В«Qaz puluna görə dövlət tərəfindən dəstək olmasa, bütün istixanalar dayanacaq. Hələ Rusiyanı nəzərə almırıq, Rusiya problemi olmasa da, qaz puluna görə, əvvəl-axır hamı müflis olacaqВ».

Ötən il Şəmkirdə qaz pulu problemi qabarıq üzə çıxanda iş adamlarının 30%-i bildirmişdi ki, onlar artıq gələn ildən pomidor əkməyəcəklər, bu sadəcə sfrə eləmir. İndi isə iş adamı Nəriman Verdiyev deyir ki, belə iş adamları artıq 60-70%ə qalxıb: В«

Baxın, mənim təsərrüfatımın sağında-solunda istixanalar var ki, bu il heç nə əkməyib, elə boş dayanıbВ».

Etibar Əliyev də istixanasının yalnız yarısını əkib: Mən bu parnikin cəmi 4 hektarını əkmişəm, qalanını icarəyə vermişəmВ».

Nazim İbrahimov isə bu il ümumiyyətlə pomidor əkməyib: В«Bu il əkməmişəm, çünki qaz pulu da bahadır. Bir hektar sahəm vardı, amma əkmədim, 4-5 hektarı olanlar da ötən il 1 hektar əkdiВ».

В«AzəriqazВ»la dəfələrlə keçirilən görüşlər də məsələni həll etməyib: В«Doğrudur, icra hakimiyyəti çalışır nəsə etsin, adətən vaxt alırıq ki, borcu qaytaraq, amma son illər artıq bu da mümkün olmur. Sadəcə qazı kəsir ki, pulunu gətir, sonra qaz verimВ».

Qaz pulu artandan sonra bir neçə ildir ki, istixana sahibləri qaz pulu borcunu bu ildən gələn ilə keçirir, pomidoru satıb pulunu verirdilər. N.Verdiyev: В«Biz artıq bir neçə ildir ki, keçən mövsümdən qaz puluna görə 150-200 min manat borclu qalırıq. Bilmirik, bu ilki əkinlərlə məşğul olaq, yoxsa keçən ilin borcunu qaytaraq. İri sahibkarlara dəstək çox azdır. Elə bilirlər ki, biz milyon qazanırıqВ».

Etibarə Əliyev bildirir ki, hazırda iş adamlarının vəziyyəti çıxılmazdır: В«İndi nəiknki Şəmkirdə, ümumilikdə Azərbaycanda istixana biznesi son nəfəsini yaşayır. Həm qazın qiymətinin artması, həm də Rusiyanın yolu bağlaması ciddi problemdirВ».

Şəmkirin pomidor təsərrüfatlarından təkcə sahibkrlar qazanmır, Şəmkirin öz sakinləıri və ətraf rayonlarfın əhalisi də burudakı parniklərdə çalışır. Daşkəsn, Gədəbəy camaatı, Göygöl, hətta Masallı Lənkərandan gəlib kirayədə qalıb işləyənlər də var.

İstixanaların boş dayanması burada çalışanların da işsiz qalmasına səbəb orlub. İş adamı Nəriman Verdiyev: В«Hesab eləsək ki, hər boş qalan istixanada bir hektara 7-8 nəfər işhsiz qalır, görün onda vəziyyət nə qədər ağırdır. Burada çalışanlar, əhalinin xeyli hissəsi gündəlik gəlirlərindən məhrum olacaqlar. Elə ailələr var ki, bütün üzvləri pomidor təsərrüfatında işləyib pul qazanırdılar. İstixananın dayanması ilə həmin ailələr işsizə çevriləcəklər. Nəticəsini də bilirsinizВ».

Çıxış yolu nədədir?

İş adamları çıxış yolu kimi, hökumətin Rusiya tərəfi ilə danışıqlara başlayıb qadağanı aradan götürməsini göstərirlər. Eləcə də onların fikrincə, qaz pulu, daha dəqiqi, istixanalara verilən qazın qiymətinə hökmən yenidən baxılmalıdır.

В«Çıxış yolunu onda görürük pi, qaz ucuzlaşmalıdır, heç olmasa 10 qəpik olsa, biz birtəhər vəziyyyətdən çıxarıqВ»-deyir N.Verdiyev.

В«Rusiya mallarımızı buraxsa da qaz pulu bu səviyyədə qalsa, yenə işləyə bilməyəcəyik. Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, sahibkarı tək buraxmasınlar. Bizim В«AzəriqazВ»a, Nazirlər Kabinetinə məktublarımız var ki, güzəşt edilsinВ»-deyir E.Əliyev.

Onun sözlərinə görə, В«Hətta 2017-ci ilin həddinə (10 qəpiyə) çatmasa belə, qazın qiymətində heç olmasa 5-7 qəpik güzəşt olsunsa, bu təxminən 30-40 faiz güzəşt deməkdir. Bu addım bizə nəfəs verərВ».

Digər çıxış yolu hökumətin pomidoru özü almasıdır. İş adamları dəqiq qiymət deməyə çətinlik çəkirlər. N.Verdiyev: В«1,5 manatdan satılanda qazın pulu, fəhlələrin maaşı və vurulan dərmanqın pulu edir. Əgər heç olmasa bir manatdan alsalar xərcləri bağlamaq olar. Amma 20-30 qəpikdən satmaq sahibkrın evini yıxır. Hər gün min manatlarla zərərə gedirik. Hətta pomidor 70 qəpiyə də satsaq, gələcəkdə əkmək mümkün olmayacaqВ».

İstixana sahibləri ən yaxşı yol kimi pomidoru aAvropaya satmağı görürlər. Amma bu arzu olaraq qalır. İş adamları bildirir ki, pomidorun keyfiyyəti qaydasındadır, ona vurulan gübrələrlə bağlı da problem yoxdur, yəni Avropa tələblərinə uyğun gəlir. В«Amma bunun üçün müqavilə bağlanmalıdır. İri şirkətlərlə əlaqə yaratmaq lazımdır. Biz bunu edə bilmirik. Gərək bu məsələdə hökumət qabağa düşsün. Bizə yol göstərməlidir ki, biz də o dediyini edib Avropaya, ərəb ölkələrinə və xaricə mal sataqВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26
“İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19
Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12
Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07
“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01
Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57
Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42
Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40
“Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36
Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34
"Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26
Universitetlərə qeydiyyat bu gün başa çatır - DİQQƏT!
Bu gün, 09:19
Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:16
Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:12
Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... - TƏFƏRRÜAT
Bu gün, 09:09
İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... - Özləri deyir...
Bu gün, 09:04
Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU - BU NƏDİ BELƏ?
Bu gün, 09:00
"Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." - GİLEY
Bu gün, 08:53
Baş nazir buna NECƏ NAİL OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:43
"Bunların əlindən neçə nəfər intihar edib" - BU NƏDİ BELƏ?
Bu gün, 08:34
Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib - KİV
Bu gün, 06:20
Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü - NƏ BAŞ VERİR?
Bu gün, 06:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru