Həbs edilən sabiq icra başçısının kadırından şikayət - İkinci qrup əlili qanunsuz işdən çıxardı
Tarix: 29-01-2021, 09:21 | Çap et
 Cəlilabad rayon Muğan kənd sakini Ağayev Hidayət İskəndər oğlu Muğan kəndinin keçmiş bələdiyyə sədri, hazırda isə bələdiyyədə mühasib işləyən Maşlıq kənd sakini Rasif Həsənovdan Baş prokuror Kamran Əliyevə şikayət edib.
H.Ağayev redaksiyamıza ünvanladığı şikayət məktubunda qanunsuz olaraq işdən çıxarıldığını bildirib və bunu bütün sənədlərlə sübut edib. Şikayətçinin Baş prokurora şikayətini təqdim edirik. Şikayətdə deyilir:

Cənab Baş Prokuror!
"Mən Ağayev Hidayət İsgəndər oğlu ikinci qrup əliləm. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Həyat yoldaşım onkoloji xəstədir. Üç uşağım isə anadangəlmə şikəstdir. Mən rəsmi olaraq Muğan bələdiyyəsində bələdiyyə üzvlərinin müsabiqə yolu ilə öz ixtisasıma uyun bələdiyyə tərəfindən verilmiş N4 əmək müqaviləsinə uyğun olaraq üç aydır bələdiyyədə işləyirəm. Son ayda ixtisasca zuatexnik işləyən Muğan bələdiyyəsinin keçmiş sədri Həsənov Rasif Xudaşükür oğlu Cəlilabadın DTX tərəfindən həbs edilən sabiq icra başçısı Namiq Zeynalovun göstərişi ilə bələdiyyəyə mühasib vəzifəsinə təyin edilib. Mənim Muğam bələdiyyəsində fəaliyyətim zamanı büdcəyə yığılan vəsaitləri öz dövründə müavinləri işləyən Abbasov Ramal Xanlar oğluna 1370 manat, Fətullayev Həsən İbrahim oğluna isə 1500 manat, R.Həsənov özünə isə 620 manat pul ayırmışdır. Mənim maaşımı isə dayandırmışdır. R.Həsənov mühasib olduğu üçün bələdiyyə sədrinin xəbəri olmadan öz imzasını saxta yolla təsdiq edərək, büdcədən həmin pulları buraxmağa nail olub. Mən R.Həsənovla əmək haqqımı dayandırmasına görə mübahisə etdim. O vaxt əgər R.Həsənovun büdcəsində pul yoxuydusa, niyə özünə iki müavin təyin etmişdi? R.Həsənov sənin başına oyun açaram deyib mənə hədə-qorxu gəldi. Elə o vaxtdan da mənim qara günlərim başladı.
Cənab Baş Prokuror!
Vergidən bələdiyyə sədri kimi asan imzanı hiyləylə 2020-ci ilin oktyabr ayına kimi öz adında saxlayan R.Həsənov bir cinayətdə cəzalandırılmadığına görə, digər cinayətə də cəhd edib. Muğan bələdiyyəsinin sədri vəzifəsindən 2019-cu ilin 15 oktyabrında azad olunmasına baxmayaraq özünün ən etibar etdiyi dostu Abbasov Asif Qüdrət oğlu ilə birgə bu cinayətə təşəbbüs göstərərək işdən çıxdıqdan üç ay sonra, yəni 24.02.2020-ci ildə A.Abbasovla qanunsuz əmək müqaviləsi bağlayıb. A.Abbasovun əmrini isə 01.12.2019-cu ildə, yəni 12 ay sonra verib. Mən sizə bütün sübutları təqdim edirəm və xahiş edirəm ki, araşdırasınız. R.Həsənov açıq-aşkar cinayət törədib. R.Həsənovun bütün bu cinayətlərinin üstünü isə vaxtilə prokurorluqda işləmiş bacanağı, Zakir adlı şəxs ört-basdır edir. R.Həsənov dostu A.Abbasovla əlbir olaraq məni süründürəcəyi ilə hədələyir. R.Həsənov dəfələrlə dostu A.Abbasovun əliylə haqqımda əsassız şikayətlər verərək, cinayət işi açdırmışdır. Bu dəfə isə yeni bələdiyyə sədri Ağayev Ərzullaxanı kafeyə apararaq yeyib-içirdib və məni işdən çıxartdırıblar. Daha sonra isə bələdiyyəyə öz qohum-əqrabalarını işə götürüb. Bu haqda mənə Ə.Ağayev özü bildirib və əlimdə də sübutlarım var. Mən məhkəmə yoluyla əmək hüququmu təmin etməyim deyə R.Həsənov yenə saxtakarlığa yol verərək iki əmək kitabçası hazırlayıb. Bununla o, həm də bütün işçilərin əmək hüququnu pozub. Mənim xəbərim və ərizəm olmadan R.Həsənov pandemiya dövründə məni qanunsuz olaraq işdən çıxarıb.
Hörmətli cənab Baş Prokuror!
Sizdən xahişim odur ki, hazırda bütün bu iyrənc əməlləri ilə bələdiyyədə mühasib işləyən R.Həsənovun cinayət əməllərinin araşdırılması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Qeyd edək ki, R.Həsənovdan redaksiyamıza kifayət qədər ilginc şikayətlər daxil olmaqdadır. Növbəti sayımızda onları da aidiyyatı qurumlara təqdim edəcəyik.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. Miq.Az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37 |
|
|
|
• Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35 |
|
|
|
• MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33 |
|
|
|
• “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28 |
|
|
|
• Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14 |
|
|
|
• Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12 |
|
|
|
• BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02 |
|
|
|
• "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59 |
|
|
|
• Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57 |
|
|
|
• "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54 |
|
|
|
• İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51 |
|
|
|
• Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
• İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27 |
|
|
|
• Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25 |
|
|
|
• Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23 |
|
|
|
• Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21 |
|
|
|
• Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18 |
|
|
|
• Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10 |
|
|
|
• Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06 |
|
|
|
• Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04 |
|
|
|
• Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
• Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49 |
|
|
|
• Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35 |
|
|
|
• Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30 |
|
|
|
• "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26 |
|
|
|
• Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23 |
|
|
|
• Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19 |
|
|
|
• Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16 |
|
|
|
• Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51 |
|
|
|
• Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48 |
|
|
|
• Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45 |
|
|
|
• "Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37 |
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56 |
|
|
|
• Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55 |
|
|
|
• Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53 |
|
|
|
• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47 |
|
|
|
• Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41 |
|
|
|
• Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36 |
|
|
|
|