Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                 

“88 nəfər dənizçi işinə qəbul adı ilə aldadılıb” - İTTİHAM
Tarix: 30-01-2021, 11:24 | Çap et
“88 nəfər dənizçi işinə qəbul adı ilə aldadılıb”
Bir qrup vətəndaş dənizçi işinə qəbul adı ilə aldadılıb. DİA.AZ xəbər verir ki, zərəçəkənlərdən Sadiq Rafiq oğlu aldadılan şəxslər adından danışıb. Bildirib ki, ötən il avqustun 15-də “STT group” adlı şirkətin rəhbəri, özünü Rahim kimi təqdim edən şəxslə tanış olub. Həmin adam ona Türkiyənin “Arif Kalkavan Oğulları” gəmiçilik şirkətində matros işi təklif edib:

“Avqustun 16-da göstərilən ünvandakı ofisə yaxınlaşdım. Özünü işədüzəltmə şirkətinin rəhbəri kimi təqdim edən Rahim adlı şəxs məndən 150 manat pul istədi. Bunu onunla əlaqələndirdi ki, pul koronavirus testi və bəzi sənədləşmələr üçün lazımdır. Mənim bir qohumum var, o, dənizdə işləyir. Ondan maraqlanmışdım. Demişdi ki, sənədsiz heç bir gəmi işçi qəbul etmir. Dənizçi işi üçün mütləq diplomun, sənədin olmalıdır. Mən bunu ona deyəndə, bildirdi ki, biz lazımi sənədləri düzəldəcəyik. Bildirdi ki, sentyabrın 2-3-də Türkiyəyə gedəcəksiniz. Mən də düşündüm ki, artıq yeni işim var, ona görə də “Veysəloğlu” satış və distribüter şirkətindəki növbə rəisi işindən ərizə yazaraq ayrıldım”.

“Yeddi aydır həmin adama görə işsiz qalmışam. Özüm də ailəliyəm, bir körpə uşağım var”,- şikayətçi deyir: “Deyilmişdi ki, sentyabrın 3-də Türkiyəyə gedəcəyik. Həmin gün bu adama zəng etdim, telefonun bağlı idi. Ofisinə getdim, katibəsi dedi ki, Rahim müəllim xəstədir. Onu da deyim ki, bizə adını Rahim demişdi. Toğrul Məmmədrəhim oğlu Kərimov olduğunu bir aydır bilmişik. Onu da deyim ki, səksən səkkiz nəfərin etibarından istifadə edib, aldadaraq pullarını mənimsəyib. O, “bu gün, sabah gedəcəyik”- deyib, bizi aldadırdı. Ümumilikdə, məndən 1280 manat pul alıb. Mənim tanıdığım iyirmi beş nəfərin hamısını aldadaraq, hərəsindən müxtəlif məbləğdə pul alıb. Son zamanlar müxtəlif bəhanələr gətirdi ki, Türkiyə tərəfi hələ gəlməyinizi istəmir. Sonra da noyabrın 3-də bizə söz verdi, yenə aldatdı. Daha sonra isə telefonlarını söndürdü, ofisini bağladı, onu tapa bilmədik. Bununla bağlı aidiyyəti qurumlara, hüquq-mühafizə orqanlarına müraciət etsək də, nəticəsi olmadı. Pandemiya dövründə, işsizlik baş alıb gedir. Biz həmin pulları borc-xərc edərək tapıb vermişik ki, işə düzələk, ailəmizə bir qarın çörək aparaq”.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov bildirib ki, son illər azərbaycanlı dənizçilər işə qəbulla bağlı tez-tez aldadılır: “Dənizçilərə hər hansı dənizçilik şirkətinə işə düzəlməklə təklif alanda, öncə birliyimizə müraciət etməyi tövsiyə edirik ki, sonradan xoşagəlməz hallarla rastlaşmasınlar. Konkert olaraq bu məsələyə gəlincə, aldadılan şəxslərin siyahısı bizdə var. Onlardan aldadan adamla bağlı məlumatlar əldə etmişik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət olunub. Məsələnin həlli istiqamətində əlimizdən gələn yardımı edəcəyik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov son illər belə dələduzluq hallarının sayının artdığını deyir. Hüquq müdafiəçisi bu kimi məsələlərdə insanların ayıq-sayıq olmasını vacib sayır: “İşə girməyə görə pul verilməməlidir. Əgər belə hal varsa, bəri başdan bilmək lazımdır ki, həmin adam fırıldaqçıdır. Bu cür hallar dələduzluqdur. Bu proses illərdir davam edir. Təkcə Azərbaycanda deyil, postsovet ölkələrinin hamısında bu kimi hallar baş verir. Ya böyük bank piramidaları yaradıb, insanları aldadırlar, ya da iş adıyla müəyyən məbləğ pul alırlar. Hətta daşınmaz əmlakı da ələ keçirirlər.

Bizdə işə düzəltmək adı ilə tək-tək aldanan adamlar çoxdur. Bunun üçün sosial şəbəkələrdən istifadə edirlər. Yaxud da küçələrdə, ictiami yerlərdə iş elanları yapışdırırlar. Buna qarşı mübarizə aparmaq çətindir. Leqal işə düzəltmə yerləri də var. “Məşğulluq haqqında” qanunda işə düzəldənlərin yalnız hüquqi şəxslər ola biləcəyi, elektron sistemdən qeydiyyatdan keçməli olduqları tələbi qoyulub. Dövlət bu məsələni belə tənzimləməyə çalışır. Prinsipcə, dövlət özəl işə düzəltmə fəaliyyətinə qadağa qoya bilməz. Çünki biz Beynəlxq Əmək Təşkilatının müvafiq konvensiyasına qoşulmuşuq. Həm də texniki baxımdan da mümknün deyil. Biri “Facebook”da hesab açır, digəri binalara elanlar yapışdırır. Bunun qarşısını almaq çətindir. Burada ən yaxşı vasitə maarifləndirmədir. İnsanlar sayıq olmalıdır. Bundan yaxşı üsul hələ ki, icad olunmayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru