Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Şahin Mövsümovun ŞÜBHƏLİ KƏNDİ... - İLGİNC FAKTLAR
Tarix: 3-05-2022, 11:12 | Çap et
Şahin Mövsümovun ŞÜBHƏLİ KƏNDİ...
“Bu, klubun qabağıdır. Rəhmətlik Zahir İsmayıl dayı… Bunların hamısı dünyasını dəyişib. Bir dənə bu qalıb – Nüsrət”

27 illik işğaldan sonra Hüseynovlar ailəsi iki il öncə azad olunan Zəngilanın Ağalı kəndinə dönməyə hazırlaşırlar. Onların kəndi azad olunandan sonra Qarabağda bərpa olunan ilk kənddir.

“Kənd Təsərrüfatı Nazirliyindən bizimlə əlaqə saxlayıb danışıblar. Dedilər, kəndə köçmək istəyirsən? Dedim, hə, bu gün köçürük, ancaq o kənddə bizim şəraitimiz, xəstəxanamız, məktəbimiz, uşaq bağçası hazır olsun ki, biz köçək. Oranın havası cənnətdir, doğrudan da cənnət deyirlərsə, o Ağalıdır” – işğal vaxtı 23 yaşında Ağalıdan çıxan İslam Hüseynov deyir.

Bu kənd həm də Azərbaycanda qurulan ilk “Ağıllı kənd” olacaq. Kənddə 200 yaşayış evi tikiləcək və ailə üzvlərinin sayına görə sakinlər bir və ya iki mərtəbəli evlərə köçürüləcək.

“Qeydiyyata götürdülər. Ad, soyad, ailədə neçə nəfərik… Altı nəfərlik ailəyik- üç nəvəm, oğlum, gəlinim, mən. Deyir, 6 nəfərlik ailəyə ikimərtəbə ev düşmür. Niyə? Niyə düşmür? Bu xəstə, iflic qadına bir otaq lazımdır” – Ağalı kənd sakini Elmira Hüseynova deyir.

İslam Hüseynov deyir ki, işğaldan öncə Ağalıda 270 ev var idi. “Onun maksimim 10 dənəsi birmərtəbə olardı. Qalan hamının evi ikimərtəbə idi. Nadir halda birmərtəbəli ev olardı. Əmim son vaxtlar müasir ev tikmişdi – üç otaq, bir zalı, hamamı içində… Bu sonralar tikilən kürsülü evlər idi, qalan hamıda ikimərtəbə idi”.

“Ağıllı kənd”in digər kəndlərdən fərqi kimi alternativ enerji, ekoloji istilik sistemi, ağılı işıqlandırma sistemi, tullantıların idarə olunması və digər üstünlüklər göstərilir.

“Ağıllı kənd” üçün ayrılan 21, 7 milyon manat…

2021-ci ilin noyabrında açıqlanan 9 ay üzrə dövlət büdcəsinin icrasına dair arayışda “Ağıllı kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması” üçün Kənd Təsərrüfatı Nazirliyinə 21,7 milyon manat vəsait ayrıldığı qeyd olunub.

Tenderlə bağlı suallar cavabsız qalır

Kəndi tikən вЂ?AS Group İnvestment’ MMC-nin PR meneceri Günel Əliyeva bildirir ki, ideyadan tutmuş “Ağıllı kənd”in konsepsiyasına qədər bütün təşəbbüslər onlardan gəlib:

“Bu layihənin sifarişçisi Kənd Təsərrüfatı Nazirliyidir və layihə dövlət tərəfindən maliyyələşdirilir.

– Tender keçirilibmi?

– Olar o suala toxunmayaq? Tendersiz əlbəttə ki, mümkün deyil, amma mən tender barədə sizə dəqiq məlumat verə bilməyəcəm”.

Dövlət Satınalmalarının saytında вЂ?AS Group İnvestment’ şirkətinin “Ağıllı kənd”lə bağlı hər hansı tender qalibi olması barədə məlumata rast gəlinmir.

Əmək müqaviləsiz, maaşsız işləyən fəhlələr

“Üç aydır burada işləyirik. Bir qəpik pul yiyəsi olmamışıq. Görünən bu evlərin hamısında əməyimiz var, əl işimiz var. Hal-hazırda da ustalar işləyir. Hamı da bizim kimi, heç kim bir qəpik almayıb.

– Sənin kimi neçə nəfər bu vəziyyətdədir?

– 50 nəfər.

– Çoxdur, 50 nəfər nədir? 50 nəfər elə bizik. 200-300 nəfər burada müqaviləsiz işləyən, əziyyət çəkən insanlar var”.

Ağalı kəndində çalışan ustalar вЂ?AS Group İnvestment’ şirkətindən narazılıq ediblər. Onlar etirazlarını telefonla çəkərək sosial mediada yayıblar:

“Hamını yığıb gətirib töküblər bura, burada heç bir müqavilədən söhbət gedə bilməz. Əmək müqaviləsi də tələb eləmişik, bizə deyiblər ki, gözləyin, düzələcək. Bu iki ay biz nə maaş almışıq… bizi də bu vəziyyətə gətirib çıxarıblar”- usta deyib.

Təhlükəsizliyi üçün şərti olaraq Nemət Baxışov adlandıracağımız şəxs “Ağıllı kənd”də fəhlə kimi çalışıb. O, 2021-ci ilin sentyabrından əmək haqlarının verilməsində problem yarandığını deyir:

“Biz bir də ora qayıtmarıq, “moşennik” şirkətlərdir. Oranı da вЂ?AS Group’ tikir əsasən, ancaq başqa taşeron (podratçı) şirkətlər işləyir. Biz də вЂ?AS Group’-un daxilində “Kaptanoğlu” şirkətinin tərkibində işləyirdik. Bizə verilən əmək haqlarının niyə gecikdirilməsini soruşduqda deyirdilər ki, вЂ?AS Group’ pulumuzu hələ verməyib. Biz orda 45 gün işləməyə razılaşmışdıq. 45 günlük müddət sentyabrın əvvəlindən dekabra qədər çəkdi. Bizim şirkətin direktoru Ömər Kəsər idi. O da pulumuzu götürüb qaçmışdı, polisə şikayət eləmişdik onu aeroportdan qaytarıb gətirmişdilər. Əvvəlki aylarımızı aldıq, ancaq yenə də pulumuz tam ödənməmişdi”.

Nemət kimi onlarla fəhlələnin əmək haqqı onlar mediaya müraciət etdikdən və problemi ictimailəşdirdikdən sonra verilib.

Kəndi prezidentin köməkçisinin qardaşı Şahin Mövsümovun şirkəti tikir

Bəs dövlət büdcəsi hesabına Zəngilanın Ağalı kəndində 200 və Füzulinin Dövlətyarlı kəndində 450 evdən ibarət “Ağıllı kənd” inşa edən və tenderlə bağlı sualları cavabsız qoyan “AS Group İnvestment” şirkətinin sahibi kimdir?

“AS Group İnvestment” MMC-nin əsası 2003-cü ildə beton istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin yaradılması ilə qoyulub. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşib. Şirkətin təsisçisi prezident İlham Əliyevin köməkçisi Şahmar Mövsümovun qardaşı Şahin Mövsümovdur.

“Ağıllı kənd” layihəsində işləyən şirkətlərdən biri də Türkiyədə təsis olunan “Kaptanoğlu Arac Kiralama Emlak İnşaat Turizm Ticaret Sanayi İthalat ve İhracat Limited Şirkətinin Azərbaycandakı nümayəndəliyidir. Müəssisə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əsas fəaliyyət istiqaməti bütün növ quru daşıma, anbar, yük, poçt və kuryer xidmətləri və quru nəqliyyat vasitələrinin icarəsidir.

Şirkətin Azərbaycanda keçirilən tenderlərdə iştirakı ilə bağlı hər hansı informasiyaya rast gəlinmir. Azərbaycanda şirkətin qanuni təmsilçisi olan Ömər Kəsər Burhanla bağlı hansısa məlumat yoxdur, şirkətin hüquqi ünvanı isə Mingəçevirdə yerləşir.

Şirkət rəsmi sənədlərdə göstərdiyi hüquqi ünvanda mövcud deyil

Şirkətin Mingəçevirdə qeydiyyatdan keçdiyi ünvan – Mingəçevir şəhəri, Samux ev 7-dir. Həmin ünvan əvvəllər işləyən, hazırda isə boş qalan Mingəçevir Turizm Kollecinin ünvanıdır. Kollec tamamilə fərqli ünvana köçürülüb və bina hazırda boşdur. Divara vurulan lövhədə isə orada Təlim Tədris Mərkəzinin (https://zekas.az/) fəaliyyət göstərdiyi qeyd olunsa da, binada nə şirkət, nə də təhsil müəssisəsi işləyir.

Şirkətin Türkiyədəki sahiblərindən Selcan Bozhüyük Özbudak ilə sosial şəbəkə üzərindən əlaqə qurmaq cəhdlərimiz alınmayıb.

Əvvəlcə şirkətin sonra fiziki şəxsin sifariş etdiyi mebellər

Ağalı kəndində tikilən evlərin bəzisi hazır və içləri də mebellə təchiz olunmuş görünür. Mebelləri təchiz edən şirkətin nə adı, nə də bu haqda tender məlumatı var. Amma mebellərin fotolarına əsasən onların “Embawood” şirkətindən alındığını müəyyən etmək olur. Şirkətin PR meneceri Aynurə Həsənova bizimlə telefon danışığında təsdiq edir ki, “Ağıllı kənd”də onların mebellərindən istifadə olunub:

“Bizim şirkətə digər bir şirkət tərəfindən müraciət olunmuşdu- podratçı şirkət. İki mağazadan bizim məhsullarımızın sifarişi getdi. Amma tam olaraq bu kəndin bütün evlərinə yox. Yalnız bizə sorğu göndərən şirkətin sifarişi əsasında… Şirkətin adı barədə məlumatım yoxdur. Çox güman ki, dövlət tərəfindən tender elan olunub və tender nəticəsində qalib gələn bir şirkətdir”.

Sifarişçi şirkətin adını açıqlamaq üçün Aynurə Həsənova rəsmi sorğu göndərməyimizi istədi. Sorğumuza cavabında bildirdi ki, onlara mebel sifarişi verən şirkət yox, fiziki şəxs olub, ona görə də məbləği açıqlaya bilməzlər. Şirkətin sözçüsü bildirib ki, fiziki şəxs onlardan 14 mebel alıb.

KOB sədrinin müşavirinin ailə üzvləri 48 min manatlıq tenderin qalibi olub

2021-ci ilin dekabrında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sifarişi ilə “Ağıllı kənd”in iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üzrə tender keçirilib. 48.144 manat dəyərində olan tenderi “Azmark Dış Ticaret Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi qazanıb.

“Azmark”ın fəaliyyət istiqaməti hər növ malların ixracını, idxalını, daxili və xarici ticarətini yerinə yetirməkdir.

Türkiyənin vergi bazalarındakı məlumata əsasən şirkət 2007-ci ildə təsis olunub. Müəssisənin sahibi Zair Qardaşovdur. O, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyəti sədrinin müşaviri Zaur Qardaşovun qardaşıdır. Şirkətin Azərbaycandakı nümayəndəliyinin qanuni təmsilçisi Sevinc Hüseynova isə Zaur Qardaşovun həyat yoldaşıdır.

Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi ölkə başçısının 28 dekabr 2017-ci il fərmanı ilə yaradılıb. Agentlik publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində işləyir.

“Ağıllı kənd”də evlərin tikintisi ilə məşğul olan daha bir türk şirkəti isə “Turkuaze” Yapı Sistemləri İnşaat Sanayi və Ticaret Limited Şirkətidir. Nə mediada, nə də tender siyahısında bu şirkətin adına rast gəlinir, ancaq Ağalı kəndində işləyən işçilər bu şirkətin də orada çalışdığını deyir.

Şirkət 2016-cı ildə İstanbulda yaradılıb. Şirkətin Türkiyə və Azərbaycan nümayəndəliyindəki sahibi eyni şəxsdir – Kayhan Dərdiyok. Müəssisənin Binəqədi rayonunda göstərilən hüquqi ünvanına baş çəkirik. Köhnə, ikimərtəbəli tikilidə yerləşən evdə əvvəllər Kayhan Dərdiyok yaşayıb. Qapını açan şəxs deyir ki, indi o, bu evdə yaşamır və bizi onunla əlaqələndirməyə çalışacaq. Əlaqə nömrəmizi versək də, şirkət sahibindən zəng gəlmədi.

“Ağıllı kənd” layihəsi ilə bağlı işlərin sifarişçisi olan Kənd Təsərrüfatı Nazirliyi göndərdiyimiz sorğuya cavab vermədi.

Bəs Ağalı kəndində tikilən evlərin “ağıllı” olduğunu necə bilmək olar?

Memar Elçin Əliyevin fikrincə, ağıllı ev modeli təkcə vurulan günəş panelləri ilə ölçülmür. Ekspert deyir ki, “ağıllı ev” sisteminə uyğun tikilmiş binalar hər otaqda işığı, məişət texnikasını, hətta temperaturu idarə etməyə imkan verməlidir:

“Bu var “Ağıllı kənd”də? İnanmıram. Ağıllı evdə sistem özü insana məsləhət verir ki, hansı bölgədə nasazlıqlar var. “Ağıllı kənd”də bu varmı? Evdə həyatı daha rahat, qənaətcil, təhlükəsiz edən komplekslər mütləq olmalıdır. Təəsüf ki, mən inanmıram, mediada olan fotolara baxmışam və mən görürəm ki, o texnologiyalardan istifadə edilməyib”.

Ağalı kəndində olmadığını və orada bir memar olaraq işləmədiyini təəssüflə qeyd edən Elçin Əliyevin fikrincə, problem memarlıq müsabiqələrinin keçirilməməyindədir:

“Bu o deməkdir ki, hansısa məmurların tanış şirkətləri işlərə müsabiqəsiz cəlb olunub. Bəlkə də orda daha yaxşı memarlar işləyir, ancaq belə seçim olmaz. Ümumiyyətlə, memarlıq müsabiqələri keçirilməldir ki, memarlar da öz təkliflərini verə bilsinlər. Amma bu belə böyük riskdir. Bəlkə onların şirkəti dünyada ən yaxşı şirkətlərdən biridir, ancaq yenə də müsabiqəsiz seçilməsi böyük riskdir. Bəlkə onların mütəxəssisi düzgün variant verə bilməyəcək. Və mənə belə gəlir ki, bu dəfə elə belə də oldu”.

İqtisadçı Toğrul Vəliyev deyir ki, “Ağıllı kənd” layihəsinin icrası şəffaf aparılmır. 21,7 milyon manatın hansı şirkətlər arasında, hansı şərtlərlə, necə bölüşdürüldüyü açıqlanmır:

“Məsələn, Cocuq Mərcanlını qeyd etsək, orada kəndin bərpası təxmini 20 milyon manata başa gəlmişdi. Burada isə nə qədər vəsait xərclənəcək, nə qədər vəsait xərclənib, o barədə heç bir məlumatımız yoxdur. Amma ümumi videolardan, layihələrdən gördüyümüz yalnız odur ki, ciddi bir fərq yoxdur, ona görə müəyyən şübhələr yaranır ki, ümumiyyətlə layihə nədən ibarətdir? Təəssüflər olsun ki, onun detalları bizdə yoxdur. Satınalma prosedurları keçirilmir, belə deyək ən azından biz görmürük. Keçirilsə belə, biz onu müşahidə etmirik. Amma keçirilən müsabiqələrdə belə xüsusi bir şey görmürük”.

Ölkə başçısı İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə bildirib ki, Ağalı kəndinin sakinləri bu il “Ağıllı kənd”də yaşamağa başlayacaqlar:

“Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq”.

Ağalıdan köçkün düşdükdən sonra uzun müddət çətin şəraitdə yaşayan Elmira Hüseynova doğulub-böyüdüyü kəndini dünyanın ən gözəl yerlərindən hesab edir:

“Qayıdacağıq, deyəcəklər ki, qaçqınların köçü qayıtdı. Onda mən orada olsam, deyərəm ki,

Keçinin üçü gəldi,

Dolandı üçü gəldi,

Qaçqının köçü gəldi.

O günlər olsun”


Arzusu nəvəsi ilə birgə yaşamaq və kəndini dünya gözü ilə yenidən görmək olan Elmira xanım təəssüf ki, materialın yayıma hazırlandığı dönəmdə vəfat etdi.

1993-cü ildə Zəngilanın işğal zamanı Ağalı kəndini 6 nəfərlik ailə üzvü ilə tərk edən Hüseynovlar ailəsindən indi kəndə 5 nəfər qayıdacaq.
AbzasMedia












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru