Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” - BELƏ HARA GEDİRİK?
Tarix: 23-05-2022, 09:05 | Çap et
 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçıların böyük bir siyahısını doğrayıb. Bu il yanvarın əvvəlinədək 1 milyon 200 min nəfərə düşən pensiyaçıların sayı aprelin əvvəlinədək 1 milyon 177 min nəfərə edib. Yəni 23 min nəfər azalıb”. DİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, bu sözləri iqtisadçı Nemət Əliyev bildirib. Onun sözlərinə görə, 3 aya 23 min nəfər pensiyaçının çıxdaş edilməsi Azərbaycan kimi ölkə üçün sosial fəlakət sayılmalıdır.
2021-ci ildə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 4718 milyon manat vəsait xərclənib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.
Həmin hesabatda bildirilir ki, əhaliyə ödənişlərin tərkibində pensiya xərcləri 4592 milyon manat təşkil edib. 2021-ci il pensiyaçıların həm maddi rifahının yaxşılaşdırılması, həm də onlara rahat, əlçatan və şəffaf şəkildə pensiyaların təyinatı istiqamətində islahatların həyata keçirilməsi ilə əlamətdar olub.
Hesabat ilində ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.
Əmək pensiyalarının orta aylıq məbləği 2021-ci ilin 1 yanvar tarixində 302,24 manatdan 2022-ci ilin 1 yanvar tarixinə 331 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 331,4 manatdan 358 manata qalxıb. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 8 faiz artdığı bildirilir.
Yeni təyin olunan pensiyaçıların sayına gəlincə, nazirlik bildirir ki, 2021-ci il ərzində 21 min nəfərə yaşa görə, 1,2 min nəfərə əlilliyə görə, 436 nəfərə isə ailə başçısını itirməyə görə elektron qaydada əmək pensiyası təyin edilib.
İqtisadçı Nemət Əliyev isə deyir ki, qiymətlərin od tutub yandığı hazırkı dövrdə pensiyaların kəsilməsi, pensiyaçıların sayının azalması insan taleyi ilə oynamaq kimi bir şeydir:
“Əgər dövlət başçısı İlham Əliyev pensiya yaş həddinin artırılmasına dair ölkəni geriyə atan qərarı imzalamasaydı və bu yolla 2017-ci ilin ortalarındakı artım tempinə müdaxilə etməsəydi, bu gün pensiyaçıların sayı 1380 min nəfərə qədər artacaqdı”.
İqtisadçı bildirir ki, pensiyaçıların sayı ötən 5 ildə 200 min nəfərdən çox azalıb. Deməli, ötən müddətdə 200 min nəfərdən artıq insan pensiya təminat sistemindən uzaqlaşdırılıb:
“Belə görünür ki, o insanlar Allahın ümidinə buraxılıb. Çünki onların iş yerləri, yaxud da hər hansı alternativ gəlir mənbələri ilə təmin edilməsinə ümid çox azdır. Hazırda ölkəmizdə pensiyaçıların əhali sayındakı payı 11,7 faizə qədər geriləyib”.
Nemət Əliyev qonşu ölkələrlə müqayisə aparb. Deyir, Rusiya hökuməti əhalinin 31 faizinə, Belarus 28 faizinə, Gürcüstan 26 faizinə, Türkiyə 17 faizinə, Ermənistan 16 faizinə pensiya verir. Azərbaycanda bu göstərici ən aşağı səviyyədədir:
“Heç 12 faizə çatmır. Deməli, hökumətin pensiya siyasəti ölkəmizi regionun ən bərbad ölkəsinə çevirib”.
2017-ci il iyulun əvvəlində Azərbaycanda pensiyaçıların sayı 1 milyon 328,4 min nəfər, 2019-cu ildə isə 1299,5 min nəfər olmaqla ölkə əhalisinin 13,2 faizini təşkil edib.
2020-ci ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1277,8 min nəfər olmaqla ölkə əhalisinin 12,8 faizini əhatələyib. 2021-ci ilin əvvəlində isə 1 milyon 232,2 min nəfərə edib.
MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 126, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür.
2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi.
Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi. Lakin bu müddət mərhələli şəkildə uzadılır.
Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|