Texniki Universitetdə NAQOLAY İŞLƏR... - NARAZILIQ VAR!
Tarix: 1-06-2022, 09:15 | Çap et
 Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və Logistika fakültəsini 2021-ci ildə bitirən, amma bu günə kimi diplomunu ala bilməyən Davudov Pərviz Rahim oğlu Prezident Administrasiyasının humanitar, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevaya üz tutdu, ondan kömək istədi. DİA.AZ xəbər verir ki, faktinfo.az saytına təkrar müraciət edən Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdirinə müraciət edərək qeyd edir ki, o Sumqayıt Dövlət Universitetindən Azərbaycan Texniki Universitetinin Menecment fakültəsinə köçürülüb. Orada 1 il oxuduqdan sonra AzTU rəhbərliyinin qərarına əsasən, Nəqliyyat və Logistika fakültəsinə köçürülüb. Üç il Nəqliyyat və Logistika fakültəsində ödənişli əsaslarla (5200 AZN) oxuyub. AzTU-nu 2021-ci ildə bitirib. Bütün məzunların diplomu verilməsinə baxmayaraq o, Təhsil Nazirliyi ilə AzTU arasında qalaraq, diplomunu ala bilmir.
Şikayətçi məzun Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevanın diqqətinə çatdıraraq onu da bildirir: "Universitet rəhbərliyi Nəqliyyat və Logistika fakültəsinə köçürüldüyüm zaman Təhsil Nazirliyinə göndərilən məktubda bir çox tələbənin adının siyahıda olduğunu, mənim adımın isə texniki səhv olaraq, qeyd edilmədiyini əsas götürərək, diplomumun verilməsini mümkünsüz hesab edir."
Pərviz Davudov onu da bildirir ki, AzTU tərəfindən Təhsil Nazirliyinə ünvanlanan məktuba cavab da gəlib. Məktubda deyilir: "Davudov Pərviz Rahim oğluna diplom verilməsi uyğun deyildir."
Sonda Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdirinə üz tutaraq bildirir: "Mən məntiqsizliklə qarşılaşmışam. Mənə diplom vermək istəməyən Təhsil Nazirliyi rəsmlərinin və Azərbaycan Texniki Universitetinin hazırkı rəhbərliyinin fikirlərində məntiqə zidd ifadələr var, buradakı anlaşılmazlığı aradan qaldırmaq istəmirlər. Sual olunar, baş vermiş texniki səhvi mənmi etmişəm ki, şəxsimə diplom verilmir? Və yaxud, mənim fakültədən-fakültəyə keçirilməyimdə uyğunsuzluq var idisə, nədən köçürülmüşəm?
Digər tərəfdən isə hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən mənə diplom verilməsi məqsədə uyğun hesab edilmirsə, niyə bu uyğunsuzluğa rəvac verənlər cəzalandırılmayıb? Demək ki, kimlərsə cəzalandırılmayıbsa, necə mənə diplom verilməsi uyğun hesab edilməyə bilər? Mən öz yanımdan Menecment fakültəsindən gedib, Nəqliyyat və Logistika fakültəsində 3 il parta arxasında necə oturmuşam ki, bundan o zamankı rektor əvəzi Xalıq Yahudovun, Tədris Hissə şöbəsinin müdiri Zakay Şayevin xəbəri olmayıb?
İndi məntiq kimin tərəfindədir, mənim, yoxsa "Davudov Pərviz Rahim oğluna diplom verilməsi uyğun deyildir. "- yazan Təhsil Nazirliyinin. Görəsən, Təhsil Nazirliyi rəsmisi Azərbaycan Texniki Universitetinin məktubuna cavab ünvanlayarkən, qismən də olsa düşünə bilmədimi ki, hansı məntiqə əsaslanaraq belə yazıram. Yəni, bir tələbənin İLLƏRİNİN üzərindən xətt çəkmək bu qədər asandır?!
Faktinfo.az onu da bildirir ki, sonda Pərviz Davudov Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevanın baş vermiş bu yanlışlığın aradan qaldırılmasında ona köməklik göstərməsini istəyir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|