Əsabil Qasımov milyonları hansı yolla əldə edib?
Tarix: 30-12-2013, 11:30 | Çap et
Vaxtilə tramvaya verəcəyi 3 qəpiyə qənaət edən Əsabil Qasımov, milyonlara necə sahib olub? DİA.AZ: - DİA.AZ bildirir ki, infom.az-ın araşdırma qrupu seçici-deputat münasibətlərini öyrənməkdə davam edir. Bu dəfə haqqında söhbət açacağımız şəxs 79 saylı İmişli seçki dairəsindən parlamentə vəsiqə qazanan Əsabil Qasımovdur
Yerli sakinlərin söylədiyinə görə, onlar hələ ki deputatlarının indiyə qədər parlamentdə çıxışını, ya hansısa məsələ ətrafında müzakirəyə qoşulmağını eşitməyib. Bəzən seçicilər düşünür ki, görəsən iş adamının mandata nə ehtiyacı olub? Mandat Əsabil Qasımova heç də ucuz başa gəlməyib. 2010-cu ilin parlament seçkilərinə start verilən vaxt “Yeni Müsavat” iddia edirdi ki, bu məbləğ 3 milyon manat həddində olub. Onun qələbəsinin təmin edilməsi üçün sabiq deputat, müsavatçı İltizam Əkbərlinin namizədliyinin müdafiəsi üçün verilmiş seçici imzaları etibarsız hesab edilib. Hələ seçkiyə qədər olan illər ərzində un dəyirmanı bir çox obyektlər “üyüdüb”. Onlardan biri də Ə. Qasımovun doğulduğu Qaralar kəndində tikilən möhtəşəm məktəb binasıdır. Yerlli icra hakimiyyəti və təhsil şöbəsinin ilkin hesabatlarında binanın, iş adamının öz vəsaiti ilə inşa olunmağı qeyd edilib. Sonradan obyekt məlum mərkəzin adına çıxılıb. Əsabil bəyin bir elə dərin siyasi savadı, dünyagörüşü yoxdur. Bütün rəsmi açıqlamalarla ziddiyyət təşkil etsə də, hər bir məclisdə, hətta möhtəşəm yığıncaqlarda bəyan edir ki, həmin məktəbi öz puluyla tikib, üstəlik İmişli şəhərindəki 5 saylı orta məktəb də onu vəsaiti ilə yenidən qurulub. Seçiləndən dərhal sonra ölkədə un bahalaşdı və yerli əhali arasında söz-söhbət gəzdi ki, bəs o cənab mandata qoyduğu mayanı çıxarır. Dərhal Əsabil bəy jest etdi: iri tutumlu, içərisi un və un məmulatları ilə dolu yük maşınlarını İmişliyə göndərib, əhaliyə pulsuz paylatdırdı. Gənc yaşlarında Bakıda fəhlə işləyərkən tramvaya verəcəyi 3 qəpiyə qənaət etmək üçün neçə kilometr yolu piyada əlinə alıb gedən Əsabil bəyin, milyonçu olmağının sirrini çox az adam bilir. İndi onun biznesi barədə soraqlar yaxın-uzaq xaricdən də gəlir. Bir ara KİV-də belə məlumat yayıldı ki, Gürcüstan hökuməti vergidən yayınan şirkət sahibinin Azərbaycan parlamentində təmsil olunduğunu öyrənərək, onunla bağlı ölkəmizə rəsmi müraciət edib. Parlamentdə gözə dəyməsə də, Əsabil Qasımov İmişlidəki rəsmi tədbirlərin əksəriyyətində iştirak, hətta çıxış da edir. Belə vaxtda rəsmilər narahat olur ki, birdən adam “cazaylayıb” ağzından başqa söz çıxarar. Necə ki, deyir: “Ölkədə unun qiymətini yerində mən saxlamışam, yoxsa çoxdan qalxardı”. Elə bil mandatı acığa alıb qoyub cibinə ki, desin: “Üstümü unlu görüb düşünməyin dəyirmançıyam.” Mili Məclis qanun qəbulu ilə məşğul olduğundan, belə “mənasız” işə ayrılan vaxta Əsabil bəyin heyfi gəlir. Bir də axı orada oturub nə edəsidi- danışmağa sözü, verməyə təklifi yox. Buna görə parlamentdəki düyməsini qonşularına həvalə edib, “Karatholding”in haqq-hesabını aparır. Əsil söz dəyirmandakıdı...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
• "Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38 |
|
|
|
• İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31 |
|
|
|
• Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27 |
|
|
|
• Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54 |
|
|
|
• Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51 |
|
|
|
• Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13 |
|
|
|
• İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11 |
|
|
|
• "Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07 |
|
|
|
• Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05 |
|
|
|
• İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01 |
|
|
|
• "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37 |
|
|
|
• Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34 |
|
|
|
• "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32 |
|
|
|
• Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22 |
|
|
|
• Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14 |
|
|
|
• Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08 |
|
|
|
• Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59 |
|
|
|
• Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53 |
|
|
|
• FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47 |
|
|
|
• Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31 |
|
|
|
• Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Dünən, 12:27 |
|
|
|
• Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Dünən, 12:16 |
|
|
|
• Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Dünən, 12:15 |
|
|
|
• “GL Group”da yeni təyinat - FOTO
Dünən, 12:14 |
|
|
|
• “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 12:12 |
|
|
|
• Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Dünən, 12:11 |
|
|
|
• Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Dünən, 12:05 |
|
|
|
• Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Dünən, 12:03 |
|
|
|
• Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:02 |
|
|
|
• ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Dünən, 11:57 |
|
|
|
• Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Dünən, 11:51 |
|
|
|
• Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Dünən, 11:44 |
|
|
|
• Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Dünən, 11:33 |
|
|
|
• “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Dünən, 11:28 |
|
|
|
• “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Dünən, 11:20 |
|
|
|
• “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 11:14 |
|
|
|
• İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Dünən, 11:12 |
|
|
|
• Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
|