Bakıda yaşayan ermənilərlə bağlı şok faktlar – Onların yeri çox rahatdır, hətta vəzifədə olanları da var - ARAŞDIRMA
Tarix: 14-02-2014, 11:31 | Çap et
 DİA.AZ: - Məlum olduğu kimi, Bir azərbaycanlı ailəsi düşmən Ermənistan tərəfinə keçərək guya Azərbaycanda əzildiyini iddia etmişdi. Səbəb isə həmin gədənin evləndiyi qadının erməni kökənli olması imiş. Təbii ki, onun bu iddialarına nə Bakıda inandılar, nə də elə Ermənistanda. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycanda yaşayan ermənilərə güldən ağır söz deyən yoxdur. Onlar nəinki rahat həyatlarını yaşayırlar, hətta vəzifə başına da gələ bilirlər ki, bunun da zaman-zaman sübutlarını görmüşük.
O ki qaldı İrəvandan sığınacaq istəyən gədənin iddialarına, burada ümumiyyətlə hansısa məntiqdən söhbət belə gedə bilməz. Adam Ermənistan kəşfiyyatına müraciət edir ki, bəs arvadı erməni olduğuna görə, Bakıda xüsusi xidmət orqanları onu incidir. O zaman adamdan qayıdıb soruşarlar ki, arvadın özünü niyə incitmirlər? O ki birbaşa olaraq ermənidir...
Təbii ki, bütün bunlar cəfəngiyyatdır. Fakt isə faktlığında qalır. Azərbaycanda bu gün də ermənilər rahat yaşaya bilirlər. Nəinki yaşayır, hətta qayıdıb Bakıdakı evlərini məhkəmə yolu ilə geri də ala bilirlər. Bəlkə də Qarabağ probleminin həlli maraqları naminə rəsmi Bakının bu tolerantlığı məqsədəuyğundur, amma cəmiyyətimiz ermənilərə bu qədər geniş meydan verilməsindən çox narahatdır.
Bəs gerçəkdən də erməni olan azərbaycan vətəndaşlarının durumu necədir? Onlar nədən Azərbaycandan köç etmirlər. Çünki rəsmi statistika da təsdiqləyir ki, hal-hazırda ölkəmizdə Qarabağdakı erməniləri çıxmaq şərtilə 30 minə yaxın erməni yaşayır. Hətta onlardan bəzilərinin məmur və deputat olduğu da bildirilir. Bu barədə bir zamanlar Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da həyəcan təbili çalmışdı. Başqa ictimai-siyasi xadimlərin dilindən də bu məsələ dəfələrlə ictimailəşib.
Odur ki, hal-hazırda Bakıda yaşayan ermənilərlə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və çox maraqlı faktları aşkara çıxardıq. DİA.AZ-ın apardığı araşdırmalardan məlum oldu ki, ermənilər Bakının əsasən Səbael rayonunda məskunlaşıblar. Onların sayları kifayət qədərdir. Amma əksəriyyəti azərbaycanlı kimliyi ilə yaşayırlar. Yəni necə ki, Azərbaycandan qaçaq düşən vətəndaşlarımız Avropaya erməni kimliyi ilə sığınırlar, Azərbaycan erməniləri də Bakıda azərbaycanlı kimi qeydiyyatdadırlar. Lakin onların öz soyadlarını qoruyanları da var.
Bayıl qəsəbəsində yaşayan bir erməni qadınla bu barədə söhbətimiz də oldu. Adının çəkilməməsi şərtilə (bunu təhlükəsizlik baxımından etdiyini söylədi və biz də razılaşdıq -red.) DİA.AZ-a danışan erməni qadın bildirdi ki, 1988-ci il olayları zamanı onun Bakıdakı qohumları Azərbaycanı tərk etsələr də, o gemək istəmədi: В«Hara gedəydim. Ərim azərbaycanlıdır və burada çoxlu qohumlarım var. Həm də özümü erməni kimi hiss etmirəm. Hətta erməni dilini də unutmuşam. 3 oğlum, 2 qızım var. Hamısının da ailələri. Hamısı da azərbaycanlılarla ailə qurub. Nəvələrim var. Qonşularım da erməni olduğumu bilir, amma mənə düşmən kimi baxmırlar. Dəfələrlə Şəhidlər Xiyabanına ziyarətə də getmişəm. Allah bizi düşmən edənlərə lənət eləsinВ».
Erməni qadın daha sonra bildirdi ki, düşmənçiliyin ilk vaxtlarında ərinin qohumları tərəfindən gizlədilib: В«Lakin sonradan vəziyyət dəyişdi. Gördüm ki, qonşular, tanışlar mənə düşmən kimi baxmır və geriyə, evimə qayıtdım. İndi hətta küçədə də sərbəst, təkbaşına gedib-gəlirəm. Amma inanmıram ki, bir azərbaycanlı İrəvanın küçələrində mənim kimi rahat gəzə bilsinВ».
Onu da bildirək ki, köçürülməsi barədə məlumatlar yayılan Yasamal qəbirstanlığı ilə bağlı da redaksiyamıza ilginc məlumatlar daxil olub. Sözügedən qəbirstanlıqda gül alveri ilə məşğul olan satıcılardan biri bildirdi ki, həmin qəbirstanlıqda çoxlu sayda erməni qəbirləri var və həmin qəbirlər az qala hər gün ziyarət olunur:
В«Biz gecələr məhz onlara görə alver edirik. Bakıda yaşayan erməilər gecələr öz qəbilərini ziyarət edirlər. Biz də onlara gül satırıqВ».
Gül satıcısı erməni qəbirlərini ziyarət etməyə gələnlərin arasında kifayət qədər imkanlı şəxslərin də olduğunu bildirdi: В«Hətta bir dəfə dövlət seriyası ilə bir maşın da gəlmişdi. Təxminən 50-60 yaşlarında olan bir kişi idi. Mənə bir dəstə gülə görə 100 manat verdi. Sonra da izləyib gördüm ki, erməni qəbrinə həmin gülləri qoyduВ».
Təbii ki, biz həmin şəxsin kimliyini öyrənə bilmədik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04 |
|
|
|
|