Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                 

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar... - Heç dammır da ki göl olsun...
Tarix: 14-08-2015, 10:27 | Çap et
Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...
Birbaşa mətləbə keçib, Göyçay rayonu Hüngütlü kəndinin içməli su təchizatında yaradılmış süni problemdən söz açacağam. Məsələ bundadır ki, rayon mərkəzinin lap qulağının dibində yerləşən bu kəndə içməli su xətti hələ 1970-ci illərdə çəkilib, özü də birbaşa evlərə. O vaxtdan da bu günədək təsadüfi hallar istisna olunmaqla fasiləsiz su verilib. Amma təxminən bir il əvvəl hardansa axan qara buludlar Hüngütlünün başının üstünü alır.
Məlum olur ki, Kənd İnvestisiya Layihəsi çərçivəsində təxminən 40 ildir camaatı su ilə təmin edən boru xətti yenisi ilə əvəz ediləcək. Nəticədə isə köhnəlib-paslamış borulardan su sızıntısının qarşısı alınacaq.
Müxtəlif söyləntilərə əsasən, su xəttinin yenilənməsi məqsədilə 40 min manatdan artıq vəsait də aylırıb. Amma qəribədir, işin icrasına hələ başlamamış kimlərsə tərəfindən səlahiyyət almış bir-iki kənd sakini ev-ev gəzərək 20 manatdan pul toplayıb. Pul yığılarkən isə belə əsas gətiriblər ki, qanuni olan bu yolla layihəyənin icrasına dəstək vermək istəyirlər. Xülasə, camaata vəd verilir ki, ən qısa vaxtda kəndin bütün evlərinə keçmişdə çəkilən su xətləri dəyişdiriləcək və bununla da problem kökündən çözüləcək.
Xatırlayıram, Novruz bayramında kəndin girişindən çıxışınadək - mərkəzi küçə boyunca yeni xəttin çəkildiyini görmüşdüm. O vaxt yerlilər mənə demişdilər ki, təxminən dörd min metr uzunluğunda, el arasında "şlank" deyilən plastik kəmər çəkilib. "Şlank" kəndin girişində 100 mm, çıxışında isə 25 mm diametrindədir. Yeri gəlmişkən, camaat belə kiçik diametrli boru ilə bütün evlərə normal təzyiqli suyun veriləcəyinə şübhələrini gizlətmirdir. Amma icraçılar da əsas gətirirdilər ki, əksinə, bu halda təzyiq güclü olacaq və sair… Qısası, gözdağı olan "şlank"lar bu yay 45-50 dərəcə istidə yanan insanların odunu söndürmədi. Camaat da bir neçə dəfə Rayon İcra Hakimiyyətində şikayətdə olub, hətta məsul şəxslər tərəfindən qəbul ediliblər, hər dəfə də söz verilib ki, narahat olmayın, su veriləcək…
…Deyir, sən saydığını say, gör fələk nə sayır. Sirrin üstü indi açılır. Sən demə Kənd İnvestisiya Layihəsi çərçivəsində çəkilən içməli su xətti evlərə deyil, kəndarası küçə üçün nəzərdə tutulubmuş. Özü də təxminən hər 500 metrdən bir 3 yerdə krant (yerli icra nümayəndəliyi və su idarəsi bunu bulaq adlandırır - V.T.) qoyulub. Yəni 35 il ərzində suyu evinin mətbəxində qəbul edən sakinlər bir vedrə su üçün sözügedən bulaqlara qədər yarım kilometr yol getməlidir.

Qorxmaz Hüseynovun adamları Göyçay sakinlərinin qəsdinə durublar...

Yeri gəlmişkən, suyun evlərə deyil, yalnız kəndarası uzanan şlanklara verilməsi xəbərini əsas icraçı - Kənd İnvestisiya Layihəsinin mətbuat xidmətindən də təsdiqlədilər. Dedilər ki, kənddə bir neçə yüz ev var, onların hamısına ayrı-ayrılıqda xətt çəkməyə maddi imkanları yetmir. Yəni Dünya Bankı tərəfindən ayrılan vəsaitdən xərcləyərək bu layihəni həyata keçiriblər. Buna baxmayaraq, o da vurğulandı ki, xəttin tikintisi başa çatdıqdan sonra rəsmi surətdə yerli bələdiyyəyə təhvil verilir. Bələdiyyə isə artıq həmin boru xəttindən evlərə suyun paylanmasını təmin etməlidir.
Bu yerdə onu da vurğulayım ki, yeni kəmərin tikintisi zamanı müxtəlif diametrli şlanklardan istifadə edilməsi faktı layihə rəsmisini təəccübləndirdi. O, tikintinin plastik borularla aparılmalı olduğunu dedi. Nə edək, fakt faktlığında qalır, babalı günahkarın boynuna…
Camaat günahın böyük qismini bölgənin içməli su ilə təminatına cavabdeh olan su idarəsində görürdü. Mən də mərkəzi Ucar şəhərində yerləşən idarəyə telefon açıb rəis müavini Elvin İbrahimovla qısa söhbət elədim. Müsahibim dedi ki, Hüngütlü kəndinə içməli su xətti 1979-cu ildə çəkildiyi üçün artıq çürüyüb, istifadəyə yararsız hala düşüb. Ona görə də şəbəkənin yenilənməsinə ehtiyac vardı. Buna baxmayaraq, o, xəttin çəkilişində iştirak etmədiklərini də əlavə etdi.
Elvin İbrahimov onu da dedi ki, təmsil etdikləri idarə böyük işlər görməkdədir. Hazırda Ucar şəhərinin içməli su şəbəkəsinin yenilənməsi ilə məşğuldurlar. Eləcə də Göyçayın 4 kəndində eyni prosesi başa çatdırmalıdırlar. Yəqin ki, bu proses çərçivəsində Hüngütlü kəndinin sakinlərinin də suya həsrəti sona çatar.
Göyçay Rayon İcra Hakimiyyətindən də qeyri-müəyyən cavab aldım. İcra Hakimiyyətinin sözçüsü Arif Yusubov bildirdi ki, "Kreml birdən-birə tikilməyib, Hüngütlünün problemləri də nə vaxtsa həllini tapacaq". Dedi ki, yeni başçı təyin olunan gündən bəri az müddətdə yığılıb-qalmış xeyli problemi aradan qaldırmağa çalışır.
Sual verdim ki, bir ildən artıqdır Hüngütlünün içməli su şəbəkəsi sıradan çıxarılıb, yeni kəmər çəkilir deyib, köhnənin də fatihəsini verdilər. Camaatdan pul da yığıldı, amma necə deyərlər, it də getdi, ip də. İcra Hakimiyyətinin rəsmisinə "35 il ərzində camaatın həyətinə, hətta mətbəxinin krantına gələn suyu kəsiblər, üstəlik hər evdən 20 manat da yığıblar ki, daha təzyiqli su veriləcək yenilənəcək borulara. Amma neçə vaxtdır insanlar su üzünə həsrət qalıblar" deyəndə, maraqlı cavab eşitdim. Bildirdi ki, "Biz altı aydır işləyirik, kimsə xətt çəkib və ya pul yığıb, bunu bizə niyə deyirsiniz?". Cavab verdim ki, "Kənd də, sakinlər də Göyçaya məxsusdur və bu rayona da məhz İcra Hakimiyyəti nəzarət edir. Bəyəm sizdən əvvəl yaranan problemlər tarixə qovuşmalıdır?". Nə isə, A.Yusubov söhbəti tamamlamaq üçün dedi ki, problem mütləq həll olunacaq. Amma nə vaxt, bunu deyə bilmədi. Yazımız çapa hazırlanarkən "Azərsu" ASC-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Buradan da Hüngütlü kəndini içməli su problemi ilə üz-üzə qoyanların cavabını təkrarladılar: "Yaxın vaxtlarda kənddəki bütün abonentlərə mərkəzi xətdən suya çıxış veriləcək və hər bir ev sayğacla təmin olunacaq".
"Azərsu" ASC-nin nəzərinə çatdıraq ki, bir neçə il əvvəl kəndin bütün abonentləri sayğacla təmin olunub, amma qısa vaxtdan sonra su idarəsinin əməkdaşları həmin sayğacları söküb aparıblar…

P.S. Bildiyim qədər, o kəndə yarım kilometrdən bir bulaq qoyarlar ki, orada ümumiyyətlə əvvəllər içməli su şəbəkəsi mövcud olmayıb və bu layihə yerli camaat üçün irəliləyiş sayılar. Amma Hüngütlünün timsalında 1979-cu ildən hər bir evin həyətinə su çəkilibsə, bu kəndin bir neçə bulağa ehtiyacı vardımı? Belə çıxır ki, sakinləri evlərinə gələn suyu kəsərək uzaq məsafədən su gətirməyə məcbur ediblər. Maraqlı yanaşmadır, bu da inkişaf, irəli getməkdənsə, kimlərsə kəndin inkişafını 35 il əvvələ qaytarır, heç kim də onlara "gözün üstə qaşın var" demir…

Vüsal Tağıbəyli










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru