O, Balakənə gedir... Balakən hara gedəcək... - Onu rayonda gözləyən yoxdur...
Tarix: 7-09-2015, 08:53 | Çap et
 DİA.AZ: - Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib. Bu isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin “vurulması” kimi dəyərləndirilib. Baş verənlərlə bağlı sabiq icra başçısı Nəsib Məhəməliyevin fikirlərini öyrənmək məqsədilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev onunla telefon( 05021153..) əlaqəsi yaradıb. Qısa müsahibə zamanı Nəsib Məhəməliyev olduqca ilginc açıqlamalarla çıxış edərək, ölkə gündəminə yeni mövzular verə biləcək ifadələr səsləndirib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq: - Salam, Nəsib müəllim. Sizi “Unikal” qəzetindən narahat edirik. İstərdik ki, oxucularımızı maraqlandıran bir neçə sualı cavablandırasınız... - Buyurun. - Nəsib müəllim, cənab Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi? - Bəli, gözləyirdim. - Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir... -Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi. - Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz? - Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə YAP- in namiziədi kimi qatilmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb - Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz? - Burada heç bir sirr yoxdur, namizədliyimi Balakən rayonundan irəli sürməyi düşünürəm. Sonda xatırladaq ki, Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
DİA.AZ bildirir ki, bu arada keçmiş başçının məlum qərarının etirazla qarşılandığı da aydın olur. Belə ki, Balakən ictimaiyyəti və ziyalılarından ibarət onlarla şəxs tərəfindən cumhuriyyət.az -ın elektron poçtuna müraciət daxil olub. Müraciəti olduğu kimi dəyərli oxucuların diqqətinə təqdim edirik:
“Hörmətli redaksiya. Bizlər rayon ictimaiyyəti, ziyalıları adından müraciət səsləndirərək istəyirik ki, bu müraciətimizi bütün KİV nümayəndələri öz qəzet, sayt və portallarında daha geniş şəkildə ictimailəşdirsin. Biz Balakən ziyalıları və ictimaiyyəti cənab prezident İlham Əliyevin Nəsib Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısı vəzifəsindən azad edilməsini alqışlayır və cənab prezidentin bu sərəncamını vaxtında və dəqiq verilmiş hesab edirik. Bizlər eyni zamanda cənab prezidentə bu qərara görə dərin təşəkkürümüzü bildiririk.
Bizlər qeyd etmək istəyirik ki, sabiq başçı Nəsib Məhəməliyev mətbuata məlumat ötürərək, özünün 109 saylı seçki dairəsindən millət vəkilliyinə namizəd olacağını elan etmişdir. Qeyd etmək istəyirik ki, Balakən rayonunda hətta YAP üzvləri də öz siyahılarında siyasi və mənəvi nüfuzunu itirmiş bir şəxsin namizədliyinə etiraz edirlər, eyni zamanda belə qərar olacağı halda onu müdafiə etməyəcəklərini bildirirlər.
Cənab prezident, əgər Nəsib Məhəməliyev Balakən rayonundan öz namizədliyini sərbəst şəkildə irəli sürərsə, təbliğat kampaniyasında balakənlilər tərəfindən baykot ediləcəkdir. Sonda bizlər bütün ölkə KİV-lərinin nümayəndələrindən xahiş edirik ki, balakənlilərin bu müraciətini dərc edəsiniz. Qoy hamı, bütün ölkə Balakən reallığının nədən ibarət olduğunu bilsin”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
|