Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT
Tarix: 7-05-2013, 10:48 | Çap et
MİLYARDER VAQİF MƏMİŞOVUN TƏLAŞI HAQDA YENİ FAKT
NƏDƏN SÖYÜN SADIXOVA QARŞI GEDİR?

Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovun Söyün Sadıqova qarşı çıxan dünənki bəyanatının ortaya çıxmasına səbəb olan yazı aydın olub.

Xatırladaq ki, milyarder Vaqif Məmişov sözügedən bəyanatında Söyün Sadıqova qarşı sərt şəkildə çıxmaqla yanaşı, həm də media orqanlarında həmyerlisi olan Söyün Sadıqovla işbirliyində olmasını təkzib etməyə çalışıb. V.Məmişovun birdən-birə, özü də təlaşla Söyün Sadıqov mövzusuna toxunması isə başqa bir maraq yaradıb. Məmişovun son bəyanatında nə qədər səmimi olduğunu deyə bilmərik. Amma onun belə bir bəyanatla çıxış etməsi və Söyün Sadıqova qarşı çıxmasının səbəbi aydınlaşıb. Mia.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, Məmişovun təlaşlı bəyanatına rəvac verən hadisə В«ReytinqВ» qəzetinin 05 may 2013-cü il tarixli sayında dərc olunan В«Milyarderlər nəzarətə götürülübВ» başlıqlı, В«İqtidar Abbas Abbasov, Vaqif Məmişov, Ziya Abbasov və onların yaxın ətrafına qarşı müxtəlif üsullardan istifadə edirВ» yarımbaşlıqlı yazı olub.

DİA.AZ maraqlı olacağını nəzərə alaraq, "Reytinq"dəki həmin yazını olduğu kimi təqdim edir:

Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov Gürcüstanda azərbaycanlı gənclərdən ibarət hərəkat yaratmasının təsdiqlənməsindən sonra ortaya yeni məqamlar çıxıb. Belə ki, artıq Azərbaycanın hakimiyyət dairələri ilə Saakaşvili və onun tərəfdarlarının Söyün Sadıqovun simasında В«Milyarderlər İttifaqıВ» deyilən bir quruma qarşı aqreesiv münasibətlərinin gizli səbəbi aydınlaşır.

Xatırladaq ki, S.Sadıqov Gürcüstanda gənclər hərəkatının hazırda təşkilatlanma ərəfəsində olduğunu bildirərək, onlara açıq dəstək verdiklərini bəyan edib. O, hərəkatın təsis konfransı mayın 7-də Tiflisdə olacağını, özünün də həmin tədbirdə iştirak edəcəyini bildirib: “Azərbaycanlılar Gürcüstanın köklü xalqlarındandır. Konstitusiyaya görə onlar ölkənin qalan vətəndaşları kimi bütün hüquq və öhdəliklərə malikdir. Ona görə də azərbaycanlıların çoxmillətli Gürcüstan cəmiyyətinə inteqrasiyası, fəallaşması üçün gənclər hərəkatına ehtiyac var. Azərbaycanlılar seçkidə fəal iştirak etməli, seçilməlidir. Layiqli təhsil almalı, bütün hakimiyyət qollarında təmsil olunmalıdır. Bizim təşəbbüsümüz tamamilə şəffafdır və qanunlara uyğundur”.

Söyün Sadıqov istər Gürcüstan, istərsə də Azərbaycanda böyük maraq yaradan planlarından da danışıb. O, Gürcüstandakı hərəkatın maliyyələşdirilməsi ilə bağlı Gürcüstandan olan və Rusiyada yaşayan bir neçə azərbaycanlı iş adamına müraciət etdiyini və müsbət cavab aldığını gizlətməyib: “Mənim tövsiyəm əsasında artıq bir neçə rusiyalı sahibkar - Gürcüstan əsilli azərbaycanlılar hərəkata kömək edir, onun fəaliyyətini maliyyələşdirir. Gələcəkdə maliyyə yardımı və dəstək daha da artacaq”.

S.Sadıqovun bu açıqlama təkcə Gürcüstanda deyil, həm də Azərbaycanın siyasi elitasında da böyük narahatlıq yaradıb. В«ReytinqВ»ə daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti də Söyün Sadıqovun üzvü olduğu В«Milyarderlər İttifaqıВ»nın müxalifləri maliyyələşdirmək niyyətindən xəbərdardır: В«Daha doğrusu, Azərbaycan iqtidarı milyarderlərin Rusiyanın müəyyən qüvvələrinin təhriki ilə hər an belə bir addım atacağını proqnozlaşdırırlar. Qarşıdan prezident seçkiləri gəldiyindən hakimiyyət rəqiblərinə böyük maliyyə axının olmasından isə əlbəttə, narahat olmaya bilməz. Onun üçün də milyarderlərdən, xüsusiylə Gürcüstan əsilli iş adamlarından kimlərin belə bir təşəbbüsdə ola biləcəyini indidən müəyyənləşdirmək istəyirlərВ».

Məlumata görə, Söyün Sadıqov açıq oyun oynadığından daha çox gizli В«oyunçuВ»ların üzərinə diqqət yönəlib: В«Hakimiyyət heç də Söyün Sadıqovadan həm əlaqə, həm də maliyyə baxımından zəif olmayan iş adamları və onların yaxınlarını da nəzarətə götürməyi planlayıb. Azərbaycan hakimiyyəti əsasən Gürcüstan və Gəncə əsilli iş adamlarının fəaliyyət trayektoriyasını izləyirlər. Bu sırada Söyün Sadıqovdan savayı, baş nazirin keçmiş müavini Abbas Abbasov, Rusiyada yaşayan Gürcüstan əsilli azərbaycanlı iş adamları Vaqif Məmişovla Ziya Abbasov da diqqət mərkəzində saxlanılırВ».

Abbas Abbasov və onun Gəncəbasar bölgəsindən olan yaxınlarının da hər an hakimiyyətə alternativ qüvvələrə dəstək verə biləcəyini iddia edən mənbəmizin sözlərinə görə, hazırda baş nazirin keçmiş müavininə yaxın olan Azərbaycanda və Rusiyada yaşayan məmurlarla bərabər, iş adamlarının hərəkətləri diqqətlə izlənilir: В«Hakimiyyət mənsubları eyni zamanda Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovla Rusiyadakı В«RapiraВ» və digər bir neçə zavodun sahibi Ziya Abbasovu da diqqətdən kənarda qoymur. Hesab olunur ki, onlar Söyün Sadıqovun planlarına gizli şəkildə dəstək verirlər. Adıçəkilən iş adamları Rusiyada böyük nüfuz və kapitala sahib olsalar da, həmişə siyasi məsələlərdə arxa planda olmağı sevirlər. Amma bu o demək deyil ki, həmin milyarderlər Azərbaycan və ya Gürcüstandakı proseslərə laqeyd qalıblar. Zaman-zaman hər iki iş adamı hər iki ölkədə öz iradələrini nümayiş etdiriblər. Doğrudur, onlar Saakaşvili hakimiyyəti dövründə Gürcüstana təsir göstərmək imkanlarını ciddi ölçüdə itiriblər. Güman ki, bu səbəbdən də yeni hərəkata səxavətlə dəstək verirlər. Amma Azərbaycanda son 2 ilə ilə qədər həm Vaqif Məmişov, həm də Ziya Abbasov güclü təsir etmək güclərini saxlayıblar. Son iki ildən etibarən isə onların bizim ölkədəki dayaqlarının zəiflədilməsinə də start verilib. Məsələn, Ziya Abbasovun Sabirabadın icra başçısı işləyən qardaşı Heydər Abbasov vəzifədən vuruldu, eyni zamanda, onun bir çox qohumlarına В«diplomatikВ» formada təzyiqlər oldu. Vaqif Məmişova isə az öncəyə qədər Sankt-Peterburqdakı konsulumuz olan Qüdsü Osmanovla (hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun müavinidir - mia.az) qarşıdurmada yeri göstərildi. Həmin müddətdən bəri Azərbaycana əvvəlki kimi şəxsi təyyarəsi ilə gəlməkdən də məhrum edilən Vaqif Məmişovun Rusiyanın siyasi elitası ilə sıcaq əlaqəsi olmasına rəğmən, üzləşdiyi problemlərə təsadüfi sayılmamalıdırВ».

Məlumatlı şəxs son aylar Gürcüstanlı soydaşlarımıza ögey münasibətin kökündə də adıçəkilən milyarderlərin şəxsi maraqlarının rolunun olmasını istisna etmirlər: В«Bilirsiniz ki, son aylar Gürcüstanlı soydaşlarımıza qarşı digər əcnəbilərə qarşı tətbiq edilən ən sərt miqrasiya tədbirlərinə əl atılır. Soydaşlarımıza illər əvvəl olduğu kimi ən xırda məsələdə belə güzəşt edilmir. Üstəlik, bir qədər fəal olan soydaşlarımıza qarşı digər repressiv addımlar da atılırВ».

***

Bu isə Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin sədri, iş adamı Vaqif Məmişov 06 may 2013-cü ildə Modern.az saytına göndərdiyi müraciətidir. O, son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələrində onun haqqında yayılan məlumatlardan narahatlıq ifadə edib və Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovla birgə olmadığını bəyan edib. V.Məmişov bildirib:

В«Azərbaycan mediasında Söyün Sadıqovun Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılması ilə bağlı guya tərəfimdən hərəkata köməklik göstərilməsi və fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaranmasına xidmət edən informasiyalar dərc edilib.

Azərbaycanlıların Sankt-Peterburqdakı Milli-Mədəni Muxtariyyətinin bütün üzvləri cəfəng dolu həmin yazılarda əks olunanları və Söyün Sadıqovun son dövrlərdə nəinki bu istiqamətdə atdığı addımları, bütövlükdə azərbaycanlılara və müstəqil Azərbaycan Respublikasına, onun dövlətçiliyinə qarşı məntiqsiz, arqumentsiz açıqlamalarını qətiyyətlə pisləyir. Gürcüstan azərbaycanlılarının adından danışmağa mənəvi haqqı olmayan Söyün Sadıqov doğulduğu rayonda, bölgədə maddi cəhətdən qayğıya ehtiyacı olan insanlara köməklik etmək əvəzinə öz məkrli niyyətlərinə, ambisiyalarına çatmaq üçün bu gün onları siyasi avantüralara sürükləməyə cəhd edir.

Söyün Sadıqov dərk etməlidir ki, Gürcüstanda yaşayan azərbaycanlılar həmin dövlətin vətəndaşları olaraq ölkədə həyata keçirilən islahatlarda fəal iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının irəliyə doğru atdığı hər bir addımının, qazandığı nailiyyətlərinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız kimi onları da ruhlandırır, müstəqil dövlətimizə inamlarını, milli hisslərini və gələcəyə ümidlərini artırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasəti daim dəstəkləyən və mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini Sankt Peterburqun ən möhtəşəm sarayında təntənə ilə qeyd etməyə hazırlaşan biz azərbaycanlılar bundan sonra da prezidentimizin ətrafınızda sıx birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün imkan və bacarıqlarımızı səfərbər edəcəyikВ».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru