Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                 

HAKİMİYYƏTİN "AXİLLES DABANI"...
Tarix: 20-05-2013, 11:34 | Çap et
HAKİMİYYƏTİN "AXİLLES DABANI"...
İQTİDAR CİNAHI TƏHLÜKƏNİ HARDAN GÖZLƏMƏLİDİR

3-cü yazı

Azərbaycan müxalifətinin tək başarısı 1993-cü ildən 2005-ci ilə qədər hakimiyyətə geri dönmək üçün ümidlərini öldürməmək olub. Bu ümidlər işartı şəklində yaşasa da, 2003 və 2005-ci illərdə "məxməri inqilab" küləkləri və ölkədə yaranmış qeyri-müəyyən vəziyyət müxalifət üçün doğurdan da, hansısa şanslar yarada bilirdi. Lakin 2003-cü ilin böyük uğursuzluğu və liderlərin cəsarətsizliyi müxalifəti çıxılmaz vəziyyətə saldı. Bu, əslində, 1993-cü ildə birillik hakimiyyətini itirən müxalifətin ikinci fəlakəti idi...

2005-ci ilin В«narıncı həraktıВ» isə sabun köpüyü kimi partladı və parment seçkilərinin səhərisi günü icazəli mitinqin dağıdılmasından bir gün sonra В«narıncıВ» olan hər şey yoxa çıxdı. Bu müxalifətin nə qədər ardıcıl və prinspial ola bilmədiyinin göstərisi idi. 2005-ci il məğlubiyyəti, əslində, müxalifətin özünün strategiya və taktikasının olmadığını, ideoloji prinsiplərə sahib çıxmadığının və əsən küləklərə görə yelkən açdığının göstərisi oldu. Külək dayanan kimi müxalifətin gəmisi sakit sularda yoxa çıxdı.

2008-ci və 2010-cu ilin seçkilərindən isə danışmağa dəyməz. Həmin seçkilərdə müxalifət ona doğru əsən kiçik meh tapa bilmədiyi üçün açıq dənizə belə çıxmadı…

Azərbaycanda bir qütblü cəmiyyət yaranıb

2008-ci ilin seçkiləri bir şeyi isbat elədi: Azərbaycanda bir qütblü və alternativləri rədd edən cəmiyyət yaranıb. Bu gün də eyni vəziyyət davam etməkdədir. Azərbaycanda hakimiyyətin alternativi görünmür. Köhnə müxalifət hələ də özünü alternativ olaraq ortaya qoysa da, faktiki olaraq Azərbaycan cəmiyyəti və Azərbaycan insanının psixologiyası alternativ qəbul etmir. Bu heç də ona görə deyil ki, Azərbaycan insanı üçün mövcud rejim idealdır və YAP funksionerlərinin hər gün təkrarladığı kimi hakimiyyət qüsursuzdur. (Qüsurları hamıdan yaxşı bilən və görən də məhz onlardır). Sadəcə Azərbaycan insanı psixoloji olaraq mövcud vəziyyətə zorlanıb.

Azərbaycan hakimiyyətinin sosial bazası məhz psixoloji olaraq zora təslim olmuş insanlardan ibarətdir və bu insanlar ölkə əhalisinin 80-90 faizini təşkil edir. Bunu təyin etmək elə də çətin deyil.

Hər kəsə bəllidir ki, bu gün işi olan hər kəs məcburi şəkildə bu hakimiyyətin elektoratıdır. Bura özəl şirkətlərdə çalışanlar da aiddir. Dövlət qulluğunda çalışanlar və onların qohumları da məcburən hakimiyyətin məcburi tərəfdaşlarıdır. Yəni faktiki olaraq, ancaq tamamilə səfalət içində yaşayan insanlar öz seçimlərinə görə davranmaq imkanlarına malikdir ki, bu insanların da psixoloji durumu hakimiyyətin iradəsinə təslim olmaqdan savayı, çıxış yolu tapa bilmir.

Bu durumda müxalifətin bütün sosial bazası güclə inandıra bildiyi insanlardan ibarət olur. Bir də müxalifətin köhnə qvardiyası var ki, bu adamlar artıq çoxdan siyasəti özlərinin В«çörək yeriВ» bilirlər və çoxdan hakimiyyətə seçki yolu ilə gələ bilmək ümidlərini içlərində öldürüblər. Yəni ortada olan vəziyyət elədi ki, müxalifət heç bir halda hakimiyyətə seçki yolu ilə gəlməyi xəyal edə bilmir. Ona görə də müxalifət ancaq hardasa baş verən inqilablardan həvəslənib В«Azərbaycanda inqilab olacaqВ», - deyə özünə xəyal qurur.

Müxalifət hər şeyi birdən insanların beynində baş verəcək qopmalara və zəlzələlərə görə hesablayır və buna məcburdur. Çünki müxalifət yaxşı bilir ki, bu gün Azərbaycanda seçkiləri beynəlxalq təşkilatlar hazırlayıb həyata keçirsələr belə, Azərbaycanda ədalətli seçki keçirmək imkansızdır və müxalifətin seçkiləri qazanması mümkünsüzdür. Təkcə ona görə ki, ölkədəki bütün iş yerləri birbaşa hakimiyyətin nəzarəti altındadır. Yəni hakimiyyət işləyən və evinə çörək aparan hər kəsə açıq şəkildə: "Sizə çörəyi mən verirəmВ», - deyir.

Təbii ki, heç kim əlində olan sabit çörəyini, yəni sabit işini müxalifətin naməlum və qeyri-sabit vədlərinə qurban vermək istəmir və bu da ölkədəki vəziyyətə görə çox normal qəbul olunmalıdır. Ona görə də indiki şərtlər çərçivəsində Azərbaycanda demokratik seçki keçirmək mümkün olsa da, ədalətli seçki keçirmək mümkünsüzdür və bu üzdən müxalifət də, hakimiyyət də və hər bir Azərbaycan insanı da

Azərbaycanda seçki yolu ilə hakimiyyətin dəyişmə imkanlarına inanmır. O halda təbii ki, müxaliflər bütün ümidlərini inqilaba və xaricdən alacaqları dəstəyə bağlayırlar…

Rejim üçün təhlükə haradan gəlir?

Azərbaycan müxalifətinin indiki şərtlər altında hansısa uğura imza atması mümkün deyil. Bunu hakimiyyətin əlindəki siyasi, iqtisadi, sosial və maliyyə resursları imkansız edir. Ona görə də müxalifət üçün ən optimal yol hakimiyyəti özü-özüylə başlı-başına buraxmasıdır. Müxalifət uğur qazanmaq üçün meydanı tərk eləməli və bütün meydanı tam olaraq hakimiyyətin ixtiyarına verməlidir. Hətta müxalifətin ölkəni tərk etməsini ən doğru yol hesab etmək olar.

Öz başına qalan hakimiyyət isə təbii olaraq öz içini yeməyə və olanlara görə özlərini günahlandırmağa başlayacaqlar. Yəni məsuliyyəti bir qruplaşma digər qruplaşmanının üzərinə atmaq zorunda qalacaq.

Azərbaycan hakimiyyəti hər nə qədər monoton və monolit görünməyə çalışsa da, ortada böyük bir orkestrin olduğu şubhəsizdir. Bu orkestrdə bir neçə drijor var və bu drijrolar orkestrin rəhbərinə öz sədaqətlərini nümayiş etdirmək üçün öz havalarını ifa etdirilər. Və orkestrin səsi heç də monoton çıxmır. Orkestrdə monotonluq sadəcə drijorların birinci şəxsə olan sədaqətləri olaraq ortaya çıxır və bunu heç də monlit komanda olaraq qəbul etmək doğru deyil.

Hazırkı şəraitdə ölkənin bütün idarəetmə struktuları, iqtisadi sahələri və maliyyə vəsaitləri faktiki olaraq 5 hakimiyyət qruplaşması tərəfindən bölüşdürülüb. Bu qruplaşmalar aşağıdakılardır:

1. Ramiz Mehdiyev qruplaşması
2. Paşayevlər qruplaşması
3. Kəmaləddin Heydərov qruplaşması
4. Bəylər Əyyubov qruplaşması
5. Ziya Məmmədov və Rövnəq Abdullayev qruplaşması

Ölkənin bütün inzibati rayonları bu qruplaşmalar arasında bölüşdürülüb. Hər bir icra başçı bu qruplaşmalardan birinə aiddir və hər bir nazirin ən azından qardaşlarından, ya da yaxın qohumlarından biri, ya da bir neçəsi icra başçıdır. Bu o deməkdir ki, ölkə faktiki olaraq В«votçinalaraВ» bölünüb və idarəetmədə əsas faktor peşəkarlıq prinsipi deyil, sadiqlik prinsipidir.

Eyni vəziyyət iqtisadi sahədə də mövcuddur. Ölkənin bütün iqtisadi sahələri bu 5 qruplaşma arasında bölüşdürülüb. Hər bir qruplaşma iqtisadiyyatın müxtəlif sahələrində inhisara sahibdir və bu inhisara kimlərinsə müdaxilə etməsi yoll verilməzdir. İnzibati strukturlarda və sosial xidmət sahəsində də eyni vəziiyyət hökm sürür.

Bu qruplaşmaların hər birinin nəzarətində olan maliyyə vəsaiti və iqtisadi güc isə ölkə büdcəsindən heç də az deyil. Bəlkə də dəfələrlə daha çoxdur. Bu gün ölkədə insanların rifahını saxlayan və təmin edən heç də ölkə büdcəsi deyil, məhz bu qruplaşmaların əlində olan maliyyə vəsaitləridir. Yəni 180 manat maaş alan həkim, ya da müəllim rejimin onlara yaratdığı qeyri-qanuni imkanlar sayəsində rifaha nail ola bilirlər. Bu rifahın qaynağında isə məhz yuxarıdakı qruplaşmalarının yaratdığı korrupsiya imkanları durur.

Faktiki olaraq В«votçinalarВ» vasitəsilə idarə olunan dövlətin ən böyük problemi isə ölkədə sosial ədalətin hər gün acımasızcasına öldürülməsidir. Azərbaycanda artıq orta səviyyəli məmur belə özünü qanunların üzərində görür. Bağlı olduğu qrupa sədaqətli olmağı yetərlidi ki, hər bir məmur istədiyi qanunsuzluğu etsin və istədiyi vətəndaşın haqlarnı və hüquqlarını mənimsəsin.

Məmurların və onların övladlarının В«qudurğanlığıВ» hazırda hakimiyyətin əsas problemlərindən birinə çevrilib. Ölkədə açıq şəkildə orta əsrlərin məmur zülmü formalaşmaqdadır və bu da tam olaraq dövlətin sosial anlayışını öldürür. Məsələ orasındadır ki, bütün quplaşmalar pramida formasında qurulub. Ana qruplaşmanın qanadları altında bir neçə qruplaşma, onların hər birinin qanadlarının altında isə başqa bir neçə kiçik qruplaşma yerləşib. Bu da sanki orta əsrlər Avropasının "Feodal nərdivanı"nı xatırladır. Ona görə də cəzasızlıq şəraitində özbaşınalıq ən aşağı səviyyələrə qədər çatıb və artıq ölkədə məmur sinfi və dövlət qulluqçuları əhali üçün zülm, rüşvət, korrupsiya və istismar sözlərinin sinonimlərinə çevrilib.

Bu isə artıq ölkədə məmur В«bespredeliВ» yaradıb və bu В«bespredelВ» hakim komandanın əsas probleimnə çevrilib.

Hakimiyyət müxalifəti labirintə saldığı kimi özünü də labirintə salıb...

Hakimiyyətin əsas məsələsi bu gün yeniləşmək və islahatlarla yeni nəfəs əldə etməkdir. Ancaq hakimiyyətin islahatlar aparmaq imkanı belə yoxdur. Çünki hər hansı bir islahat sonucda inqilabi dəyişikliyə yol açacaq və bu da hakimiyyətin sonunu gətirəcək. İslahatı aparmağın başqa bir çətinliyi isə hakimiyyət qruplaşmalarının bu islahatları bir mənalı olaraq rədd etməsidir.

İslahat aparılması hakimiyyət komandasının tamam yeni quruluşda və yeni tərkibdə formalaşdırmaq anlamını verdiyinə görə, əsasən naxçıvanlı qruplaşmaları bu islahatları qətiyyətlə rədd edirlər. Çünki yaxşı bilirlər ki, bu islahatlar onların sonunu hazırlayan proseslərin start nöqtəsi olacaq. Bu vəziyyətdə isə hakim komandanı gəncləşdirmək və yeni ideyalarlla zənginləşdirmək mümkün deyil.

Qruplaşmalar arasındakı indiki status-kvonu dəyişdirmək və bir qruplaşmanı oyundan kənar vəziyyətdə saxlamağa cəhd eləmək rejimin təməl divarlarında çatlara yol aça bilər. Hər halda əllərinədə böyük maliyyə, sosial və inzibati resurslar olan qruplaşmaların hər biri hakimiyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Ən yaxşı halda təhlükəni önləmək üçün hədəfdə olan qruplaşmaya qarşı ölkə miqyasında terror və repressiya həyata keçirilməlidir və bu repressiya 2005-ci ildə Əli İnsanova və Fərhad Əliyevə qarşı həyata keçirilən repressiyadan daha böyük miqyaslı olmalıdır və bütün ölkəni əhatə etməlidir. Çünki son on ildə yuxarıda adı keçən qruplaşmalar o qədər güclənib və o qədər şaxələnib ki, bir zərbə ilə bu qruplaşmaların hansısa birini ortadan qaldırmaq elə də asan deyil.

Bu qruplaşmaların hər biri artıq xaricdə milyardlarla ölçülən böyük maliyyə vəsaitləri gizlədiblər. Həm Azərbaycana təzyiq etmək istəyən xarici qüvvələrdən ala biləcəkləri dəstək, həm əllərində olan böyük maliyyə resursları, həm də ölkə daxilində olan şəbəkələri, bu qruplaşmanın hər birini hakimiyyətə qarşı qorxunc gücə çevirə bilər.

Son zamanlar Ramiz Mehdiyevə qarşı aparılan total kompromat savaşı buna açıq misaldır. Mehdiyevə qarşı hər nə qədər açıq kompromatlarla çıxışlar olsa da, Prezident Adminstrasiyasının rəhbəri bu hücumları asanlıqla dəf edə və mövqeyini qoruya bildi. Hər halda Ramiz Mehdiyevin əlində olan inzibati resurslar bu hücumlara qarşı davam gətirməyə imkan verdi. Amma bununla belə rejimin təməlində dərin çatlar əmələ gəldi. Rejim sarsılmasa da, uzun illlər boyu Elşad Abdullayevin yaydığı videolar bu hakimiyyətə baş ağrısı olmaqda davam edəcək və tarixi rüsvayçılıq olaraq qalacaq.

Ona görə də hakimiyyətin dəyişmək, yeniləşmək və islahatlara getmək kimi bir lüksü yoxdur…

Hakimiyyətin В«AxillesВ» dabanı...

Müxalifət hər nə qədər bu hakimiyyəti yenmək üçün yetərsiz durumdadırsa, hakimiyyətin özü-özünü məhv eləmək imkanı bir o qədər yetərlidir. Müxalifət zəiflədikcə qruplaşmalar arasındakı savaş hər gün daha da güclənməkdədir. Daha çox nüfuz və daha çox hakimiyyət uğurunda savaşan qruplaşma liderləri həmçinin birinci şəxsə daha çox sədaqət nümayiş etdirmək uğuruna da acımasız savaş verirlər.

Hakimiyyətin ən zəif yeri də məhz qruplaşmalar arasında gedən savaşdır. 2003-cü ildə bu qruplaşmalar özlərini qorumaq üçün birləşməyə məcbur idilərsə, 2013-cü ildə özlərini qorumaq üçün ayrılmağa məcburdurlar. Çünki hər bir qruplaşma yaxşı başa düşür ki, hakimiyyəti 2023-ə qədər daşıya bilmək üçün hakim komanda yenilənməyə məcburdur. Bu yenilənmədə əsas güc sahibi ola bilmk günün əsas mövzusudur. Və komandanın yenilənməsinin təməli 2013-də qoyulur.

Bu prossesdə güc itirən, ya da prossesdən kənarda qalan qruplaşma təbii olaraq hakimiyyət xaricində qalacaq. Özünüqoruma instikti isə təbii olaraq qarşı tərəfə inanmamağa sövq edir. Bu durumda yenilənmə dövrünü əhatə edəcək 2013 və 2015-ci illlərdə qruplar arası savaş kuliminasiya nöqtəsində olacaq və artıq bu savaş başlayıb. Ramiz Mehdiyevin sıradan çıxarılması üçün atılan addımlarda bu savaşın göstəricisidir.

Hakimiyyət qruplaşmaları arasında gedən acımasız savaş proseslərində isə qarşıdurmanın küçələrə və rayonlara sıçraması da istisnasız deyil. Quba və İsmayıllıda baş verənlər məhz qruplaşmalar arasında başlanan savaşın nəticəsi olaraq ortaya çıxdığı kimi, ölkə də minalanmış çoxlu sahələrdə sosial partlayışların olması qaçınılmaz olacaq.

O minaları basdıranlar və partladanlar da məhz hakimiyyətdaxii qruplaşmalar olacaq…

Azər QARAMANLI
pia.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Dünən, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Dünən, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Dünən, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru