TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                 

"NEFT DAŞLARI" NQÇİ-DƏ GÖRÜNMƏMİŞ QALMAQAL
Tarix: 3-08-2013, 11:35 | Çap et
"NEFT DAŞLARI" NQÇİ-DƏ GÖRÜNMƏMİŞ QALMAQAL
“Təzadlar”a “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin 3, 5 və 2 saylı NQÇİ-lərinin quyu debitini ölçən ştatlarında uzun illərdir çalışan Zemfira Hacızadə, Anjela Osmanova, Lidiya Volkova və başqalarının surəti redaksiyamıza olmaqla, Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə ünvanlı müraciəti daxil olub.

Bu barədə tezadlar.az saytının 1 avqust buraxılışında qısa məzmunlu məlumat vermişdik, amma...

Bəs şikayətçiləri narahat edən nə idi?

Xatırladırıq ki, “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin 3, 5 və 2 saylı NQÇİ-lərinin quyu debitini ölçən ştatlarında uzun illərdir çalışan Zemfira Hacızadə, Anjela Osmanova, Lidiya Volkova və başqalarının surəti redaksiyamıza olmaqla, Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə ünvanlı müraciəti daxil olmuşdur. Müraciətdə həm “Azneft” İB-də, həm də “Neft daşları” Neft və Qazçıxarma İdarəsində baş verən dəhşətli olaylardan bəhs olunur... Müraciətdə “Azneft” İB-nin rəisi Daşqın İsgəndərovun yeznəsi Qoçəli Mahmudovu “Neft daşları” NQÇİ-yə hansı yolla və vasitələrlə rəis gətirdiyindən tutmuş, birlikdə və idarədə baş verən digər olaylardan yazılıb.

Məsələnin ciddiliyini nəzərə alıb dünən şikayətçiləri redaksiyaya dəvət etmişdik. Onlar əməkdaşımıza geniş müsahibə vermişdilər. Həmçinin bir sıra sənədləri təqdim etmişdilər... “”Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qohumların bir-birinin tabeliyində işləməsini qəti qadağan edir. Amma Birliyin rəisi Daşqın İsgəndərovun yeznəsi Qoçəli Mahmudov onun tabeliyində işləyir-”Neft daşları” NQÇİ-nin rəisidir... Daşqın İsgəndərovun qudası Baxış Həsənov TQİ-7-nin rəisidir... Daşqın İsgəndərovun bacısı oğlu (həm də yeznəsi Daşqın Mahmudovun baldızı oğlu) Zaur “Neft daşları” NQÇİ-də texniki təhlükəsizlik üzrə baş mühəndisin müavinidir... Daşqın İsgəndərovun doğmaca xalası oğlu Bəhlul Səlimov “Neft daşları” NQÇİ-də texniki təhlükəsizlik üzrə mühəndisdir... “Neft daşları” NQÇİ-nin rəisi Qoçəli Mahmudovun qardaşı P.Mahmudov birbaşa idarədə sex rəisidir... Belə faktlar çoxdur... Yəqin ki Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin isə bunlardan xəbəri yoxdur...”, deyən şikayətçilər digər məsələlərə də toxundular: “Qoy Daşqın İsgəndərov bu suallara cavab versin ki, “28 may” NQÇİ-də tabelçi işləyən Samirə xanım niyə birlikdə ən toxunulmaz şəxs hesab olunur? Qoy Qoçəli Mahmudov desin ki, niyə Yelena Krasilnikovaya, Bahar Həşimovaya, onun xalası qızına və s. güldən ağır söz demək olmaz?.. Necə olur ki, operatorlar Həkim Muradova, Nəcəf Mustafayevə, Beyrut Yaralıyevə, Əsəddin Kiçibəyova, Yelena Krasilnikovaya... gecə növbəsində olmadıqları halda, artıq saatlar yazılır? Nəyin hesabına? Biz ali təhsillilərə isə “ştatınız ləğv olunur” deyir, xadimə işi təklif edirlər. Niyə? Biz Prezident İlham Əliyevdən tədbir görülməsinə tapşırıq verməsini xahiş edirik...”.

Biz elə dünən müraciətdəki faktların ciddiliyini nəzərə alaraq qarşı tərəfin də mövqeyini öyrənməyə cəhd etdik. Lakin Qoçəli Mahmudovun 521-13-10 iş telefonuna cavab verən olmadı. Mobil telefonu da bu sıradan... Həmçinin “Azneft” İB-nin baş direktoru D.İsgəndərovun.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

***

Beləliklə, əvvəlcə şikayətçi Hacızadə Zenfira Hacıağa qızının şikayət ərizəsini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyevaya!

Baş Prokuror Zakir Qaralova!

Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə!

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə!

Surəti: “Təzadlar” qəzeti redaksiyasına!

Sumqayıt şəhəri 1 mik-on, ev-12-23 mənzil 48-də yaşayan Hacızadə Zenfira Hacıağa qızı tərəfindən ŞİKAYƏT


Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Zakir müəllim!

Hörmətli Rövnəq müəllim!

Hörmətli redaksiya!

Mən artıq sizə müraciət etmək məcburiyyətindəyəm, çünki çalışdığım Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-nin rəhbərliyi mənə qarşı olan qərəzli mövqeyi və davranışınıavam etdirməkdədir.

Qısaca olaraq bildirirəm ki, mən fevral 1994-cü ildən Azərbaycan Respublikası Neft Şirkəti “Azneft” İB “Neft Daşları” NQÇÇ-də quyu debitini ölçən vəzifəsində çalışıram. Çalışdığım müddətdə heç vaxt “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydalarını pozmamışam və töhmətə (tənəyə) məruz qalmamışam. Onu da qeyd etmək istəyirəm ki, mən həmin şirkətdə mənə qarşı təqiblər 1995-ci ildən başlanıb. 1995-ci ildə məni o vəzifədən çıxarıb (təqdimatla başqa işə keçirmişlər və həmin yerə başqa işçi götürmüşdülər). Guya bu ştatı ləğv edilər. Amma başqa işçi götürmüşdülər. Bunlar “Neft Daşları”nın arxiv sənədlərində var. Mənə qarşı olan qərəzli münasibətin və xüsusən də qanunsuzluqların təsdiqi kimi aşağıdakı faktları nəzərinizə çatdırmaq istərdim.

Cənab Prezident!

Mən 2 aprel 2009-cu ildə, cənab Prezident, Sizə, həmçinin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab Yusifzadəyə, Ombudsman E.Süleymanovaya müraciət etmişdim. İşdə problemlər üzrə geoloq Adil Abdullayevin mənə olan pis münasibət bəsləməsindən (etik qaydalara zidd olduğundan teksdən çıxarıldı. Red.) və mənim ona çox ciddi və sərt şəkildə cavab verməyimdən sonra başlandı. Məhz həmin vaxtda (2006-cı ildə) o və bizim keçmiş rəisimiz mənə təzyiq göstərməyə başladılar. Mənim əmək müqaviləsində göstərilən bütün vəzifələrinin yerinə yetirilməyimə baxmayaraq onlar məni hər vəchlə işdən kənarlaşdırmağa çalışırdılar. 01 fevral 2013-cü ildən etibarən rəis vəzifəsinə təyin edilən Mahmudov Q.T real situasiyanı dəqiq öyrənmədən və həqiqi informasiyaya malik olmadan, indiki rəis müavini Ş.Hətəmovla birlikdə çalışdığım quyu debitini ölçən vəzifəsini ləğv etmək və məni bir tikə çörəksiz qoymaq istəyirlər.

Adil Malıyıb 01.04.2013-cü ildə bizə yeni rəis təyin olundu və mənim heç bir xəbərim olmadan mənə qarşı akt və təqdimat hazırlayıblar ki, guya mən özümə idarənin 5-ci mərtəbəsində özümə mətbəx və paltaryuma sexi açmışam (hər mərtəbədə isə kamera olduğu halda) və onu “Neft Daşlarının” hüquqşünası cənab Murat müəllim təsdiqləyib, Q.Mahmudova verib. Aprelin 6-da, 2013-cü il tarixdə əmək və icra intizamının pozulması haqqında əmr verilir (ƏMR в„–135 01.05.2013-cü il). Guya mən izahatdan imtina etmişəm. Hansı ki, iki il bundan öncə tədqiqat operatoru vəzifəsinə Yelena Kraselnikova əməkdaş təyin edilib, geoloq vəzifəsində də Adil Abdullayev çalışır. Həmin əməkdaşlar mənə qarşı qərəzli mövqedədirlər. Y.Selkinova iş vaxtından tez çıxır, amma ona bu hərəkətinə görə heç bir irad tutulmur. Onun daxili intizam qaydalarını necə pozması iş yerində aydın-aşkar görünür. Halbuki Neft Daşları Neft və Qazçıxarma İdarəsinin fəhlə və qulluqçularının daxili intizam qaydalarının 6.4-cü bəndinə əsasən istehsalatda ahəngdarlığın təmin olunması məqsədilə, struktur vahidlərinin yerləşdiyi ərazidən və işin xüsusiyyətlərindən asılı olaraq idarədə 8 saatlıq, 10,5 saatlıq, 11 saatlıq və 12 saatlıq iş rejimi tətbiq edilir. Lakin Y.Kraselnikova barəsində heç bir tədbir görülmür, mənə isə həmişə irad tutulur. Halbuki onların əsası da yoxdur. Həmin qaydaların 3.2.1 bəndinə görə hər bir işçinin ixtisası, peşə təcrübəsi üzrə işləməsi (yeni vəzifə funksiyalarının yüksək səmərə ilə yerinə yetirilməsi məqsədilə) üçün işçilərin əməyini düzgün təşkil etmək işə götürənin vəzifəsidir. Qeyd etmək istəyirəm ki, mən 12 may 2010-cu ildə rəhbərliyə müraciət edib mənə qarşı qərəzli və ədalətsiz mövqe barədə diqqətə çatdırmışdım. Lakin müraciətə heç bir cavab və reaksiya gəlmədi.

Ondan sonra mən Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevə teleqram və faksla müraciət göndərdim. 11.05.2013-cü ildə məni rəis A.Malıyev çağırıb tapşırıq verdi ki, sən mənimlə gedəcəksən 1146-cı meydançaya və orda ölçü edəcəksən. Mən rəislə bərabər getdim və onunla meydançaya düşüb gördüm ki, bütün quyular və siyirtmələr və “ştok”lar hamısı rənglənib, ustaya və opera\torlara tapşırıq verdi ki, heç kim mənə yaxın durmasın və kömək eləməsinlər. Mən də geoloji kitabda o meydançadakı əvvəl olmalı nə neft, su və konus əmsalı barədə qeydi görmədim. Və orda ölçülər getməmişdi. Mən quyu 1330 qeyd qoydum və siyirtmələri açdım, nə qədər gücüm çatdı. Qalanlarını aça bilmədim (ona görə ki, rənglənmişdi). Rəis Adil Malıyeb şivən saldı və usta Rüstəmov Faiqi çağırıb akt tərtib elədilər. Bu akta isə yalnız usta qol çəkmişdi, məni təlimatlandırmamışdılar. Və təqdimat yazıb heç mənim xəbərim olmadan komissiyada göstərdilər və mən söylədim ki, onlar surətini versinlər. Sonra mən vəkillə bərabər yazıb faksla göndərdim. Mən həmçinin özüm müraciəti “Aznet” İB-nin baş direktoru cənab D.İskəndərova göndərdim.

Cənab Q.Mahmudov indiyə kimi mənim izahatıma cavab verməyib. Və cənab D.İskəndərov mənim müraciətimə cavab vermək istəmir. Ayın 12.07.2013-cü ildə mənə kadrlar şöbəsindən zəng elədilər ki, ərizəni yazıb xadimə keçməliyəm, mən yazdım ki, mən xadimə keçmirəm və mənə bildiriş verdilər. Guya ki, bizim ştatları ixtisar edirlər.

Cənab Prezident! Xahiş edirəm mən tək ana olduğuna görə, üstümdə 72 yaşlı anam (III qrup əlil, lal-kar) və atam 72 yaşlı (təqaüdçü, oğlum və gəlinim, nəvəm var, evdə tək işləyən mənəm. Mənə kömək edəsiniz.

-Bəs qadınlara В«Neft daşlarıВ» NQÇİ-də seksual təzyiq göstərən kimlərdir?

-Rəis Qoşəli Mahmudovun qoçuluğuna kim son qoyacaq?

(Ardı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru