Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                 

MƏHƏMMƏD PEYĞƏMBƏRİN QIZINA VERDİYİ CEHİZ...
Tarix: 22-08-2013, 12:29 | Çap et
MƏHƏMMƏD PEYĞƏMBƏRİN QIZINA VERDİYİ CEHİZ...
“Biz tərəfdə oğlan toyu olmamış gəlinin gətirdiyi cehizlə evi bəzənir və sonra cehizə baxmaq üçün qonşular, qohumlar hədiyyə ilə evə gəlirlər. Bu mərasimə el arasında “cehizə baxdı” deyilir. Özü də cehizə baxdı zamanı elə etmək lazımdır ki, gəlinin gətirdiyi bütün əşyalar üzdə olsun. Buna görə də şkafların qapıları, çəkəcəkləri açıq qalır. Hətta yeni gəlmiş soyuducunun da qapısı açıq qalır ki, içərisi yaxşı görünsün. Yorğan-döşək yükünün üstü də açıq saxlanılır ki, gəlinin neçə dəst gətirdiyi və hansı materialdan olan parçadan üzləndiyi görünsün”.

Bu sözləri bizimlə söhbətində Sabirabaddan olan müsahibimiz Aygün bildirdi. Aygün deyir ki, məhz buna görə toydan əvvəl qız evi, xüsusilə qız stress keçirir: “Çünki el-aləm yığışıb cehizə baxmağa gəlir. Nəsə xoşagələn olmayanda bunu hansısa yolla qayınananın nəzərinə çarpdırırlar. Qayınana da toydan sonra bunu üstüörtülü, ya açıq formada gəlinə çatdırır. Bu da gəlinə pis təsir edir. Buna görə də biz tərəflərdə hamı çalışır ki, cehizlik əşyaları ən yaxşısından olsun”.

“Filankəs bunu cehiz gətirib”

Təəssüflər olsun ki, Aygünün dediyi adət-ənənə yalnız Sabirabadda deyil, Naxçıvanda, Siyəzəndə, Dəvəçidə, Qubada və digər rayonlarımızda da var. Yalnız Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərində bu adət-ənənəyə hamı riayət etmir, yəni iri şəhərlərimizdə bu cür qaydalar yavaş-yavaş unudulmaq üzrədir.

Psixoloq Dəyanət Rzayev bu yaxınlarda Lənkəranda cehizə görə intihar edən qızı xatırladaraq bildirdi ki, xüsusilə bölgələrdə hələ də keçmişdə yaşayırıq: “İntihar hadisəsi bölgələrdə maariflənmənin olmaması ilə bağlıdır. Əslinə qalsa, burada söhbət konkret olaraq cehizdən getmir. Qız uşaqlıqdan gözünü açıb görüb ki, xalaları, bibiləri, anası cer-cehizdən danışıblar, “filankəs bunu cehiz gətirib”, “beşmənkəs bu qədər cehiz gətirib” kimi sözlər eşidib. Buna görə də bu dünya o qız və onun kimi qızlarımız üçün cehizdən ibarətdir. Təəssüflər olsun ki, xüsusilə bölgələrdəki qızlarımızın əksəriyyəti düşünür ki, xoşbəxtlik ərə getməkdə, yaxşı cehiz aparmaqdadır. Onlar üçün əsas o deyil ki, kiminlə ailə qururlar – narkomanlamı, oğru-quldurlamı”.

Psixoloq deyir ki, dünyaya dar çərçivədən baxan bu cür qızlar üçün dünya ailə qurmaq və cehiz aparmaqdan ibarət olduğu üçün, istədiyi kimi cehiz olmayanda onların bütün illüziyaları, xəyalları alt-üst olur və depressiv bir vəziyyətə düşürlər. Cehiz ucbatından dağılan ailələrin də olduğunu deyən D.Rzayev bunu da insanların dünyagörüşünün, mədəni səviyyəsinin aşağı olması ilə əlaqələndirdi: “Bu, insanların, həm qız, həm də oğlan tərəfinin mədəni səviyyəsi ilə ölçülən bir məsələdir. Əgər qızın imkanı yoxdursa, oğlan tərəf, ümumiyyətlə cehiz istəməməlidir. Yəni normal ailələrdə cehiz ailələrin içərisinə nifaq salmamalıdır. Konkret olaraq tanışlarımızdan biri 20-25 il əvvəl rəngli televizora görə xanımından boşandı. Səbəb o idi ki, oğlanın anası oğlu üçün cehiz kimi rəngli televizor gətirəcək qız tapmışdı. Bir televizor üçün bir ailə dağıldı. Təəssüflər olsun ki, bu gün bizim dəyərlərimiz bunlardan ibarətdir. Dünya cehizin başında fırlanmalı deyil”.

“Azərbaycan ailələrinin əksəriyyətində gərginlik var”

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, cehiz bizdə şöhrət, ailələrin özlərini sübut etmə yarışmasına çevrilib: “Hər bir qızın cehizi onun ağlı, isməti, mədəniyyətidir, ailə daxilində yaradacağı gözəl işıqdır. Əvvəllər də bizdə cehiz olub, amma 50-60-cı illərdən bu, başqa bir şəkildə formalaşıb. Bu o vaxtlar idi ki, insanlar müharibədən çıxmışdı, təzə-təzə kasıbçılıqdan qurtulurdular, maddiyyat ön tərəfə keçmişdi. Elə o vaxtdan cehiz məsələsinə önəm verilməyə başlandı”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, bu, xoşagəlməz, insanlığın inkişafına, tərəqqiyə dəxli olmayan məsələdir: “Düzdür, qızın valideynləri simvolik olaraq ailəyə kömək üçün kiçikcik nələrsə versə, bu yaxşıdır. Amma təəssüflər olsun ki, bizdə cehiz məsələsi anormal bir vəziyyət almaqdadır. Bu, mədəni insan üçün yaxşı göstərici sayılmır. Bəzən oğlanın valideynləri qızı yaxşı cehizinə görə istəyirlər. Təəssüf ki, cehiz ailələrin qurulmasında müəyyən rol oynayır, ailə quran qızların ən mühüm göstəricilərindən biri sayılır. Amma hər bir ailəni xoşbəxt edən cehiz deyil, cütlüklərin bir-birinə mənəvi baxımdan nə dərəcədə yaxın, dəstək olmasıdır. Heç vaxt cehiz ailəni xoşbəxt edə bilməz. Hətta ər-arvad boşanarkən cehiz mübahisə predmetinə çevrilir”.

Hazırkı dövrdə Azərbaycan ailələrinin əksəriyyətində böyük bir gərginliyin olduğunu deyən Ə.Qəşəmoğlu bunu ailələrdə maddi amillərin önə keçməsi ilə əlaqələndirdi: “Tarix göstərir ki, harada maddiyyat ön plandadırsa, orada gərginlik olur”.

Kiçik müharibəyə səbəb olan cehiz

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirdi ki, bəzən cehiz iki gəncin ayrılmasına səbəb olur: “Biz konkret belə faktlarla qarşılaşmışıq, cehiz üztündə ayrılan qızlar bizdə psixoloji yardım alıblar. Oğlan evi tələb edib ki, qız konkret olaraq filan firmanın mebellərini almalı, filan cehizləri gətirməlidir. Nəticədə bunları ödəyə bilməyən qızın valideynləri nişanı pozmağa məcbur olublar. Təəssüflər olsun ki, cehiz problemi zamanı gənclər bir kənarda qalır, cehiz kiçik müharibəyə çevrilir. Ortada hətta vaxtı təyin edilmiş toy da təxirə salınır”.
M.Əzizovanın fikrincə, bunların hamısı cahillikdən irəli gəlir: “Valideynlər nəyin onların övladlarına xoşbəxtlik gətirəcəyini bilmədiklərindən, yeni qurulan ailələrdə maddiyatı ön plana çəkirlər. Qız tərəf də imkansızdırsa, nəticə acınacaqlı olur”.

Peyğəmbərimiz qızına nə verib?

Bəs İslam dinində bu məsələ necə tənzimlənir? Dinşünas Elşad Mirinin sözlərinə görə, İslam dini cehiz məsələsini adətlərə buraxıb: “Dində ümumiyyətlə, cehiz, başlıq pulu kimi söhbətlər yoxdur. Cehizlə bağlı dində nə bir əmr, nə bir tövsiyə var. Bunlar sadəcə olaraq adətlərə buraxılıb. Ümumiyyətlə, cehizdə əsas məqsəd odur ki, yeni qurulmuş ailəyə kömək kimi hər iki tərəf arasında razılaşdırılmış bir şey olmalıdır. Amma bizdə cehiz vermək borc xarakteri daşıyır. Elə bil ki, qız tərəfin oğlan tərəfinə belə bir borcu var. Bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Lənkəranda intihar edən qız da yəqin fikirləşib ki, onun həmyaşıdları daha yaxşı cehiz aparır, getdiyi yerdə onun apardığı cehizi başına qaxınc edəcəklər, buna görə də intihara əl atıb”.

E.Miri Məhəmməd peyğəmbərin qızına cehiz kimi çox mütəvazi, cüzi bir şeylər verdiyini dedi: “Peyğəmbərimiz bu cehizi sadəcə həmin ailəyə dəstək məqsədi ilə bağışlamışdı”.

Qeyd edək ki, peyğəmbərin qızı Fatimə ailə qurarkən cehiz kimi bu əşyaları aparıb: üç ədəd döşək, bir xalça, bir yastıq, iki unüyüdən, bir su dərisi, bir su stəkanı, bir ələk, bir dəsmal, bir kilim, xurma yarpağından hörülmüş bir sidr, iki paltar, uzunlamasına örtdüklərində ayaqları, enləməsinə örtdüklərində başlarını açıqda buraxan bir kiçik yorğan.

Lalə Musaqızı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru