İran üçün Qarabağda iki sürpriz: - Bunu nə gözləyir, nə də arzulayırdılar
Tarix: 3-11-2020, 10:58 | Çap et
 Qarabağdakı müharibənin əvvəlindən İran özünü qəribə aparmağa başladı. Əvvəlcə İranın Ermənistana silah tədarükü üçün Rusiyaya dəhliz verdiyi barədə məlumatlar var idi. Sonra İran mediası “şabalıdı oddan çıxartmağa” və nüfuzlarını qorumağa başladı: münaqişə zamanı hərbi yüklərin keçməsi üçün İranın sərhədlərini bağlaması barədə müxtəlif sujetlər nümayiş etdirildi.
Ancaq bütün bu baş verənlərin fonunda Xameneyinin beynəlxalq məsələlər üzrə müşavirindən tutmuş, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generallarına və müxtəlif rəsmi qurumlara qədər bütün rəsmilər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər. İndi iranlılar münaqişənin həlli üçün öz təkliflər paketini hazırlayıblar və diplomatik fəallıq nümayiş etdirməyə çalışırlar.
AYNA-nın mövzuya dair suallarını rusiyalı politoloq, İran və Yaxın Şərq üzrə araşdırmaçı İqor Pankratenko cavablandırıb.
- İndi iranlılar Qarabağ münaqişəsinin həllində diplomatik sahədə fəal olmağa çalışırlar. Bu fəallıq necə xarakterizə edilə bilər?
- İranın addımlarının, bəlkə də ən dəqiq tərifi belədir: “hərəkətə başlayan qatara tullanmaq arzusu”. Hesab edirəm ki, mövcud münaqişənin inkişafı Tehran üçün bir sürpriz oldu. Hər şeyin hər zamankı kimi olacağına inanırdılar – bir-iki gün atışacaq və dağılışacaqlar, İran sülh çağırışı ilə müraciət edəcək, bundan bəzi siyasi dividendlər əldə edəcək və hər şey əvvəlki məcraya qayıdacaq. Amma hər şey başqa cür oldu. Əvvəlcə, erməni tərəfinin silahlı təxribatlarına qəti və sərt reaksiya, sonra da Azərbaycan Ordusu, Türkiyənin Suriyada, İraqda və Liviyada müharibələr aparmaq təcrübəsini tamamilə mənimsədiyini göstərən uğurlu qurtuluş kampaniyasına başladı. Bu faktor Azərbaycan Ordusuna erməni müdafiəsini karton qutu kimi əzməyə imkan verdi.
Tehran üçün xoşagəlməz başqa bir sürpriz də Türkiyənin bölgədəki rolunun kəskin şəkildə artması və indi münaqişə tərəflərindən biri olan Bakının İranın vasitəçiliyinə çox ehtiyac duymaması oldu. Üstəlik, İranın özündə dörd Azərbaycan sərhəd əyalətinin əhalisinin həvəslə Azərbaycanın apardığı azadlıq kampaniyasını dəstəkləməsi və hakimiyyətə birmənalı şəkildə Ermənistanla “birlikdə oynaması”na imkan verməyəcəklərini anlatmaları da öz sözünü dedi. Yəni, bu regionda otuz ildir mövcud olan bütün köhnə İran sxemləri bir gecədə çökdü. Buna görə də Tehranın tələm-tələsik aktivliyi olduqca başadüşüləndir: təcili olaraq bir şey etmək lazımdır, amma tam olaraq hansı addımlar atılmalıdır, bu, aydın deyil.
- İran bu münaqişədən nə gözləyir? Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayır, ancaq biz özümüz ərazi bütövlüyümüzü bərpa ediriksə, hansısa başqa planların təklif edilməsinin nə mənası var?
- Söhbət hər hansı bir plandan yox, İranın “simasını qorumasından”, yəni Qafqazda sistemli xarici oyunçular arasında olmaqdan, vasitəçilər qrupunda qalmaq səyindən gedir. İndi İran üçün ən vacib olan budur, hansısa sülhməramlı həll planları deyil. Türkiyənin və daha da çox İsrailin bölgədə güclənməsinin qarşısını almaq indi İranın əsas vəzifəsidir.
- Azərbaycanda əksəriyyət rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini elan etməsinə baxmayaraq, İranı ermənipərəst bir ölkə hesab edir. Onlar nə qədər ermənipərəst ola bilər? Doğrudanmı bu mövzuda İranda müsəlman həmrəyliyi yoxdur?
- Məncə, bu, çox emosional qiymətləndirmədir. Bəli, Ruhaninin rəhbərliyi dövründə bu məsələdə Ermənistanın lehinə bir siyasət vardı. Çünki İranın yerli erməni diasporu beynəlxalq əlaqələri sayəsində sanksiyalardan yan keçmək üçün keçidlərin yaradılmasında fəal iştirak edirdi. Ancaq bu siyasət prinsipial deyildi. İndi hakimiyyətə yeni bir rəhbərlik gələcək, parlament yenilənəcək və bu balanssızlıq ortadan qalxacaq. Buna görə də məsələni dramatikləşdirməyə dəyməz. Tehran heç vaxt açıq şəkildə ermənipərəst mövqe tutmayacaq. O ki qaldı bayaq dediyim balanssızlıqlara, onsuz da bu faktor İranın yaxın gələcəkdə Cənubi Qafqazdakı hesablaşmaq və münasibət qurmaq məcburiyyəti doğuran bir qüvvə kimi qalmasına təsir etməyəcək. Buna görə də daha emosiyalara qapılmayaraq, real vəziyyətin daha çox təhlili və İranla münasibətlərin qarşılıqlı faydalı modellərinin axtarışına davam etmək lazımdır. Yəni Azərbaycanın müstəqilliyini elan etdiyi andan bəri apardığı Bakının Tehrana qarşı uğurlu siyasətinə davam etmək lazımdır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
| • Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53 |
|
|
|
| • Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47 |
|
|
|
| • “Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46 |
|
|
|
| • Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38 |
|
|
|
| • Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32 |
|
|
|
| • Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30 |
|
|
|
| • Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12 |
|
|
|
| • “Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09 |
|
|
|
| • "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04 |
|
|
|
| • "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00 |
|
|
|
| • Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53 |
|
|
|
| • “Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49 |
|
|
|
| • Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46 |
|
|
|
| • MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45 |
|
|
|
| • Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43 |
|
|
|
| • Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36 |
|
|
|
| • İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33 |
|
|
|
| • Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27 |
|
|
|
| • "Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09 |
|
|
|
| • Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06 |
|
|
|
| • İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00 |
|
|
|
| • Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55 |
|
|
|
| • Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53 |
|
|
|
| • Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46 |
|
|
|
| • Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44 |
|
|
|
| • Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40 |
|
|
|
| • "Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36 |
|
|
|
| • Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28 |
|
|
|
| • Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50 |
|
|
|
| • “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45 |
|
|
|
| • Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39 |
|
|
|
| • “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33 |
|
|
|
| • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11 |
|
|
|
| • Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09 |
|
|
|
| • Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07 |
|
|
|
| • "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04 |
|
|
|
| • Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46 |
|
|
|
| • Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27 |
|
|
|
| • Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20 |
|
|
|
| • Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16 |
|
|
|
|