Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                 

Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Tarix: 27-11-2020, 11:23 | Çap et
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Gəncə şəhərində hüquqi müstəvidə maraqlı və analoqu olmayan biabırçı bir olay baş verib. Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin icra məmurlarının özəl sifarişi əsasında Gəncə şəhər sakini Məmmədova Mehriban Əli qızının əmlak hüquqları qeyri-qanuni əsaslarla təcavüzə məruz qalıb. Ən üzücü hal isə odur ki, şəhər mərkəzində bir obyektin dağıdılması və talanması ilə də müşaiyət edilən hadisə dövlətin vicdanı və ədaləti hesab edilən məhkəmə orqanları, respublika adından qərarlar qəbul edən bəzi hakimlərin iştirakı ilə ssenariləşdirilib. Sanki, “haqq var, divan yox!” prinsipi ortadadır. Özbaşınalığı durduracaq kimsələr də tapılmayıb, əksinə, neqativ nümunənin həcmi getdikcə daha da böyüdülüb, proseslər çox eybəcər yuridik şəkil alıb.
Bu barədə “Demokratik.Az”-a zərərçəkmişin özü danışıb.
Mülkiyyət hüquqları pozulan şikayətçinin bildirdiyinə görə, 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamı əsasında şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə mülkiyyət hüququ əldə edib. Bu barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa və texniki pasporta da sahibdir. M.Məmmədova həmin mülkiyyətini “fincanların düzəldilməsi” emalatxanası kimi işlədib, sahibkar olaraq da dövlət büdcəsinə illərlə vergilər ödəyib.
Mülkiyyətçi bildirir ki, cari ilin iyulun əvvəlində Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin əməkdaşları, icra məmuru Anar Hüseynov və Anar Cəfərov onun mülkiyyətinə özbaşına daxil olaraq obyektə girişin möhürlənməsini həyata keçiriblər. Və ardından, bir neçə gün sonra – 30 iyul 2020-ci il tarixində (özü də nədənsə Qurban bayramı günü - red) polislərin müşaiyyətilə obyektə gələn icra məmurları heç bir şikayətə məhəl qoymayaraq, məhkəmə qərarı olmadan sözügedən obyektin açarlarını da mülkiyyətçinin əlindən zorla alıblar. Özbaşınalıqlarına isə hakim Gündüz Şirinovu da vasitə ediblər. Beləcə, şikayətçinin bildirdiyinə görə, icra məmurları və məhkəmə orqanı onun konstitusion hüquqlarını da, mülkiyyət hüquqlarını da bilərəkdən pozublar.
Şikayətçinin redaksiyamıza təqdim etdiyi fotoşəkillərdən və digər sübutlardan aydın olur ki, icra məmurları mülkiyyətin açarını (ixtiyarını-red) aldıqdan dərhal sonra eyni binanın zirzəmisini qanunsuz istifadə edən vətəndaş Hüseynov Sərxan Səlyan oğluna həvalə edib maddi zərərə də yol açıblar. Sərxan da öz növbəsində mülkə qanunsuz sahiblənərək oranın qapısını, içəridə quraşdırılan özgənin kamerasını sındırmış, emalatxanaya aid bir neçə adda əşyanı mənimsəmiş və talamış, obyektin beton döşəməsini isə dağıdıcı-deşici avadanlıqla yararsız hala salmışdır.
Təəccüblü səslənsə də, icra məmurları özbaşınalıqlarını Nizami rayon Məhkəməsinin 2004-cü ilə aid (2-124-/2004) qətnamə ilə izah etməyə çalışıblar. Guya, 16 ildir “icra edilməyən” qətnamənin icrasına başlayıblar. Lakin, məlum qətnaməyə və 01 iyun 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətovun imzaladığı “icra vərəqəsi”ni oxuduqda da aydın olur ki, qətnamədə zərərçəkmişlə və mülkiyyətlə əlaqədar bir söz də yer almayıb. Və icrasına zərurət olmayan, 16 il dondurulan qətnamədə sadəcə qeyd edilib ki, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu (pilləkən) açılmalıdır. Hansı ki, tələbkar həmin ildən bəri zirzəmiyə bir deyil, bir neçə giriş qapısı açmağa nail olub. 2004-cü il tarixli bir qətnamənin nə səbəbə 2020-ci ildə icraata yönəldilməsi məsələsi isə məhkəmədən fərqli olaraq şikayətçi üçün əsaslı sual olaraq qabarıb.
Bu günlərdə şikayət əsasında baxış keçirən FHN-in Gəncə Regional İdarəsi və Gəncə İHB-nin memarlıq şöbəsi də rəyə gəliblər ki, zirzəmiyə prospekt tərəfdən hansısa pilləkənin açılması mümkünsüzdür. Xüsusilə də, şikayətçi Mehriban Məmmədova mülkiyyət hüquqlarını həmin qətnamənin qüvvəyə minməsindən təxminən 10 il sonra İHB-nin sərəncamı ilə əldə edib və mülkündən 7 ildir ki, qanuni əsaslarla istifadə edir. Həmin qətnamədən isə xəbəri belə olmayıb.
Gəncə İHB-nin birinci müavini Səməd Tomiyevin şikayətçiyə cavab mətnində də xatırladılıb ki, “2012-ci ildə 249 saylı yaşayış binasının fasadının yenidən qurulması zamanı binanın perimetri boyu fasadında dəmir-beton karkas quraşdırılmış və nəticədə yaranmış əlavə qeyri-yaşayış sahələrində zirzəmiyə qapı açılması konstruktiv baxımdan qeyri-mümkündür və tikinti normalarına uyğun deyildir.

Eləcə də, şəhərsalma və tikinti məcəlləsinin 77.1-ci maddəsinə əsasən tikintiyə icazənin verildiyi vaxtdan 3 (üç) il ərzində dayandırıldığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Beləliklə, İHB öz izahatının sonunda zirzəmiyə giriş qapısı açılmasına dair 2004-cü il tarixli qətnamə tələbinin qüvvədən düşdüyünü də bildirir.
Mülkiyyət hüquqları qəsdən pozulmuş şikayətçi baş verənlərin əsas səbəbi barədə maraqlı iddia da irəli sürüb. O həmin qətnamədən indiyədək xəbərsiz olduğunu da bildirib.
M.Məmmədovanın dediyinə görə, əslində, ona qarşı baş verənlər obyektini ələ keçirib öz obyektinə birləşdirmək istəyən Sərxan Hüseynovla Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətov, eləcə də icra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ələmdar İbrahimov arasındakı maddi maraqlardan doğulub. Bu isə təəssüf ki, sonuncular üçün dövlət məmuru ərkanına, hakimlik andına yaraşmayan davranış olmaqla, şəxsi-maddi maraqları qanun aliliyindən üstün tutmaq mərəzidir. Onları etimad edib icra məmuru və hakim vəzifəsinə yüksəldən Ədliyyə nazirliyinə qarşı bir hörmətsizlikdir.
Şikayətçi öz ittihamlarını onunla da əsaslandırır ki, Ələmdar İbrahimov və həmin binanın yaxınlığında yaşayan hakim Zaur Hümmətov son iki ayda dəfələrlə Sərxan Hüseynova məsləhətlər vermək üçün obyektə də gəliblər. Sərxandan mülkiyyəti təcili dağınıq-yararsız vəziyyətə salınmasını təmin etməyi də istəyiblər. Bütün bunlar isə sübut edir ki, icra məmurları başda Ə.İbrahimov və 16 il əvvəlki qətnaməyə yenilənmiş “icra vərəqi” çıxaran hakim olmaqla, əslində onlar qətnamənin icrasında deyil, sözügedən mülkiyyətin qeyri-qanuni yolla Sərxanın istifadəsinə keçməkdə maraqlıdırlar. Yoxsa, bir düşünək, axı “icraat haqqında qanun”da haradasa yazılmayıb ki, qətnamənin icrasını tələbkar özü icra edə bilər? Hansı qanuna görə, mülkiyyətçinin açarı zorla əlindən alınıb özgə şəxsə təhvil verilə bilər? Axı, hansı qanun etibarsızlaşmış qətnamədə adı olmayan bir mülkiyyətçinin hüquqlarını pozmağa bunca səlahiyyətlər verib? Təəssüf ki, mülkiyyətçinin hüquqları dövlətin “ədalət carçıları” tərəfindən qəsdən pozulub. Bu cür mülki hallar qanuni əsaslara dayanmayanda isə məhz rüşvətə və ya şəxsi maddi maraqlara dayanır! deyə bilərik. Əgər bunlar savadsızlığa dayanıbsa, onda hüquq təhsilli baiskarların deyilən vəzifələrdə yer almalarına, qanun adına imza atmalarına əsl faciə kimi baxmaqda fayda var.
Şikayətçi onu da bildirir ki, iş üzrə 2004-cü ilə aid qətnaməyə, onun icra mümkünsüzlüyünə də məhkəmələr şərh verməkdən boyun qaçırıb. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Gündüz Şirinov 24 avqust 2020-ci il tarixli (8-(044)-115/2020) qərardadla qətnaməyə şərhi rədd edib. Nə hakimlər, nə də başbilən icraçılar hərəkət və ya hərəkətsizlik edərkən hüquqi halların dərindən araşdırılmasını düşünməyiblər. Nə şəhər icra hakimiyyətinin rəyinə əsaslanmağa, nə də zəruri ekspertizanın aparılmasına maraqlı olmayıblar. Çünki öz maraqları olub.

Tələbkar Sərxan Hüseynovun özü isə Apellyasiya Məhkəməsində bildirib ki, əslində həmin qətnamə icra edilib. Bu daha dəhşətli suallar yaradır, əgər qətnamə icra edilmişdirsə, onda şikayətçinin mülkiyyət hüquqları hansı əsaslarla pozulur və niyə sözügedən obyekt vandalizmə məruz qalmaqdadır?
Yuxarıda qeyd olunan hallardan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi arayışdan bəlli olur ki, əslində tələbkar Sərxan Hüseynovun Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə dair qanuni mülkiyyətçilik hüquqları hazırda ümumiyyətlə mövcud deyil.
Həmin rəsmi sənəddə isə qeyd edilir ki, S.Hüseynov həmin zirzəmini (100kv-m hissəsində) 16.09.2009-cu il tarixli GV-0022 saylı ipoteka müqaviləsilə “Rabitəbank ASC”-nin Gəncə filialına təslim edərək 5 il müddətə (16.09.2009-16.09.2014) 320 min manat kredit götürmüşdür. Nəticədə ödəniş etməmiş, mülk 24.07.2014-cü il tarixli 1514010588 qeydiyyat nömrəli çıxarışla “Rabitəbank ASC”nin mülkiyyətinə keçmişdir. Məktuba əsasən, S.Hüseynovun sözügedən 249 saylı binanın zirzəmisinin digər hissələrində də faktik olaraq mülkiyyətçilik, sahiblik hüquqları mövcud deyildir. Belə olan halda da şikayətçinin mülkiyyət hüquqlarının qeyri-qanuni əsaslarla tapdandığını başqa motivlərlə isbata artıq ehtiyac qalmır. Bununla da anlaşılandır ki, həm məhkəmə, eləcə də icra şöbəsi qətnamənin icrası bəhanəsilə heç bir mülkiyyət hüququ olmayan bir tələbkarın qeyri-qanuni tələblərinə öz maraqları naminə boyun əymişlər.
Hazırda şikayətçinin məhkəməyə müraciətləri əsasında bir neçə hal üzrə iddialarına baxılır. Şikayətçi hər şeyə rəğmən ümidini itirmir, mülkiyyət hüquqlarının tezliklə bərpa ediləcəyinə, qarşılaşdığı məmur özbaşınalığının cəzasız qalmayacağına inanır.
“Demokratik.Az” olaraq biz də hesab edirik ki, uzun illərdir öz vəzifəsini ləyaqətlə və şərəflə icra edən Ədliyyə naziri cənab Fikrət Məmmədov vətəndaşın mülkiyyət hüquqlarının ələ salınmasına diqqət edəcək və ölkədə aparılan məhkəmə islahatları çərçivəsində özbaşınalıqda adıkeçən hakimləri və icra məmurlarını sərt şəkildə cəzalandıracaq.

Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru