İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                 

“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ... - Çarəsiz sakinlərdən MÜRACİƏT
Tarix: 25-08-2021, 10:13 | Çap et
“Sahil - S İnşaat”dan MİSİLSİZ FIRILDAQ...
Azərbaycanda mənzil fırıldağı qədim və köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir. Ona əl uzadanın qolunu kəsir, dəmirbarmaqlıqlar içinə salırlar. Bizdə kiməsə ziyan salmağa, aldığın borcu qaytarmamağa, rüşvətə görə bəlkə də göz yumub keçərlər, amma insanlar evinin əlindən alınmasını, ocağına toxunulmasını əsla əfv etmir.
Elə bu minvalla ötən illər ərzində neçə-neçə tikinti firmalarının sahiblərinə dələduzluq ittihamı ilə dörd hücrəli “ev” bağışlanıb ki, kifayət qədər “istirahət” etsinlər. Amma deyəsən, yenə “gözü çıxmış qardaş”dan ibrət götürməyənlər var. Onlara dərs olmur ki, nə dövlət, nə vətəndaşlar sənin bu qanunsuz hərəkətlərinə sona qədər səbr edəcək.
Məsələn, onlardan biri Bakının Yeni Günəşli ərazisində yerləşən “Sahil - S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) və rəhbəri Allahverdiyev Taley Şamil oğludur. Şirkət payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışır.
Halbuki belə absurd və özbaşına qərar dünyanın heç bir yerində ola bilməz. Şirkət vətəndaşla müqavilə bağlayıb mənzili satırsa, şərtlərə hər iki tərəf əməl etməlidir. Amma “Sahil - S İnşaat” MTK və sahibi T.Allahverdiyev müqavilənin şərtlərini pozaraq cəngəllik qanunlarına istinad edir. Hazırda MTK-nın Yeni Günəşlinin A-B massivində inşa etdiyi binada tikinti tam dayandırılıb və vətəndaşlara hərbə-zorba gəlirlər, ya mənzillərdən imtina etməlidirlər, ya da firmanın təklif etdiyi yeni tariflərlə razılaşmalıdırlar. Belə ki, bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bir sözlə, tam qanunsuzluq, dərəbəylik, anarxiya...
Bununla bağlı şirkətdən mənzil alan sakinlər, o cümlədən onlardan biri olan Anaxeber.info-nun baş redaktoru Azər Talıbov artıq Baş Prokuror Kamran Əliyevə media vasitəsilə müraciət ünvanlayıblar.
Sakinlərin üzləşdiyi problemlə bağlı danışan A.Talıbov Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun.
Baş redaktor inanır ki, bundan öncəki illərdə olduğu kimi, Baş Prokurorluq yenə də mənzil fırıldağını obyektiv araşdıracaq. Onun bildirdiyinə görə, şirkət onun çağırışına məhəl qoymayan mənzil sahiblərini məhkəmə ilə hədələyir.
Sakinlər K.Əliyevə müraciətdə qeyd edirlər ki, T.Allahverdiyevin sahibi olduğu firma mənzil alanları bir-bir çağırır, onlardan ya mövcud müqaviləyə xitam verilməsini, ya da yeni qiymətlərlə müqavilənin təzələnməsini tələb edir.
“Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular.
Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər.
İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur.
Bu nə özbaşınalıqdır? Hansı əsasla məhkəməyə müraciət edə bilərlər? Bizim mənzilləri təhvil verməməyi az deyil, hələ məhkəmə ilə qorxudurlar.
Cənab Baş Prokuror, biz inanırıq ki, müraciətimizə qısa zamanda reaksiya verəcəksiniz və iş araşdırılacaq. Şirkətin bizə qarşı etdiyi bu haqsızlıq və dələduzluqla bağlı təcili tədbir görülməlidir. Şirkət vəd etdiyi vaxtda mənzillərin açarlarını sahiblərinə verməliydi. Amma müqavilədə göstərilən şərtlərin heç birinə əməl etmirlər”, - deyə şikayətçilər Baş Prokurora müraciətdə bildirirlər.
Sakinlərdən biri olan A.Talıbov isə deyir ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi “Sahil-S İnşaat” MTK barəsində ilkin istintaq hərəkətlərinə başlamalıdır: “Çünki ortada konkret fırıldaq əməli var və yüzlərlə insanı aldadırlar. Bir binanın bütün sakinləri əsir-yesir qalıb, heç kəs evinə daxil olub təmirə başlaya bilmir.
İndisə yeni tələb irəli sürülməsi tam qanunsuz addımdır. Heç bir şirkət müqaviləni pozub yeni qiymətlər müəyyən edə bilməz. Nə qanun buna icazə verir, nə də ölkənin həm mənzil bazarında, həm valyuta bazarında hər hansı ciddi dəyişiklik olmayıb ki, şirkət böyük zərər etsin, qiymətləri artırsın. Hətta devalvasiya olsa, firma ciddi böhranla üzləşsə belə, yenə də müqaviləyə xitam vermək səlahiyyəti yoxdur.
Mən yüzlərlə sakinin adından cənab Kamran Əliyevdən xahiş edirəm ki, bu işə tez bir zamanda baxılsın. Şirkət rəhbərliyi öz aləmində hesab edir ki, mənzilləri ucuz qiymətə satıb. İndi mənzil alanlara yeni qiymətlər təklif edilir. Amma bunun sakinlərə heç bir aidiyyatı yoxdur.
Əgər ucuz satdıqları qənaətinə gəliblərsə, bunu zamanında ölçüb-biçməli, layihənin smetasına baxıb qərar verməliydilər. Üstündən xeyli vaxt keçib, müqavilə bağlanıb, binanın sonuncu mərtəbəsi istisna olmaqla, qalan mərtəbələr tikilib, şirkətin yadına düşüb ki, qiymətləri artırsın. Həmin vaxt mənzilin bir kvadrat metrinin qiyməti 900 manat idi.
İndi şirkətin rəhbərliyi bizi çağırıb 1050 manatdan müqavilə tələb edir. Sakinlər neçə ildir ki, bu mənzilləri alıb. Nağd alan da var, kreditlə alan da. Bu, açıq-aydın dələduzluqdur. Ona görə Baş Prokurorluqdan bu özbaşınalıqla bağlı araşdırma aparılmasını gözləyirik”.
Sakinlər K.Əliyevə müraciətdə həm də onu xatırladırlar ki, şirkətin sahibi Allahverdiyev Taley Şamil oğlu 2016-cı ildə məsuliyyətə cəlb olunub. O, sərxoş halda avtomobil idarə etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzalandırılıb. Sakinlər deyirlər ki, içkili vəziyyətdə maşın sürüb özünün və insanların həyatını təhlükəyə atan, məsuliyyətsizlik edən birindən elə bunu da gözləmək olar. Odur ki, sakinlər Baş Prokurorun mənzil fırıldağına son qoymasını xahiş edirlər. Dediyimiz kimi, mənzil fırıldağı köhnə “peşə”lərdən biridir. Bu nalayiq hərəkətə görə isə heç kəsi bağışlamırlar. Çünki ev bizim xalq üçün müqəddəs dəyərdir...

Anaxeber.info











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru