Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir... - AĞDAMDAN ŞİKAYƏT
Tarix: 11-04-2022, 10:11 | Çap et
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
44 günlük Vətən Müharibəsində vəhşi düşmən müharibə zonasına yaxın və yaxın olmayan xeyli sayda yaşayış məntəqəsini, hətta beynəlxalq səviyyədə qadağan olunmuş raket və top mərmiləri ilə intensiv atəşə tutmaqdan belə çəkinmədi. Konkret desək, erməni vəhşiliyi nəticəsində xeyli sayda mülki şəxs həlak oldu, yaşayış evlərinə, dövlət və özəl sektor obyektlərinə ciddi zərər dəydi, bir çoxları tamamilə dağıdıldı.

Ölkə rəhbərliyi müharibə zamanı əhaliyə dəyən zərərin qısa müddətdə aradan qaldırılmasına xüsusi diqqətlə yanaşaraq, öz ciddi göstərişlərini verdi. Hələ müharibə başa çatmamış, dövlət başçısı tərəfindən noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalandı. Həmin Sərəncama əsasən, Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı. Həmçinin bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalandı və aidiyyatı təyinatlı 11 işçi qrupu yaradıldı. İşçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verildi. Dekabrın 14-də isə, Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalandı.

Həmin sərəncamlara əsasən, təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alındı. Daha sonra, yardımın ödənməsi üçün dövlət büdcəsindən ilkin olaraq 9 milyon manat ayrıldı.

Nazirlər Kabinetinin daha bir Qərarına əsasən, ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini yerli icra hakimiyyəti orqanları aidiyyatı ərazi üzrə təmin edəcəkdilər. Elə bu mərhələdə, yəni yardımların əhaliyə çatdırılması zamanı bir çox narazılıqlar meydana gəldi. Təmir-bərpa kateqoriyasına aid edilmiş qəzalı evlərdə işlərə başlanılandan az sonra, zərərçəkmiş əhaliyə çatacaq vəsaitlərin bir qisminin rayon məmurları tərəfindən mənimsənilməsinə dair xoşagəlməz məlumatlar yayıldı. Bu barədə, daha ətraflı növbəti yazılarımızda. İndi isə, yeri gəlmişkən, onu da qeyd edək ki, müharibə başlayan zaman erməni silahlı terrorçularının təcavüzü nəticəsində ən çox ziyan görmüş rayonlardan biri Ağdam oldu. Onda Ermənistan Silahlı Qüvvələri Ağdamı intensiv raket və mərmi atəşinə tuturdu. Burada ümumilikdə ciddi zərər dəyən minlərlə tikili arasında yaşayış evləri də çoxluq təşkil edirdi. Ziyan görmüş həmin fərdi evlərdən birinin sahibi də, gördüyü bu zərərlə bağlı başına gələnləri və gətirilənləri araz.az-a açıqlayan Ramin Haqverdiyev idi.

Özünü aldadılan zərərçəkmişlərdən biri kimi redaksiyamıza təqdim edən Ramin Bayramov Ağdam rayonunun Xındırıstan kəndindəndir. Zərərçəkən kənd sakini bizimlə təmas zamanı təşviş və həyəcan içində bizə əsasən onu çatdırmaq istəyirdi ki, Prezident sərəncamlarına və göstərişlərinə uyğun olaraq, ona çatacaq maddi yardımı günü bu günədək ala bilməyib. Özünün araz.az-a da ünvanladığı şikayət xarakterli məktubunda və video müraciətində dediyi kimi, Vətən Müharibəsinin davam etdiyi ağır günlərdə mənfur düşmən qüvvələrin Xındırıstan kəndinə atdıqları aramsız top mərmiləri onun ailəsinin yaşadığı evə də ciddi ziyan vurub: В«Müharibə başlayanda, ermənilərin atdıqları mərmilərdən biri də mənim evimə düşdü. Düşmən qüvvələr tərəfindən qəzalı vəziyyətə salınan evimizdə, iki ildən çoxdur ki, 6 nəfərlə qorxa-qorxa yaşayırıq. Ciddi qəzaya düşən evimizin necə təhlükəli vəziyyətdə olduğu çoxdan hamıya məlumdur. Bunu, eləcə də mərmi zərbəsindən hər anı təhlükəli ola biləcək qəza alan evimizə müharibədən sonra dörd dəfə baxış keçirən rəsmi dövlət komissiyasının üzvləri – məmurlar belə yaxşı bilirlər. Nə olsun, bu yaxşı bilməyin də, hələ ortada bizə xeyri ola biləcək heç bir yaxşı nəticəsi yoxdur.

Özüm, ailə başçısı olaraq, Nazirlər Kabinetinə xeyli bundan əvvəl bir daha rəsmi qaydada məktubla müraciət də etdim. Göndərdiyim məktubu, oradan, tədbir görülməsi üçün Ağdam Rayon İcra Hakimiyyətinə göndərdilər. İcra Hakimiyyətindən isə, onlara bildiriblər ki, guya, mənə min manat pul verilib. Belə bir yalan, belə bir iftira əsl biabırçılıq və vicdansızlıqdır, deyilmi?!.

Məktubuma əlavə etdiyim şəkillərdən və video müraciətdən də aydın görünür ki, evimə ciddi zərər dəyib. Divarları dağılmaq təhlükəsi ilə üz-üzədir. İşsiz adamam, başqa qazanc yerim olmadığına görə, onu yenidən bərpa edə də bilməmişəm. Son vaxtlar sakit dayandığım üçün, mən tərəfə baxan da yoxdur. Adam abrını saxlayanda beləmi edərlər?!.В».

Zərərçəkən bu prosesin dayandırılmasından hədsiz narazıdır və bunu öz açıqlamasında xüsusi vurğulayır: “Bizim evimizə ciddi zərər dəydiyi göz qabağındadır, açıq-aydin görünür ki, pəncərələri və dam örtüyü pis vəziyyətdədir. Yan divarlarından birinin əyildiyi də hiss olunur. Qazanc yerim olmadığına görə, yenidən təmir və bərpa edə bilmirəm ki, divarlarının uçmaq qorxusundan canımızı birtəhər qurtararaq, evimizdə rahat yaşaya bilək.

Bir daha bildirirəm ki, düzdür, gəlib, qeydə alıblar. 4 dəfə başdansovdu baxış keçirən komissiya üzvlərinin axırıncı dəfə baxıb getdikləridir. Ondan bəri maraqlanan yoxdur. Uzun müddət keçməsinə baxmayaraq, bu ciddi problemimizlə məşğul olan yoxdur, sanki gördükləri işi yarımçıq qoymaqdan rahatlıq tapırlar.

Onlar bilməlidirlər ki, mənim və mənim kimilərin günahlarımız ucbatından deyil, mənfur düşmənin atdığı mərmilər nəticəsində evlərimiz belə yararsız hala düşüb. Bir də ki, əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi oldu. Bu göstərişə əsasən, Vətən Müharibəsi zamanı zərər görmüş fərdi evlər qısa müddətdə təmir olunmalıydı. Müharibə çoxdan bitsə də, çoxları kimi, mənim də evim indiyədək yararsız vəziyyətdə qalıb. Əsl günahkarlar isə, vəziyyətdən sui-istifadə edib vətəndaşları hədsiz dərəcədə incidən bəzi məmurlardır. Ancaq unutmaq lazım deyil ki, bu cür həssas məsələdə insanları incitmək olmaz.

Bir daha deyirəm, bizə dəymiş ziyanın ödənilməsi ilə bağlı, möhtərəm Prezidentin sərəncamları və xüsusi göstərişləri var. Aidiyyatı dövlət qurumlarının rəhbərləri insanları incitməzdən öncə, ölkə başçısının sərəncam və göstərişlərini bir daha xatırlasınlar. Axı, belə özbaşınalığın sonu yaxşı olmaz! Günahkarlar geci-tezi öz layiqli cəzalarını alacaqlar! Bir də ki, belə vicdansızlığı Böyük Allah da bağışlamaz!..

…Möhtərəm Prezidentimiz çıxışlarında dəfələrlə qeyd edib ki, onun rəhbərliyi dövründə böyüyən gənclər 44 günlük Vətən Müharibəsində şanlı qələbə çaldılar. Bəli, Prezident düz deyir, onun dedikləri bizim gözlərimiz önündə oldu. Bu gün, mənim də, Şanlı Ordumuzun gələcək fəxr ediləsi əsgərləri olacaq övladlarım bu evdə böyüyürlər. Böyük övladım babasının medalları ilə fəxr edir, şəhid dayısının adı ilə qürur hissi keçirir. İndi mənimlə bərabər, övladlarım da ölkə rəhbəri İlham Əliyev cənablarından rica edirik ki, belə bir xoşagəlməz problemimizin aradan qaldırılması üçün, bizə lazımi köməkliyini göstərsin!В».
Araz.az


Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...
Müharibədə düşmən hədəfi olan evində hələ də yaşaya bilmir...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru