"Pul verməyəndə elə edir ki, ya uşaq ölsün, ya ana, ona `qəssab Kəmalə` deyirlər" - Naxçıvanda NARAZILIQ
Tarix: 2-05-2022, 12:15 | Çap et
 Naxçıvan Doğum Mərkəzində doğuş zamanı ölən ana və uşaqların sayının günbəgün artdığı bildirilir. Buna səbəb, doğuşdan öncə rüşvət verməyən ailələrə xəstəxanada biganə yanaşılmasıdır. Mərkəzdə qeysəriyyə əməliyyatı üçün 1500, təbii doğuş üçün isə 500 manat rüşvət tələb olunduğu bildirilir. Rüşvətxorluğun qurbanı olub, ölümə tərk edilənlər isə, bu məbləği verə bilməyən aztəminatlı ailələrdir. DİA.AZ xəbər verir ki, bununla bağlı "Gündəlik Naxçıvan"a xeyli sayda şikayətlər daxil olub. Şikayətçilər deyir ki, bu qanunsuzluq və qeyri insani münasibətin başında mərkəzin baş həkimi Kəmalə Qurbanova durur. Onun, yerli hakim ailə Talıbovlara yaxın olduğu bildirilir.

Şahbuz rayon sakini Faiq Məmmədov deyir ki, doğuş üçün mərkəzə müraciət edənlərə ilk olaraq, keysəriyyə əməliyyatının vacib olduğunu deyirlər: "Hamıya birmənalı olaraq, eyni sözü deyirlər. Qorxudurlar ki, əməliyyat olmasa, ana və uşaq ölə bilər. Hamı da bilir ki, yalan deyirlər, məqsədləri pul almaqdı. Lakin, məcbur qalıb verirlər. Bilirlər ki, rüşvət verməsələr, ananı da, uşağı da ölümə buraxacaqlar. Bu yaxınlarda mən də gəlinimi aparmışdım. Mənə də eyni sözləri dedilər. Baxdılar ki, əməliyyat üçün pulum yoxdu, onsuz da verə bilməyəcəm, dedilər yaxşı, 500 manat versən, elə edərik, normal doğuşla ölməzlər. Yoxsa, qarantiya vermirik. Məcbur qaldım, borc alıb, verdim dedikləri pulu. Uşağı çıxarmağa gedəndə gəlin dedi ki, bir ailə pul vermədiyi üçün, elə etdilər, doğuş zamanı uşaq öldü". Digər şikayətçi Yaşar Qurbanov deyir ki, rüşvət verə bilmədiyi üçün, onun qohumunun da başına eyni faciə gəlib: “Bacım oğlu həyat yoldaşını doğuş üçün oraya aparmışdı. Dedilər əməliyyat olmalıdır. Pul istədilər verə bilmədik. Uşağın ölüsünü bizə verdilər. Xoşbəxtlikdən anaya bir şey olmadı”. Təhlükəsizliyinə görə adının çəkilməsini istəməyən doğum mərkəzi işçilərindən biri deyir ki, imkansız xəstələrə rəhm edən həkimlər cəzalandırılır: “Bu qaydalar Kəmalə Qurbanova baş həkim təyin ediləndən sonra qoyulub. O vaxta kimi, doğuşların 5-10 faizi keysəriyyə əməliyyatı tələb edirdi. Yerdə qalan təbii doğuşla. İmkanı olmayanı da ötüşdürürdülər. Kəmalə xanım baş həkim təyin olunandan sonra, bu rəqəm 80-90 faizə qalxdı. Hamını qorxu altında əməliyyata məcbur edir ki, çox pul alsın. Pul verməyəni qəsdən elə edir ki, ya uşaq ölsün, ya ana. Bununla digərlərinin gözünü qorxudur. Buna görə də, Naxçıvanda ona "qəssab Kəmalə" ləqəbi qoyulub. Bunu hamı bildiyindən borc-xərc tapıb gətirib verirlər. İşçilərdən, həkimlərdən kimsə onun qoyduğu qaydalardan kənara çıxa bilməz və heç bir kasıba güzəşt edə bilməz. Rüşvət işinə birbaşa özü baxır". Bir neçə ay öncə Babək rayon sakini Zeynal Bağırzadə 450 manat rüşvət vermədiyi üçün, yeni doğulan nəvəsi və gəlini doğum mərkəzində bir neçə gün girov saxlanılmışdı. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra, onlara evə getməyə icazə verilmişdi. Naxçıvan Doğum Mərkəzindən ittihamlarla bağlı sualları cavablamaqdan imtina ediblər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|