Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB... - Baxanı da yoxdur...
Tarix: 2-06-2022, 10:59 | Çap et
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bu ilin yanvar ayında Prezident sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Ölkəyə gələn bir çox xarici qonaqlar, o cümlədən, siyasilər, mədəniyyət sahəsinin tanınmış nümayəndələri, qardaş Türkiyənin bir çox parlaq simaları hər dəfə ölkəmizə təşrif buyuranda, ilk gedəcəkləri yerlərdən biri, hətta birincisi Şuşa şəhəri olur. Bu, artıq dəb halını alıb. Şuşa şəhərində demək olar ki, hər ay bir tədbir keçirilir, bir konsert verilir və bütün sosial şəbəkələr həmin festivalların görüntüləri ilə dolub-daşır. Şuşa şəhəri ölkəmizin mədəniyyət mərkəzidir və bütün bu tədbirlər normaldır, keçirilməlidir. İllərlə biz xalq olaraq bu günləri gözlədik, nəhayət görmək, duymaq, o torpaqlara ayaq basmaq uca Yaradan tərəfindən bizə qismət oldu.
Ancaq ortada olduqca anormal bir mənzərə də var - 2022-ci il “Şuşa ili” elan edilir və bu şəhər ölkənin mədəniyyət mərkəzinə çevrilir, bununla yanaşı, paytaxt Bakıda yerləşən “Şuşa”, yəni Şuşa kinoteatrı zibilliyin, antisanitariyanın, sərxoş və tüfeyli həyat tərzi sürənlərin mərkəzinə çevrilir. Açığı, heç burada həmin o məşhur kinoteatrdan əsər-əlamət də qalmayıb, sadəcə əvvəllər onun yerləşdiyi yer indi dəmirlərlə hasarlanıb və on illərdir ki, o vəziyyətdədir. İçəridə ağaclar, kollar bitib, amma bu kollar, ağaclar sanki kimsə tərəfindən əkilməyib, əksinə, insan ayağı dəymədiyindən, təbiət özü bitirib. Ancaq yox, bura insan ayağı dəyir, hətta burda özünə yorğan-döşək salıb yatan kimsəsizlər də var.

Gənclik metrosundan çıxıb, üzü Atatürk parkı istiqamətində getdim. Kinoteatrın xarabalıqlarını görmək üçün Qazi Mustafa Kamal Atatürkün adını daşıyan bu prospektdən və eyniadlı parkdan keçməli idim. Parkın girişində “Atatürk parkı” yazılsa da, içəridə Atatürkü xatırladan bir yazı, lövhə, tikili belə yox, hər yer kafe-restoran və adları da əcnəbi dillərdə. Tiragikomediya isə orasındadır ki, Atatürkün adını daşıyan parkın daxilindəki restoranların adları ingiliscədir. Təbii ki, bir çox suallar da yaranmış olur: bu parkın Atatürklə uzaqdan-yaxından nə əlaqəsi var? Parkda restoran və kafelərin nə işi var? Bu sonuncu sual həqiqətən maraqlıdır. Bakı sakinləri icra hakimiyyətlərinin qorxusundan öz evinə bir qapı sala bilmir ki, bu saat gəlib, başına uçuracaqlar, amma şəhərin mərkəzində, insanların asudə vaxt keçirməsi üçün salınmış parkda kafe-restoran əlindən tərpənmək olmur. Mən bilən, Atatürk restoran adamı yox, cəbhə adamı olub, yaxşı olardı ki, dəyişikliyə elə ilk öncə parkın adından başlayardılar, bu park Mustafa Kamalın adını daşımağa qətiyyən layiq deyil.

Qayıdaq əsas mövzumuza - Şuşa kinoteatrına, yaxud da kinoteatr xarabalığına. Bölgə illərdir iri dəmir lövhələrdə qapadılıb, nə bir tikinti var, nə də bir təmizlik. Ətrafda içki şüşələri, iynələr, içi zibil dolu sellofan torbalar, bir də bütün bunların içində özünə yataq yeri düzəltmiş və şirin yuxuda olan kimsəsiz biri... Görüntülərdən belə anlaşılır ki, bu dəqiqə aidiyyatı qurumlardan heç birinin bu əraziyə ayıracaq nə zamanı, nə də marağı var. Bəlkə nə vaxtsa ölkə prezidenti bu yerdə yenidənqurma barədə sərəncam imzalasa, onda hər birinin gözü də, könlü də açılacaq. Məlum, ortada yenidənqurma üçün ayrılacaq dövlət vəsaiti var axı. Necə bir zamanlar Şuşa şəhəri ilə bağlı bəzi özünü ağıllı zənn edən nazir-məmur tayfası Prezidentə təkliflər etmişdilər ki, şəhərdə zastava, otel binaları, kimlərinsə nəzarətində ola biləcək biznes mərkəzləri açılsın. Həmin vaxt ölkə rəhbəri bütün bu “təklif”ləri rədd etmiş, hətta onlara öz hədlərini bildirmişdi. Eyni şey bu gün xarabalığa dönmüş Şuşa kinoteatrı üçün də keçərlidir. Bura indi heç kimin marağında olmayan, zibilliyə dönmüş boş ərazidir. Bəlkə də, hansısa icra başçısının, məmurun burda tikmək istədiyi xülyaları var, ancaq bu, diqqət çəkəcəyindən belə bir işə qol qoymaq istəmir. Ətrafda sıx ağaclar da var, əgər obyekt tikilsə, gərək həmin ağaclar kəsilə, yaşıllıq da yox ola. İndi bu ərazidə nə Atatürk parkında olduğu kimi restoran-kafe aça bilirlər, nə də əvvəlki kinoteatr binasını inşa edirlər. Necə deyərlər, yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal.

Məsələ ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti ilə əlaqə saxladım. Bildirildi ki, bu ərazi Binəqədi rayonu İH-nin balansında olduğundan bu barədə heçnə edə və deyə bilməzlər. Binəqədi İH isə bildirir ki, Şuşa kinoteatrı kimi mədəniyyət sahəsinə məxsus tikililərdən Mədəniyyət Nazirliyi məsuliyyət daşıyır, gərək, onlar bu işə maraq göstərsinlər. Mədəniyyət Nazirliyi isə bildirir ki, 2006-cı ildə ölkə prezidentinin sərəncamı ilə bir sıra kinoteatr özəlləşdirməyə açılıb. Onların sırasında “Şuşa“ kinoteatrı da olub. Bu baxımdan da nazirliyin balansından çıxarıldığından sözügedən obyektin acınacaqlı durumunun və gələcək aqibətinin onlara heç bir aidiyyəti yoxdur.

Qarabağdakı Şuşanı erməni vandalizmindən təmizlədik, bir qaldı Bakıdakı “Şuşa”mızın fəthi. Görək, buna gücümüz, qüdrətimiz çatacaqmı, yoxsa paytaxtda da şəhid verməli oalacağıq?...
Bizimyol.info

Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...
Bakının bağrındakı `Şuşa`mız XARABA GÜNƏ QALIB...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru