“Baku-Rifah” MMC Qarabağ Qazisinə QARŞI... - Prezidentə müraciət olundu
Tarix: 10-06-2022, 09:37 | Çap et
 Redaksiyamıza “Baku-Rifah” MMC-dən Prezidentə, Birinci Vitse-Prezidentə və dövlət qurumlarına ünvanlanan şikayət məktubu daxil olub. Şikayətdə sözügedən şirkət tərəfindən aparılan söküntü işləri zamanı iki ailənin hüquqlarının gobud şəkildə pozulduğu bildirilir. KİV vasitəsiylə edilən müraciətdə biri müharibə veteranı, biri əlil, biri ahıl olmaqla iki ailənin üzvləri düşdükləri acınacaqlı vəziyyət barədə açıqlama verərək, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edirlər.
Şikayət məktubunu olduğu kimi dərc edərək qeyd edirik ki, şikayət olunan tərəf də saytımız vasitəsiylə mövqeyini bildirə bilər. “Möhtərəm Prezident! Hörmətli, Mehriban xanım! “Baku-Rifah” MMC tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin söküntüsü həyata keçirilir. Həmin Şirkət sökülən evlərin yerində tikiləcək binalarda bizi yaşayış sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Biz- Rəhilə Əliyeva və onun qızı Aytən Əliyeva Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi EV 34A ünvanında qeydiyyatda olmaqla yaşamışıq, bir ünvanda 2 bir-birindən təcrid olunmuş ev mövcud olmuş, evin birində Rəhilə Əliyeva, oğlu Vüsal Əliyev və onun ailəsi yaşamışdır. Digər evdə isə Aytən Əliyeva öz ailəsi ilə birlikdə yaşamışdır. Həmin evlər “Baku-Rifah” MMC tərəfindən sökülmüşdür. “Baku-Rifah” MMC tərəfindən bizə bildirilmişdir ki, hər bir ailəyə sökülən evlərin yerində yeni bina tikilib mənzillər təhvil verilənə kimi aylıq kirayə haqqı kimi 400 manat pul veriləcəkdir. Biz də buna inanıb, notarial qaydada evin sökülməsinə etiraz etməməyimizlə bağlı ərizə verdik. Lakin daha sonra “Baku-Rifah” MMC tərəfindən aldadıldığımızı bilib, dərhal notariat kontoruna gedərək, evin sökülməsinə etiraz etməməyimizlə bağlı verdiyimiz ərizələri ləğv etdik. Belə ki, bizə məlum oldu ki, “Baku-Rifah” MMC qardaşım, eyni zamanda Rəhilə Əliyevanın oğlu Əliyev Vüsal Taleh oğlu ilə əlbir olaraq, bizi faktiki olaraq evsiz-eşiksiz qoymuşdur. Yaşlı anam 74 yaşından sonra qohumların evində sığıntı kimi yaşamağa məcbur olmuşdur. “Baku-Rifah” MMC bizi aldadıb, yalnız Vüsal Əliyevlə sökülən evlərin yerində mənzilin və mənzil təhvil verilənə kimi 400 manat kirayə pulunun verilməsi ilə bağlı 2 ayrı müqavilə bağlamışdır. Sökülən ünvanda Aytən Əliyevanın ailəsi ilə birlikdə yaşadığı 2 ayrı ev olmasına baxmayaraq, Baku Rifah MMC yalnız Vüsal Əliyevə biri 90 kv.m olmaqla 2 ayrı mənzilin verilməsinə dair müqavilə bağlayıb. Halbuki, həmin evə dair bütün hüquqmüəyyənedici sənədlər Rəhilə Əliyevanın adına olmuşdur. Bugün Vüsal Əliyevlə “Baku-Rifah” MMC-nin hərəkətləri nəticəsində 74 yaşlı Rəhilə Əliyeva oğlu Vüsal Əliyev tərəfindən çölə atılmış, qohum-əqrəba qapısında yaşamağa məcbur edilmişdir. Aytən Əliyeva isə 2-ci qrup əlildir, həyat yoldaşı Füzuli rayonundan məcburi köçkün olmaqla müharibə veteranıdır və onlar 4 nəfərdən ibarət ailəsi ilə qəza vəziyyətində olan yataqxananın 1 otağında yaşamağa məcbur olmuşdur. Nəyə görə sökülən 2 evin yerində tikiləcək binada Vüsal Əliyevə 2 ayrı mənzil verilir, 74 yaşlı Ana və 4 nəfərdən ibarət əlil Aytən Əliyevə 1 otaqlı qəza vəziyyətində olan yataqxanada yaşamalıdı? Axı Vüsal Əliyevin ailənin digər üzvlərindən və ya evi sökülmüş Aytən Əliyavadan üstünlüyü nədir? Nəyə görə “Baku-Rifah MMC yalnız Vüsal Əliyevə 2 ayrı mənzil verir? Nəyə görə Baku Rifah MMC sökülən 2 ayrı evin əvəzində müqavilələrdən birini Aytən Əliyeva və ya Rahilə Əliyeva ilə bağlamır? Nəyə görə “Baku-Rifah” MMC kimi şirkətlər ölkədə aparılan islahatlara kölgə salırlar? Xahiş edirəm, bütün bu hallar araşdırılsın, 74 yaşlı ağbirçək ananın göz yaşları daha axıdılmasın, bu ədalətsizliyə son qoyulsun.” //moderator.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|