İntihar edən qazinin oğlu Sahil Babayevi İFŞA ETDİ - “Kim rüşvət verməsə, təqaüdünü kəsirlər”
Tarix: 6-09-2022, 10:10 | Çap et
 Özünü yandıraraq intihar edən I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlu ötən gün vəfat edib. Faktla bağlı artıq Baş prokurorluq araşdırmalara başlayıb. Ailəsi Nazir Həsənovun əlillik pensiyası kəsildiyi üçün onun addımı atdığını söyləyir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) isə iddiaların əsassız olduğunu bildirilib. DİA.AZ xəbər verir ki, Toplum TV-yə açıqlama verən nazirlik rəsmisi Tural Qurbanov əlillik təyinatını onlara göndərilən tibbi arayışlara əsasən təyin etdiklərini bildirib: “2021-ci ilin may ayında vətəndaşa 5 illik müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb. O əlilliyə görə də aylıq müavinət alırdı. Vətəndaş əyani müayinədə iştirak edib. Biz tibb müəssisəsinin göndərdiyi göndəriş əsasında qiymətləndirmə aparmışıq. Həmin göndərişdə vətəndaşın dediyi diaqnozların heç biri qeyd olunmayıb. Tibb müəsisəsinin göndərdiyi göndərişdə (Forma 88) baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları qeyd olunub və bunun hərbi xidmətlə əlaqəsinin olmadığı müəyyən edilib”. T.Qurbanov bundan öncə qaziyə veteran təqaüdünün verilməsini isə belə açıqlayıb: “Əlillik təyinatları müddətli və müddətsiz olur. Müddətli əlilliklərdə müddət bitdikdə vətəndaş tibb müəssisəsinə müayinə üçün yenidən müraciət edir. Vətəndaşın sonuncu sağlamlıq müayinəsini aparılarkən tibb müəssisəsi hansı diaqnozu qeyd edibsə, ona uyğun olaraq da əlillik təyinatı aparılır. Vaxtilə vətəndaşa qəlpə yaralarından aldığı travmalara görə tibbi göndəriş verilmişdi. Amma 5 il əlillik müddəti bitdikdən sonra vətəndaşın ağırlaşmaları daha da artıb, amma bu dəfə bunlar hərbi səbəblərdən deyil, sonradan yaranan səbəblərdən baş verib. Ona görə də ümumi səbəbdən əlillik təyinatı aparılıb”. Qurbanov nazirliyin araşdırma apardığını və yekun qərar verdiyini bildirib. Vəfat edən qazinin oğlu Mübariz Həsənov isə nazirliyin izahatını qəbul etmir. O sual edir ki, əgər atası anadangələmə xəstə idisə, bu vaxta qədər necə veteran təqaüdü alıb: “Atamın pensiyası bir ildən artıqdır ki, kəsilmişdi. 9 il idi pensiya alırdı. 10-cu ilinə keçəndə son dəfə komissiyadan keçəcəkdi və bununla da ona ömürlük əlillik təyin olunacaqdı. O zaman sənədləri Əlillərin Bərpa Mərkəzinə göndərildi. Orada yoxlanıldı sənədlər, amma imtina cavabı gəldi. Təkrar müayinə istədilər. İkinci dəfə təkrar müayinə aparıldı. Əlillərin Bərpa Mərkəzindən bu dəfə bildirdilər ki, xəstəlik anadangəlmədir. Anadangəlmədirsə, bu insan 9 il pensiyanı necə alıb? Saxta sənədlə alıb? M.Həsənov iddia edir ki, kim rüşvət verməsə, onun təqaüdünü kəsirlər. “Baxmırlar. Kim 3-5 min verir, deyirlər ki, gəl sənin işini düzəldim. Amma kim vermir, onun işinə baxmırlar. İnsan həyatından bezər də. İş qabiliyyətin itirib. Başında 28 qəlpə yarası var idi. Dərmanlarını da kəsdilər, ağrılara dözə bilmədi. Başındakı qəlpələrə görə ozünü idarə edə bilmirdi. Onu artıq kim qaytara bilər?” M.Həsənovun indi tələbi işin düzgün araşdırılmasıdır: “Arayışı səhv yazan Elşən Cavadovun da , digərlərinin də işinin araşdırılmasını tələb edirəm.Əgər baxmasalar, hara lazımdır, gedəcəm. Qoymayacam ki, atamın işi belə qalsın”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
| • Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00 |
|
|
|
| • İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56 |
|
|
|
| • Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
| • Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45 |
|
|
|
| • Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35 |
|
|
|
| • DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29 |
|
|
|
| • Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26 |
|
|
|
| • İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21 |
|
|
|
| • Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16 |
|
|
|
| • Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14 |
|
|
|
| • Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11 |
|
|
|
| • Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08 |
|
|
|
| • "Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54 |
|
|
|
| • Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52 |
|
|
|
| • Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51 |
|
|
|
| • Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49 |
|
|
|
| • Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46 |
|
|
|
| • İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37 |
|
|
|
| • “Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36 |
|
|
|
| • İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32 |
|
|
|
| • Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30 |
|
|
|
| • “Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
| • Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27 |
|
|
|
| • Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26 |
|
|
|
| • İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21 |
|
|
|
| • 33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07 |
|
|
|
| • 17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00 |
|
|
|
| • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57 |
|
|
|
| • Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54 |
|
|
|
| • "Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45 |
|
|
|
|