Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib .....                     Kənd təsərrüfatında maliyyə şumlaması .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Nazirdən yeni direktor təyinatı .....                     İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş .....                     Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı .....                     Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir .....                     “Nar” Kitab Gününü Salyanda qeyd etdi .....                     Kəmaləddin Kafarov millətə qənim kəsilib? .....                     Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib .....                     Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" .....                     Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                 

Arzu Rəhimovun 2 milyon manatlıq şok korrupsiyası - Köhnə bina yeni tikili kimi sənədləşdirilib
Tarix: 11-07-2014, 11:43 | Çap et
Arzu Rəhimovun 2 milyon manatlıq şok korrupsiyası
Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) yaratdığı xoşagəlməz ab-hava göz qabağındadır. Respublika Hərbi Komissarlığının ləğv edilməsindən sonra gənclərin hərbi xidmətə çağırılması məsələsində olduqca ciddi problemlər meydana çıxmağa başladı. Vəzifələrinə ötəri münasibət bəsləyən xidmətin yerli şöbə və idarələrinin rəsmiləri xəstə çağırışçıları hərbi xidmətə göndərməklə və sağlam gəncləri nəyinsə müqabilində əsgərlikdən yayındırmaqla bu sahədə özbaşınalığın əsasını qoydular. General-leytenant Arzu Rəhimovun rəisi olduğu xidmət iki illik fəaliyyəti dövründə müsbət işlərlə yadda qala bilmədi.

Məhz bunun nəticəsidir ki, qanunsuz işlərə imza atan generalın adı ölkə mətbuatının gündəmindən düşmək bilmir. Artıq vəziyyət o həddə çatıb ki, bu sistemdə çalışan bir çox zabit generalın fəaliyyətinə açıq-aşkar şəkildə etirazlarını bildirir və işləmək istəmədiklərini dilə gətirirlər. Onların fikrincə, ölkənin keçmiş hərbi komissarı Əliağa Hüseynovun dövründə normal şərait var idi, eyni zamanda şəxsi heyət indiki kimi incidilmirdi. Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra qurumun yerli şöbə və idarələrinin yerləşdiyi binaların əsaslı təmiri, o cümlədən yeni binaların tikintisi məsələsinə də xüsusi diqqət ayrıldı. Belə ki, ölkə rəhbərliyi xidmətin işinin yüksək səviyyəyə çatdırılmasından ötrü büdcədən lazım olan qədər vəsait ayırır. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Arzu Rəhimov prezidentin etimadından istifadə edərək büdcədən ayrılan vəsaitləri başqa məqsədlərə sərf edir. Xatırladaq ki, qəzetimizin əvvəlki saylarında xidmətin Sumqayıt şəhər idarəsinin təmiri və Nizami rayon idarəsinin yeni binasının tikintisi zamanı dəhşətli maliyyə yeyintilərinə yol verilməsi barədə yazılar dərc etmişdik. Buna baxmayaraq, general-leytenant həmin məqalələrə heç bir reaksiya vermədi. Hörmətli xidmət rəisi bütün bunlara susmaqla münasibət bildirdi. Ki, susmaq da razılıq əlaməti kimi başa düşülür. Axı faktın qarşısında nə demək olar? Arzu Rəhimov nə qədər arqument gətirsə də belə fakt faktlığında qalır. Və çoxları xidmət rəisinin hansı qanunsuzluqlara zəmin yaratdığını yaxşı bilir. Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinin keçmiş rəisi ilə bağlı xəbərlər səngimək bilmir. SHXÇDX rəhbəri ilə bağlı yeni iddialar ortaya atılıb. Mötəbər mənbələrdən aldığımız məlumatlara görə, xidmətin Ağsu rayon şöbəsinin bir neçə ay öncə açılışı edilən binasının В«tikintisiВ» zamanı kütləvi yeyintiyə yol verilib. Daha doğrusu, həmin binanın tikintisi sadəcə olaraq, göstərilib. Sual edirik: görəsən, belə işlərlə məşğul olan şəxs kimə arxayındır? Axı bu pulu ölkə başçısı cənab prezidentimiz ayırır. Hara baxır Xanlar Vəliyev, nədir bu yaranan susqunluq? Kimə verilir bu pullar ki, bunun da nəticəsində dövlət büdcəsindən ayrılan 1 700 000 manat vəsait göyə sovrulub: В«Bu ilin fevral ayının 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün yeni tikilən inzibati binanın açılış mərasimi keçirildi. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış etdilər. Arzu müəllim açılış mərasimində söylədiyi çıxışı zamanı prezident İlham Əliyevin 2012-ci ilin fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tətbiqi barədə imzaladığı fərmanla şəhər, rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının bu sahədə çalışan hər kəsə öz məsuliyyətini daha dərindən dərk etməyə imkan verdiyini dedi. O bildirdi ki, xidmətin yerli şöbələri üçün yeni inzibati binalar tikilir və ya mövcud binalar əsaslı təmir edilir. Xidmətin yerli şöbəsi üçün ilk inzibati bina Ağsu rayonunda tikilib. Ümumi sahəsi 2500 kvadratmetr olan üç mərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada 21 iş otağı, o cümlədən iclas zalı, çağırışçılarla iş bölməsi, səfərbərliyə hazırlıq və səfərbərlik bölməsi, qeydiyyat otağı, növbətçi, məxfi hissə, tibbi komissiya üçün 12 otaq fəaliyyət göstərir. Bu, Arzu Rəhimovun söylədiyi fikirlərdir. Əslində isə, xidmətin Ağsu rayon şöbəsi üçün yeni bina tikilməyib. Generalla icra başçısının açılışını etdiyi bina Dövlət Miqrasiya Xidmətinin Ağsu rayon şöbəsinə məxsus olub. Daha sonra şöbə ordan köçürüldüyündən bina boş qalıb. Arzu Rəhimov əlinə əlverişli məqamın düşdüyünü görüb həmin köhnə binanı təmir edib sənəd üzərində yeni bina tikdirdiyini göstərməklə büdcədən ayrılan 1 700 000 manat vəsaitin məsələsini həll edib. Çünki buna başqa ad qoymaq mümkün deyil. General aidiyyəti dövlət qurumlarından qorxub-çəkinmədən külli miqdarda vəsaiti şəxsi büdcəsinə yönləndirib. Yenə deyirəm xidmətin Ağsu rayon şöbəsi üçün heç bir yeni bina tikilməyib. Köhnə binanı təmir edib sənəd üzərində guya yeni tikildiyini qeyd etməklə külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.Bu konkret faktdırВ».

Buna nə sözünüz var, yoldaş general? Ölkə rəhbərliyi sizə və rəhbəri olduğunuz quruma etimad göstərdiyi halda, niyə belə işlərlə məşğul olursunuz? Axı yalan danışmaq, həqiqətə uyğun olmayan fikirlər bildirmək nəyə və kimə lazımdır?

Əgər ölkə rəhbərliyi məsləhət bilsəydi, Ağsuda hansısa köhnə binanı təmir edib xidmətin yerli şöbəsinin istifadəsinə vermək üçün göstəriş verərdi. Məgər, siz bunu bilmirsiniz? Bilmirdiniz ki, tutduğunuz qanunsuz əməlin üstü nə vaxtsa açılacaq. Amma sizi qınamıram. Xidmət yaranandan indiyə kimi imza atdığınız qanun pozuntularını Hərbi Prokurorluğun əməkdaşları yoxlamayıblar. Və buna görə də arxayın düşmüsünüz. В«Gündəlik BakıВ» qəzeti olaraq bu günə kimi SHXÇDX-də mövcud olan neqativ hallarla bağlı saysız-hesabsız faktları ortaya qoymuşuq. Buna baxmayaraq, Hərbi Prokurorluğun nümayəndələri Arzu Rəhimovun fəaliyyətini araşdırmırlar. Görəsən, niyə? Hərbi Prokurorluğun bu işdə marağı nədir ki, dövlət büdcəsinə ziyan vurmaqdan çəkinməyən generalın fəaliyyətini yoxlamır? Hörmətli Xanlar Vəliyev bilməlidir ki, bu gün Arzu Rəhimovun törətdiyi qanunsuzluqlara görə sabah onun da başı ağrıya bilər. Yəni yuxarı dairələrdə təmsil olunan şəxslər ona deyərlər ki, vaxtında bilirdin bu adam filan işlərlə məşğul olur niyə tədbir görmürdün. Odur ki, Xanlar müəllim xidmətin Ağsu rayon şöbəsinin В«tikintisiВ» zamanı yeyintiyə məruz qalan 1 700 000 manatın izinə düşməli, həmçinin Arzu Rəhimovun fəaliyyətindəki digər nöqsanları araşdırmalıdır. Yenə təkrar edirik, bilmirdinizsə, deyirik bilin. Ümumiyyətlə, hərbi prokurorun bu məsələyə necə reaksiya verəcəyi çox maraqlıdır. Əminliklə söyləyə bilərik ki, Xanlar Vəliyevin təşkil etdirəcəyi yoxlamalardan sonra Arzu Rəhimovun həbsi məsələsi gündəmə gələ bilər. Gələn saylarımızda xidmətin Qəbələ, Füzuli rayon şöbələri və Nizami rayon idarəsi üçün yeni tikilən binalardakı maliyyə əməliyyatlarından söhbət açacağıq. Həmçinin Arzu Rəhimovun Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan və oliqarxlara məxsus həyat yaşamağı xoşlayan oğlu Murad Rəhimovun paytaxtın hansı elit məkanlarında və kimlərlə istirahət etməsini, yol polisi əməkdaşlarına hansı formada cavab verməsini də yazacağıq. Bizi izləyin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S. Növbəti sayımızda oxuyacaqsınız: - Hansı generalın Fatmayı qəsəbəsində bağ evi mövcuddur? Həmin bağ evindəki iş otağının fotoları və burada gedən sövdələşmələrin, ağlasığmaz proseslərin məzmunu bizdə.

Ağsuda təhvil verilən binanın təmirinə Anar İsmayılov tərəfindən verilən 35 min manat + 76 min manat + 160 min manatın qaimələrini kim yazacaq? 1 milyon 700 min manat - 400 min manat guya binanın tikintisi üçün, 1 milyon 279 min manat təmir-tikinti, mebellər üçün. Bakı şəhərində həkim komissiyası üçün icarəyə götürülən klinikaya nə qədər icarə haqqı verilir? Görəsən, Azərbaycan hökumətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ayırdığı vəsaitlərlə həkim komissiyası üçün bina tikmək mümkün deyilmi?

В«ŞrekВ» ləqəbilə tanınan şəxs kimdir? Və ona bu ləqəbi kim verib? İsmayıllıdan Kürdəmirə transfer edilən şəxs kimə villa tikdirir? Rəsul Quliyevi xidməti uyğunsuzluğundan sonra nəyin müqabilində vəzifəyə gətirdilər? Mayın 31-də həbsdən buraxılan sürücünü Arzu Rəhimov necə qəbul edib? Bu və ya digər qandonduran faktları təfərrüatları ilə yüz minlərlə oxucularımız izləyəcək. Kim kimə şər, böhtan atır Arzu Rəhimov - biz sizə, yoxsa..? Bütün təfsilatı ilə danışılan faktlar yaxın günlərdə tərəfimizdən yuxarılara təqdim olunacaq.
\\ gundelik-bakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59
İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57
Rusiyanın ən varlı milyarderlərinin adı açıqlandı – Vahid Ələkbərov 3-cüdür
Bu gün, 12:53
Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Bu gün, 12:47
“Nar” Kitab Gününü Salyanda qeyd etdi
Bu gün, 12:46
Kəmaləddin Kafarov millətə qənim kəsilib? - Xərçəng və dərman təxribatı
Bu gün, 12:38
Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib - QƏRAR
Bu gün, 12:32
Niyazi Bayramovun 78 milyonluq "saray əməliyyatı" - İdman sarayını hansı şirkət tikib?
Bu gün, 12:30
Vüqar Qurbanov işdən çıxdı, TƏBİB-dəki qohumu soyadını dəyişdi - "İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun"
Bu gün, 12:28
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru