ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                 

Böyük gücə çevrilmiş Məhməliyevin imperiyasında günəş qüruba üz tutub - Nəsimidə rəhbər dəyişikliyi gözlənilir
Tarix: 23-04-2015, 10:34 | Çap et
Böyük gücə çevrilmiş Məhməliyevin imperiyasında günəş qüruba üz tutub
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev son illərin ən çox narazılıq yaratdan icra başçılarının siyahısına liderlik edir desək, yanılmarıq.
Çünki qanunsuz torpaq satışı, dövlət məmuru ola-ola biznes fəaliyyəti ilə məşğul olmaq, vətəndaşların hüquqlarını addımbaşı pozmaq, yaşıl soyqırımı genişləndirmək kimi saysız hesabsız əməllərinə sahib olan N.Məhəməliyevlə bağlı narazılıq pik həddə çatıb. İş o yerə çatıb ki, artıq onunla bağlı yuxarılar da ciddi narazıdırlar. Belə demək mümkündürsə,N.Məhəməliyev gözdən düşmüş icra başçılarında biridir.

Səkiləri satışa
çıxaran başçı

“Unikal” olaraq, bundan əvvəl də onun qanunsuz əməlləri barədə silsilə yazılar dərc etmişik. Amma icra başçısı konkret faktlara söykənən yazılardan sonrə nəticə çıxarmaq əvəzinə, daha da aqressivləşərək qanunzus əməllərinin sayını artırıb. N.Məhəməliyevin qanunsuz torpaq satışı və digər qaranlıq əməlləri ilə bağlı mətbuatda dəfələrlə sakinlər tərəfindən müraciəti dərc olunub. Vətəndaşların müxtəlif dövlət qurumlarına şikayət etməsinə rəğmən, N.Məhəməliyev Nəsimi rayonunda qanunsuz torpaq satışını davam etdirməkdədir.
Apardığımız müşahidələr də göstərir ki, hazırda rayonda boş yer qalmayıb, səkilərə qədər hər yer satışa çaxırılıb. Ən acınacaqlısı odur ki, rayonun əksər hissələrində ağaclara qarşı divan tutulur və bu işin də başında məhz icra başçısı dayanır. Onun qanunsuz fəaliyyəti və vəzifəsinə yetərincə məsuliyyət göstərməməsi nəticəsində hazırda 3-cü mikrorayan dairəsi yaxınlığında, daha dəqiq desək, Memar Əcəmi metrostansiyasının yaxınlığında, eləcə də digər ərazilərdə ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Hətta insanların istirahəti və gediş-gəlişi üçün nəzərdə tutulan ərazilər də satılıb.

Yaşıl soyqırımın banisi

Qeyd edək ki, artıq 9 ildir icra başçısı işləyən Nəsib Məhəməliyevin adı bir çox qalmaqallarda halanır.Bir müddət öncə yaşıl soyqırımla bağlı icra başçısının əmri böyük səs-küyə səbəb olmuşdu. Xatırladaq ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə mətbuatda məlumat yayıldıqdan sonra, ölkəninin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu xəbərə sərt reaksiya verərək Bakıda ağacların kəsilməsini yolverilməz hal kimi dəyərləndirmişdi. Bundan sonra ərazidə ağacların kəsilməsi dayandırılmış və Heydər Əliyev Fondunun əməkdaşları, dövlət qurumlarının nümayəndələri hadisə yerində olaraq araşdırma aparmışdı.
O hadisədən bir qədər sonra Nəsimi rayon icra hakimiyyətindən bildirmişdilər ki, ağacların kəsilməsini Bakı Yaşıllaşdırma İdarəsi həyata keçirib. Bundan sonra isə Ekologiya və Təbii Srvətlər Nazirliyi tərəfindən Bakı Yaşıllaşdırma İdarəsi 40 min manat cərimələmişdi. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu qalmaqaldan öz yaxasını kənara çəkmək istəsə də, araşdırma zamanı məlum olub ki, icra başçısının ağacların budanma adı altında kəsilməsi haqqında əvvəlcədən məlumatı olub. Yəni ərazidə ağac kəsimi birbaşa icra başçısının “razılığı” ilə həyata keçirilib. Amma bu qədər töhmət və xəbərdarlığa baxmayaraq, Nəsib Məhəməliyev öz işini davam etdirir.

Saxta qızıl biznesi və
qanunsuz torpaq alveri

“Unikal”ı məlumatlandıran şəxsin sözlərinə görə, rayonun 3-cü mikrarayon dairəsi və Memar Əcəmi metrosu yaxınlığındakı, eləcə də 3-cü və 4-cü mikrarayonlardakı ərazilərdə torpaqların satılması daha geniş vüsət alıb. Hətta demək olar ki,orda bir sm belə yer qalmayıb. Daha bir maraqlı məqam ondan ibarətdir ki, icra başçısının torpaqları satmasında əsas rolu onun qardaşı Yusif Məhəməliyevin oynadığı bildirilir. Bu yöndəki məlumatlar ondan ibarətdir ki, qardaşların iki əsas gəlir yeri var: bunlardan biri torpaqlar, digəri isə qızıl biznesidir. Nəsimi rayonunun bir neçə yerində onlara məxsus qızıl mağazalarının olmasına diqqət çəkilən iddialarda o da vurğulanır ki, həmin qızıllar Dubaydan gətirilir, buradan mağazalara paylanılır, mağazalardan isə xüsusi müştərilər vasitəsilə Gürcüstana aparılır. Hesablamalara görə, Nəsib Məhəməliyev təkcə qızıl biznesindən ildə 10 milyonlarla dollar pul qazanır. Hətta onun və qardaşının nəzarət etdiyi qızıl sexlərində saxta yolla hazırlanan əşyalar elə Azərbaycanda satışa çıxarılır. Həmin saxta zinət əşyaları isə icra başçısının sahib olduğu dükanlarda baha qiymətə camaata sıranır.
Onu da nəzərə çatdıraq ki, Nəsimi rayonunda baş verən bu qədər qanunsuz əməllər sakinləri cana doyurub. Ona görə də sakinlər həm mətbuata, həm də müvafiq qurumlara şikayət edirlər. Belə ki, Nəsimi rayonu, 4-cü mikrorayon 20 yanvar küçəsində yaşayan vətəndaşların şikayətində bildirilirdi ki, icra başçısı həmin mikrarayonda xeyli əraziləri iş adamlarına satıb.Məsələn,111 saylı orta məktəbə bitişik boş ərazi bu gün hasara alınıb. Sonradan məlum olub ki, həmin ərazi bir sahibkara satılıb və orada fərdi yaşayış binasının təməli qoyulub. Bundan başqa orada olan yaşıllıq məhv edilir. Mətbuatda da işıqlandırılan şikayətin müəllifləri qeyd edirdilər ki, həmin ərazini Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev sahibkara 200.000 manata satıb.

Malikanələr kralı

Nəsib Məhəməliyevin əməlləri bununla bitmir. Bəlkədə o yeganə icra başçısıdır ki, adı mətbuatda bütün qanunsuz əməllərlə yanaşı hallanır. İcra başçısının torpaq satmaq sevdası o qədər böyükdür ki, hərbi hissələrin ərazilərinə belə müdaxilə edir. Belə ki, icra başçısı bir müddət öncə hərbi hospitalın yaxınlığında yerləşən hərbi şəhərcikdə özü və qardaşı üçün villalar tikdirirdi. El arasında “Papanin” kimi tanınan yaşayış massivindəki hərbi şəhərciyin ərazisi artıq başçının tikdirdiyi malikanələrin məskəninə çevrilib. Həmin saraylar konkret olaraq rayonun Azər Əliyev küçəsində ucaldılır.
A.Əliyev küçəsi, 9A binasında yaşayan sakinlərin isə gecəsi-gündüzü yoxdur. İcra başçısı sözügedən ünvandakı yaşayış binasına məxsus həyəti də zəbt edib və qanunsuz olaraq çəpərləyib. Həmin yerdə tikinti işləri aparılır - başçı özü üçün bağça salır. Sakinlərin isə istirahət etməsi, avtomobillərini saxlaması üçün artıq yer qalmayıb. Bu barədə redaksiyamıza binada yaşayan sakinlər məlumat verib. Bu tipli məlumatlar dəfələrlə müxtəlif mətbuat orqanlarında işıqlandırılıb.Ancaq Nəsib Məhəməliyev öz niyyətindən nə geri çəkilib, nə də ki, onun bu əməllərinə “dur” deyən tapılır. Göründüyü kimi, Nəsimi rayonunda baş verən qanunsuzluqlara və Nəsib Məhəməliyevin əməllərinə son qoyulması üçün qəti qərarın verilməsinin zamanı çatıb. Əldə etdiyimiz məlumata görə, artıq N.Məhəməliyevlə bağlı “yuxarılar” da ciddi narazıdır və onun karyerasını bitirmək üçün münasib zaman gözlənilir. Yəqin ki, yaxın günlərdə onun barəsində qəti qərar veriləcək və vəzifəsi ilə vidalaşmalı olacaq. Onun sadəcə olaraq, işdən çıxarılaraq yaxasını qurtarması isə onun üçün mükafat ola bilər. Çünki törətdiyi əməllərə görə qanun qarşısında da cavab verə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru