Nazir demişdi ki, ona korrupsiya ünvanlarını tanıdaq... - Burada hər şeyin öz qiyməti var...
Tarix: 8-05-2015, 12:14 | Çap et
 Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun bu sahəyə ayrılan büdcə vəsaitlərini talamaqla yanaşı, həm də fürsət düşdükcə dövlət səviyyəli tədbirləri də özünün qazanc mənbəyinə çevirmək bacarığı artıq hamıya məlumdur. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu məmurun öz işində yol verdiyi ciddi nöqsanlardan bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bildirilirdi ki, Tofiq Sadıqovun yol verdiyi qanun pozuntuları yerli ictimaiyyətin, xüsusən də pedaqoji heyətin narazılıqlarını son həddə çatdırıb. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan Beyləqan RTŞ-nin müdiri, redaksiyamıza daxil olan məlumatlarda da rüşvətxorluq, mənimsəmə və digər korrupsiya hallarında ittiham olunur. Lakin bütün bu ifşaedici ittihamlara baxmayaraq Tofiq Sadıqov hələ də öz qanunsuz əməllərinə davam etməkdədir. Bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Tofiq Sadıqov hətta Maliyyə nazirinin göstərişi ilə bu yaxınlarda Beyləqanda aparılmış yoxlamadan da öz qazancı üçün yararlana bilib. Belə ki, mənbənin iddiasına görə Maliyyə Nazirliyinin yoxlamalarını “yola salmaq” üçün RTŞ müdiri hər müəllimdən 10, texniki işçilərdən isə 5 manat toplanmasına dair göstəriş verib. Məlumat üçün qeyd edək ki, hazırda Beyləqanın təhsil müəssisələrində 1982 nəfər müəllim, təxminən 300 texniki işçi çalışır. Bu isə yığılan pulun ümumi məbləğinin 20 min manatdan çox olduğunu deməyə imkan verir. Lakin hətta bu maxinasiya da sonradan Tofiq Sadıqov tərəfindən həyata keçirilmiş “ilin müəllimi” əməliyyatının kölgəsində qalmışdı. Belə ki, artıq xəbər verildiyi kimi bir müddət əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom (seriya nömrəsi: 084264, qeydiyyat nömrəsi: 03425) alınmışdır. Bundan sonra isə Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmışdı. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Belə çıxır ki, Tofiq Sadıqovun bu dəfəki maxinasiyası sayəsində artıq birbaşa dövlət başçısının təşəbbüsü ilə keçirilən müsabiqənin nəticələri saxtalaşdırılmışdır. Bu müdhiş maxinasiyanın təfsilatları açıqlanan yazının dərcindən sonra əldə etdiyimiz məlumatda isə Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində ərizə yazaraq işdən çıxdığı bildirilirdi. Əldə etdiyimiz digər bir məlumata görə, Tofiq Sadıqov Elvin Abbasovdan saxta diplomun düzəldilməsi üçün 8 min manat məbləğində pul alıb. Daha sonra həmin diplomun qanuniliyini təmin etmək üçün ölkənin birinci şəxsinə saxta təqdimat verərək “ən yaxşı müəllim” adının alınması üçün Elvin Abbasovdan 6 min manat əlavə rüşvət alıb. Onun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə düzəldilməsi üçün isə daha 3 min manat pul alınıb.Prezidentin sərəncamı ilə “ən yaxşı müəllim” adına layiq görülən müəllimlərə verilən 5 min manat məbləğində birdəfəlik mükafat da təbii ki, Elvin Abbasova çatmayıb. Qəribədir ki, hətta bu misli görünməmiş maxinasiya da Tofiq Sadıqovun cəzalandırılması üçün yetərli əsas hesab olunmadı. Beyləqan RTŞ-nin müdiri isə bu vəziyyətdən daha da ürəklənərək yeni özbaşınalıqlara qol qoymaqda davam edir. Yeni aldığımız məlumata görə hazırda Beyləqan məktəblərində I Avropa Oyunlarının keçirilməsinə “dəstək vermək” devizi altında növbəti pul yığımlarına start verilib... \\ bizimdovr.az \\


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28 |
|
|
|
|