Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                     26 milyon manat hardadır: BİR SORUŞUN... .....                     Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? .....                     Neft pulları necə həzmə verilir... .....                     Tramp savaşı udmaq üçün VAXT UDUR? .....                     Tramp İrana hücum etməsə... BİZ BATDIQ! .....                     ABŞ müharibə istəsə, biz də döyüşəcəyik .....                     İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq .....                     Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... .....                     YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. .....                     83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... .....                     ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır .....                     " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." .....                     Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... .....                     Qurumların sayğac oyunu: Bunun sonu görünmür .....                     Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA .....                     Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                 

UniBank-ın “Baku Collecting Agency” adlı təzyiq rıçağı... - Bankın adından borclular təhdid edilir
Tarix: 19-05-2015, 10:30 | Çap et
UniBank-ın “Baku Collecting Agency” adlı təzyiq rıçağı...
Ölkə əhalisinin böyük bir hissəsinin banklara borcu olduğu hamıya məlum bir faktdır. Həmçinin bu da məlumdur ki, borclu vətəndaşların heç də az olmayan bir qismi müxtəlif məqsədlərlə banklardan kredit götürdükləri zaman öz maddi imkanlarını, gələcək gəlirlərini düzgün hesablaya bilmirlər. Kimsə yeni əldə etdiyi iş yerindən alacağı məvacibə, kimsə təsadüfi gəlirlərinin davamlı olacağına, kimsə də sadəcə “bəxtinin gətirəcəyinə” ümid edərək bu addımı atıb. Digər tərəfdən isə bu kreditləri verən banklar da yaranmış vəziyyətə görə heç də az məsuliyyət daşımamalıdırlar. Çünki müxtəlif reklam çağırışları və akiyalarla kredit götürülməsini az qala ən sərfəli maliyyə əməliyyatı kimi təqdim edən həmin banklar, əslində öz potensial müştərilərinin maddi imkanlarını son dərəcə dəqiqliyi ilə araşdırmalıdırlar. Lakin reallıqda bu baş vermir. Xüsusilə bir müddət əvvəl, banklarda “şapka” alınması təcrübəsinin daha çox tətbiq olunduğu vaxtlarda müştərinin aldığı pulu necə qaytaracağı ümumiyyətlə heç kəsi maraqlandırmırdı. Nəticədə isə təmin olunmayan ödənişlər, bankın problemli müştərilərlə iş şöbəsinin əməkdaşları ilə xoşagəlməz söhbətlər, məhkəmə və sonda icra məmurlarının “ziyarəti”. Lakin son vaxtlar ödəniş etməyən müştəridə məsuliyyət hissinin “gücləndirilməsi” məqsədilə tətbiq olunan bu təsir vasitələri zəncirinə bəzi banklar tərəfindən daha bir halqanın da əlavə olunduğunu müşahidə etmək olar. Etiraf etmək lazımdır ki, bu gün bir çox hallarda istər məhkəmə salonlarında hakimlərin, istərsə də icra məmurlarının borclu vətəndaşlara qarşı anlaşıqlı, bir növ mərhəmətli davranmalarını da görmək olur. Axı hakim də görür ki, hansısa vətəndaş bankdan aldığı 500 manatın müqabilində deyək ki, artıq 200 manat (təbii ki, rəqəmlər şərtidir) ödəyib. Bankın təqdim etdiyi sənədlərdə isə yaranmış borcun məbləği 800 manat olub. Məsələ bundadır ki, əksər hallarda pula təcili ehtiyacı olan vətəndaşın bankda ona imzalatdırılan sənədlərdə nə yazıldığı barədə heç anlayışı belə olmur. Məhz buna görə də çox zaman məhkəmələrdə borc məbləğinin minimuma endirilməsi və ya faizlərin dayandırılması barədə qərar qəbul edilir. Eyni münasibəti bəzi icra məmurlarından da görmək olur. Axı borclunun evinə girən zaman onun bir çətən külfətlə səfalət içərisində yaşadığını görən məmur nə etməlidir? Bütün bunlar isə bəzi harınlamış, özgənin bədbəxtliyi üzərindən keçərək sərvət sahibi olmuş bank rəhbərlərini narahat etməyə bilməz. Məhz buna görə də son vaxtlar həmin banklar öz müştəriləri ilə aralarında yaranmış problemlərin həllinə üçüncü şəsləri cəlb etməyə başlayıblar. Redaksiyamıza bu günlərdə daxil olmuş növbəti məlumatda da “UNİBANK” KB ASC-nin bu istiqamətdə atdığı addımdan bəhs edilir. Məlumatda bildirilir ki, “UNİBANK” öz müştəriləri ilə münasibətlərini aydınlaşdırmaqda vasitəçilik etmək hüququnu “Baku Collecting Agency” adlanan bir şirkətə həvalə etmişdir. Nərimanov rayonu, Təbriz küçəsi 58A ünvanında yerləşən bu şirkətin kim tərəfindən təsis olunduğu və nə məsləkə qulluq etdiyinə dair dəqiq məlumatımız olmasa da, bildiyimizə görə burada əsasən hüquqşünaslar işləyirlər. Vətəndaş Fəxrəddin Əfəndiyevin bizə təqdim etdiyi “Baku Collecting Agency”-nin firma blankında şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş mətnlə tanış olduq. Mətndə borcun ödənilməsi tələbi kəskin formada irəli sürülmüş, əks təqdirdə isə onların tərəfindən borclunun məsuliyyətə cəlb olunması üçün müəyyən tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Həm də bütün bunlar iri və qaraldılmış şriftlə yığılmışdır. Amma “Baku Collectig Agency”-nin fəaliyyəti sadəcə bununla bitmir. Məsələ bundadır ki, hər bir bankın, o cümlədən “UNİBANK”-ın da bu məsələlərlə məşğul olmaq üçün həm hüquq şöbəsi, həm də problemli müştərilərlə iş şöbəsi var. Lakin bu şöbələrin malik olduqları təsir vasitələri qanun çərçivəsindən kənara çıxa bilməz. Əks halda, borclu müştəri özü bankı məhkəməyə cəlb edə bilər. “Baku Collecting Agency”-nin hərəkətlərinə görə isə “UNİBANK” heç bir məsuliyyət daşımır. Bu şirkətin əməkdaşları isə yazılı müraciətdən başqa borclu müştəri ilə üz-üzə və ya telefon vasitəsilə də danışıqlar aparırlar. Bu danışıqlar zamanı isə müştəri təhdid və şantaj formasında psixoloji təsirlərə məruz qoyulur. Görəsən “Baku Collecting Agency”-nin hüquqşünasları bu kimi əməllərin hüquqa zidd olduğundan xəbərdardırlarmı?

Sonda şəxsən bu yazının müəllifini maraqlandıran bir sualı da vermək istərdim. Azərbaycanda təsis olunmuş və Azərbaycanda fəaliyyət göstərən şirkətin adının ingilis dilində qeyd olunması Azərbaycan hüquqşünaslarını narahat etmir ki?... \\ bizimdovr.az \\

Məqalədə adı keçən bütün tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57
" “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56
Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34
Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24
Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru