Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                 

KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Tarix: 25-10-2013, 17:21 | Çap et
KİÇİK BİR KƏNDƏ RUSİYADAN 5 MEYİT GƏLİRSƏ...
Ötən həftə iqtisadi gündəmi bir mövzu zəbt etdi - Rusiyadakı azərbaycanlıların aqibəti və bu ölkəyə kənd təsərrüfatı məhsullarının aparılmasında yarana biləcək problemlər. Oktyabrın 13-də bir rus vətəndaşının öldürülməsində azərbaycanlı Oqtay Zeynalovun şübhəli kimi diqqətə gəlməsi Rusiyada miqrantlara qarşı münasibəti kəskinləşdirdi. Lakin bu mövzu bu sətirlərin müəllifi üçün daha bir məsələ ilə gündəmdə oldu.

İki ay əvvəl müqavilə ilə Rusiyaya tikinti işində çalışmağa gedən sinif yoldaşım Hacıyev Samir hündürlükdən yıxılaraq dünyasını dəyişdi. Onun nəşi oktyabrın 14-də kəndimizə gətirilərək dəfn edildi. Lakin Samirin ailəsinə üz verən faciə bununla bitmir. Atası Məmməd dayı oğlunun tikintidən yıxılması xəbərini alanda komaya düşmüşdü və bir neçə gün əvvəl onun da dünyasını dəyişməsi xəbərini aldım. Bu, Rusiyaya işləməyə gedən və orada qəza nəticəsində həyatını itirən, həmçinin oğlunun dərdinə dözməyərək dünyasını dəyişən ikinci həmkəndlim idi. Təxminən 10-12 il əvvəl elə Samirgillə qonşuluqda yaşayan Afəddinin də Rusiyadan meyiti gətirilmişdi. Atası Əli dayı oğlunun ilinə qalmadı. Elə ondan az sonra 3 qız atası Hüseyn dayı müharibə vaxtı könüllü qoşulduğu Milli Ordu sıralarından tərxis olunaraq Rusiyaya işləməyə getdi. Gedişindən heç bir ay keçməmiş onun da meyiti gəldi. Bir neçə il əvvəl Şəmsəddin, ondan sonra Cəbrayıl Rusiyada öldürüldü. Cəbrayılın atası da oğlunun dərdinə dözməyərək ondan sonra yaşadığı il yarımı yataqda keçirdi. Balaca bir kənd üçün 5 ölü az deyil. Heç Qarabağ müharibəsi bu qədər şəhid ala bilməmişdi kəndimizdən. Cəmi iki nəfər şəhidimiz var...

Rusiyaya bir parça çörək arxasınca gedib orada bu və digər səbəblərdən dünyasını dəyişən insanlarımızın sayının ilbəil artması, eyni zamanda son günlər bu ölkədə miqrantlara qarşı münasibətin sərtləşməsi deməyə əsas verir ki, vəziyyət ciddidir. Bəs insanlarımızı ölkəyə gətirməyin yolu nədir? Bunun üçün hansı tədbirlərə ehtiyac var? Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatı inkişaf edir, iş yerlərinin sayı artır. Belə olan təqdirdə, xaricdə, xüsusilə də Rusiyada yaşayan vətəndaşlarımız niyə geri qayıtmırlar? Bir sıra ekspertlər hesab edirlər ki, Rusiyada olan azərbaycanlıların geri gəlməsi ölkəyə saysız problemlərin gəlməsi demək olacaq. Miqrantlar ölkəyə özləri ilə çoxsaylı sosial-iqtisadi problemlər gətirəcək.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, Vahid Əhmədov miqrant axınının çox ciddi problem olduğunu deyir: “Azərbaycan Rusiya münasibətləri son vaxtlar bir qədər yumşalmışdı. Hətta cənab Putinin Azərbaycana səfərindən sonra bir sıra müqavilələr də imzalandı. Və elə də ciddi problem yox idi. Amma son vaxtlar görünür, Avrasiya Gömrük İttifaqının Azərbaycana daxil olmaması ilə əlaqədar məsələ həddindən artıq ciddiləşib. Amma yenə də adi bir məsələni şişirdiblər”. Millət vəkilinin sözlərinə görə, Rusiyanın özündə neçə nəfər Azərbaycanlı öldürülüb, amma heç bir ajiotaj olmayıb: “Bir nəfər rusun öldürülməsi ilə əlaqədar olaraq, azərbaycanlı Orxan Zeynalovu hansı vəziyyətdə daxili işlər nazirinin hüzuruna gətirdilər, nə cür işgəncə verdilər. Bunlar hamısı ümumi şou yaratmaqdan ibarət idi ki, Azərbaycana qarşı hansısa bir təxribat törətsinlər”.

V.Əhmədov Azərbaycanın müstəqilliyinin hər şeydən vacib olduğunu deyir. Onun sözlərinə görə, bu və digər məsələ üzündən Rusiyadakı vətəndaşlarımızın ölkəyə qayıtması zərurətə çevrilsə, o zaman 500-600 min, bəlkə də 1 milyon nəfərdən söhbət gedəcək: “Amma nə qədər ağır olsa da vətəndaşlarımızı qəbul edib, yerləşdirməliyik. Onlara iş verərək, lazım gələrsə ərzaqla da təmin etməliyik. Qarabağ müharibəsi zamanı nə qədər qaçqınımız, məcburi köçkünümüz oldu, onları necə yerbəyer etdiksə, bunları da edərik. Üstəlik, indi iqtisadi durumumuz, imkanlarımız daha yaxşıdır. Ancaq bir daha deyirəm ki, problem ciddi problemdir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, bu gün Rusiyada 300-500 min azərbaycanlı əmək miqrantı yaşayır: “Burada Rusiya vətəndaşı olmayan azərbaycanlılardan söhbət gedir. Bu insanların birdən-birə ölkəyə gəlişi Azərbaycan üçün problemlər yarada bilər. Bir tərəfdən işsizliklə bağlı problem yarana bilər. Digər bir tərəfdən, müxtəlif məlumatlara görə, il ərzində Rusiyadan Azərbaycana ən azı 1 milyard dollara qədər vəsait göndərilir və bu vəsaitdən məhrum olma var. Nəhayət, başqa bir məsələ Azərbaycandan Rusiyaya malların göndərilməsidir. Diqqət yetirsək, görərik ki, ordakı həmvətənlərimizin çoxu bazarlarda çalışır, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur və bir çox hallarda bu məhsullar Azərbaycandan aparılır. Bu o deməkdir ki, həmin əmək miqrantlarının Azərbaycana qaytarılması ölkəmizdən Rusiyaya kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daşınmasını məhdudlaşdıran amil ola bilər”.

A.Mehtiyevin sözlərinə görə, həmin miqrantlar ölkəyə qayıdacağı təqdirdə hansı sahədə onları işlə təmin etməyin mümkün olduğunu öyrənmək üçün araşdırma aparılmalıdır: “Bu araşdırma hansı bölgədən daha çox miqrantın xaricə getdiyini, onların getdikləri yerdə hansı sahələrdə çalışdığını, Azərbaycandan niyə getdiyinin səbəbini tapmağı əhatə etməlidir. Doğrudur, son zamanlar ölkədə 1 milyona yaxın yeni iş yerinin açıldığı bildirilir. Amma nəzərə almaq lazımdır ki, yeni açılan sənaye müəssisələri ixtisas, peşə tələb edən sahələrdir, ona görə də geri qayıdan miqrantların bu peşələrə, ixtisaslara yiyələnməsi lazımdır. Bu baxımdan biz görürük ki, xaricdəki miqrantlarımızın qayıdaraq işlə təmin olunması uzun zaman tələb edə bilər ki, bu da sosial problemlərə gətirib çıxarar”.
\ kaspi \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru