Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                 

Türkiyə Özal siyasətinə qayıdır? - “Bu, uğur gətirəcək”
Tarix: 4-01-2021, 08:46 | Çap et
Türkiyə Özal siyasətinə qayıdır?
Türkdilli ölkələr üzərində Türkiyənin geosiyasi və geoiqtisadi təsirlərinin artması müşahidə olunur.

Bu da son illər rəsmi Ankaranın xarici siyasətdə türk dünyası ilə inteqrasiya siyasətinə üstünlük verməsi ilə bağlıdır. 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının əsas konsepsiyasını Yeni Osmançılıq ideologiyasını təşkil etdiyindən Türkiyənin xarici siyasətində müsəlman dövlətləri ilə yaxınlaşma prioritet təşkil edib.

Ancaq güclü ərəb dövlətləri terrorçuluğa qarşı mübarizədə nəinki Türkiyəyə dəstək vermədi, hətta AKP-nin Yaxın Şərqdə və Şimali Afrikada yürütdüyü siyasətə qarşı çıxdılar. Lakin Türkiyə Şimali İraqda, Suriyada, Liviyada uğurlu antiterror əməliyyatları keçirməklə, İslam dünyasının geosiyasi güc mərkəzlərindən birinə çevrildi. Hazırda bu təsirin Qaqauziyadan Qırğızıstana qədər türk dilli xalqların yaşadığı geniş coğrafi məkanda yayılması müşahidə olunur.

Ona görə də ekspertlər Türkiyəni həmin bölgələrdə Rusiyanın əsas rəqibi adlandırır. Bu, mərhum prezident Turqut Özalın 1993-cü ildə həyata keçirmək istədiyi siyasətə dönüş kimi də şərh olunur.

“Türkiyənin liderliyi ələ alması Qərbi narahat edir”

Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında qeyd etdi ki, Türkiyə həm ərəb coğrafiyasında, həm də türk dünyasında ciddi geosiyasi nüfuz qazanıb. Bu proses özünü daha çox Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə göstərməkdədir. Ancaq bir sıra böyük dövlətlər Türkiyənin güclənməsini qısqanclıqla qarşılayır və bu təsirin artmasına mane olmağa çalışır:

“Türkiyə Yaxın Şərqdə və xüsusilə qonşu olduğu ərəb ölkələrində özünü geosiyasətini yürüdüb və hazırda bu proses edir. Sadəcə, Türkiyənin bir müsəlman dövləti olaraq liderliyi ələ alması Yaxın Şərqdə olan siyasi rejimləri və onlara dəstək verən Qərb ölkələrini narahat edir. İlk növbədə, ABŞ, onun Yaxın Şərqdəki müttəfiqi olan İsrail və bəzi Avropa Birliyi ölkələri də Türkiyənin siyasətini qısqanclıqla qarşılayır. Ona görə də Türkiyənin islam coğrafiyasında nüfuzunun qarşısını almaq üçün bir neçə ildir ki, mübarizə aparılır. Bir tərəfdə, Qərb dairələri tərəfindən yaradılmış diktatura rejimləri, digər tərəfdə onlara hamilik edən ölkələr Türkiyənin nüfuzunun yayılmasına qarşı dirəniş göstərir. 2011-ci il “Ərəb baharı” hadisələri də göstərdi ki, Türkiyənin və hakimiyyətin başında dayanan Rəcəb Tayyib Ərdoğanın nüfuzu çox böyükdür. Hələ də müsəlman dünyasında prezident Ərdoğanı islam lideri, türk lideri kimi qəbul edirlər. Həm Ərdoğan amilini, həm də Türkiyə amilini Yaxın Şərqdə olan bütün müsəlmanlar qəbul edir. Bu prosesin uzun müddət davam edəcəyini düşünürəm. Eyni zamanda, İran məsələsini də diqqətdən qaçırmaq olmaz. Türkiyənin bölgədə təsirinin artmasına İran da mane olmağa çalışır. İran çalışır ki, Yəməndə, Bəhreyndə, İraqda, Livanda, Suriyada Türkiyə uğur qazanmasın. Ancaq Türkiyənin islam coğrafiyasında nüfuzdan düşdüyünü söyləmək mümkün deyil. Pakistan başda olmaqla, bir sıra ölkələr Rəcəb Tayyib Ərdoğanı İslam lideri kimi qəbul edir. Sadəcə, Qərbin maraqlarına xidmət edən bəzi amillər buna mane olur. Türkiyənin türk dünyasında aktivləşməsinə gəlincə, bunun üçün ciddi mühit mövcuddur. Türkdilli xalqlar arasındakı dil və mədəniyyət yaxınlığı, insanların qan qohumluğu Türkiyənin bu bölgədə fəaliyyəti üçün münbit şərait yaradır. Türkiyə xarici siyasətində müəyyən dəyişikliklər edib ki, burada da uğur Azərbaycandan keçir. Çünki türk dünyasının Türkiyədən sonra ən güclü ölkəsi Azərbaycandır. Türkiyənin türk dünyasına çıxışı üçün Azərbaycan əsas geosiyasi amildir”.

“Qarabağın azadlığı Mərkəzi Asiya ölkələrini cəsarətləndirdi”

Politoloq hesab edir ki, Türkiyənin Mərkəzi Asiyada fəallaşaraq uğur qazanmasında başlıca rol oynaya biləcək amillərdən biri Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində ciddi nailiyyət əldə etməsi ilə bağlıdır:

“Doğrudur, bu münaqişə tam həll olunmasa da Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun və digər ərazilərinin Türkiyənin siyasi dəstəyi ilə azad olunması türkdilli dövlətləri daha da cəsarətləndirdi. Çünki Qarabağdakı müharibə Türkiyənin gücünü ortaya qoydu. Türkiyənin gücünü həm də türkdilli ölkələr gördü. Bu da onlarda əminlik yaratdı ki, Rusiyaya qarşı bir alternativ var. Bu da onların qan qohumu olan Türkiyədir. Zamanında Türkiyədən məsafə saxlayan Özbəkistan kimi ölkələr çox sürətlə Ankara ilə yaxınlaşmağa başladı. Bu gün Qazaxıstanın əleyhinə çox sərt ritorikalar səslənir. Ona görə də Qazaxıstan Rusiyadan müdafiənin yeganə alternativini artıq Avroatlantik məkanda deyil, məhz Türkiyədə görür. Bu məsələdə Qarabağ müharibəsi ciddi rol oynayıb. Nəticədə, Türkiyə Azərbaycan üzərindən Mərkəzi Asiyadakı türk dövlətlərinə çıxış imkanı əldə edir ki, bu da Yaxın Şərqə alternativ yolun açılması deməkdir. Həmçinin, Türkiyə bu yol vasitəsilə Hindistana, Pakistana aparan nəqliyyat dəhlizinə sahib olur. Avropa ilə Çin arasındakı “Bir kəmər-Bir yol” nəqliyyat və ticarət dəhlizi məhz Türkiyə və Azərbaycan keçir. Bu yolun davamında Qazaxıstan, Türkmənistan kimi dövlətlər iştirak edir. Bunu nəzərə alan AKP iqtidarı potensial imkanları dəyərləndirərək milliyətçilərlə birlikdə türk dünyasına açılış siyasətini ortaya qoyub. Bunun da çox ciddi uğurlar gətirəcəyini düşünürəm. Həmin proseslər regionda digər güc mərkəzlərinə qarşı Azərbaycanın Türkiyə ilə birlikdə imkanlarını artıracaq. Çünki pandemiyadan sonra formalaşacaq yeni dünya düzənində əsas yerlərdən birini başda Türkliyə olmaqla türk dünyası tutacaq. Böyüyən Çinin qarşısında, Türkiyənin əleyhinə çıxan ABŞ və Avropa Birliyinin fonunda, bütün cəbhələrdə Türkiyəyə rəqib mövqe tutan Rusiyanın qarşısında , Yaxın Şərqdə Türkiyə ilə rəqabət aparan ərəb diktarorlarının, Türkiyəyə düşmən kimi davranan İran-fars siyasətinin qarşılığında türk birliyinə ehtiyac var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru